Almatı teleqülləsi
Almatı Televiziya Qülləsi ya da sadəcə Almatı Qülləsi, 371.5 metr (1,219 ft) hündürlüklü poladteleviziya qülləsi 1975-ci və 1983-cü illər arasında Almatı , Qazaxıstanda inşa edilmişdir. Qüllə Kok Tobe dağının yüksək yamaclarında yerləşir (qaz. Көктөбе Almatı şəhərinin cənub-şərqində "mavi təpə" deməkdir). Digər oxşar televizor qüllələrindən fərqli olaraq, beton deyil, polad boru strukturludur. Dünyanın ən hündür dəmir boru polad quruluşudur.[1]
Almatı teleqülləsi | |
---|---|
qaz. Алматы Теледидар Мұнарасы Алма-Ати́нская телебашня | |
Ümumi informasiya | |
Növü | Polad telekommunikasiya qülləsi, müşahidə qülləsi |
Şəhər | Almatı |
Ölkə | Qazaxıstan |
Koordinatlar | 43°13′44″ şm. e. 76°58′34″ ş. u. |
Tikintisinin başlaması | 1975 |
Tamamlanıb | 1983 |
Təntənəli açılış tarixi | 1983 |
Hündürlük | |
Memarlıq | N.G. Terziyev, A.N. Savçenko (konstruktor N.K. Akimov, B.V. Ostroumov) |
Antena şpili | 371.5 m (1,219 ft) |
Texniki detallar | |
Mərtəbə sayı | 7 |
Lift/qaldırıcılar | 2 |
İstinadlar | |
[1] |
Qüllə 371.5 m (1219 ft) uzunluğundadır.114 metrə yaxın metal hissəsidir ki, dəniz səviyyəsindən 1000 metr yüksəkliyə çatır. 146 m və 252 m hündürlükdə iki yüksək sürətli lift ilə qalxmaq mümkün olan iki müşahidə platformaları var. Ancaq ictimaiyyətə açıq deyil. Qüllə, memarlar Terziyev, Savçenko, Akimov və Ostroumov tərəfindən tikilmişdir.[1] Almatı zəlzələlərə qarşı xüsusilə həssas olduğundan, televiziya qülləsi Rixter şkalasında 10 bal gücünə qədər zəlzələlərə qarşı dayanıqlı şəkildə hazırlanmışdır.
İstinadlar
- "Alma-Ata Television Tower (Almaty, 1983) | Structurae". En.structurae.de. 2013-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.