Aloanda
Aloanda - Türkiyə Respublikası Muğla əyalətində yerləşən Likiya şəhəri. Fəthiyə rayonundan 24 km uzaqlıqda yerləşir. Kocaçay vadisində, Kabaağac kəndinin şimal-qərbində yerləşir. Hisarcık yüksəkliyi adlanan yüksəkliyin ətəklərində yerləşir. Şəhər və onun əhalisi haqqında dəqiq məlumatlar yoxdur. Tarixi qədim olan Aloanda ilə bağlı sadəcə Bizans dövründən qalma bir neçə kəsmə daşdan hazırlanmış qala divarları qalmışdır. Şəhər haqqında əldə edilmiş məlumatlar Likiya birliyi ilə bağlı aparılan araşdırmaların nəticəsində əldə olunmuşdur. [1]
İstinadlar
- Alaonda antik kenti Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine cevrende.com
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.