Almas İldırım (film, 1991)
Almas İldırım filmi rejissor Zaur Məhərrəmov tərəfindən 1991-ci ildə çəkilmişdir. Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film vətənindən didərgin salınmış Azərbaycan şairi Almas İldırımın ömür və sənət yolundan danışır.
Almas İldırım | |
---|---|
Janr |
sənədli qısametrajlı bioqrafik |
Rejissor | Zaur Məhərrəmov |
Ssenari müəllifləri |
Ramiz Rövşən Maarif Teymurov |
Operator | Zaur Məhərrəmov |
Bəstəkar | Eldar Mansurov |
İstehsalçı | "Yaddaş" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 1991 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | Azərbaycan SSR |
İl | 1991 |
Texniki məlumatlar |
2 hissə 560 metr |
Rəng | rəngli |
Məzmun
Film vətənindən didərgin salınmış Azərbaycan şairi Almas İldırımın ömür və sənət yolundan danışır.[1]
Almas İldırım Türkiyədə yaşayıb yaratsa da, demək olar ki, bütün şerləri Azərbaycanla, onun əsrarəngiz təbiəti ilə bağlı olmuşdur.[1]
Filmdə şairin həyat yoldaşı Zivər xanım, oğlanları Azər, Araz, Otkan, 30-cu illərdə Almas İldırımla "Qızıl Qələmlilər" İttifaqında birgə çalışan, indi Dəvəçidə yaşayan şair Nağı, İttihad məktəbində şairlə birgə təhsil almış buzovnalı Abbas müəllim şair haqqında xatirələrini söyləyirlər.[1]
Filmdə şairin oğlu Azərin həyat yoldaşı ilə Bakıya gəlişi, Şüvəlanda əmisi Güləli Almaszadə ilə görüşləri, onların səfəri barədə maraqlı epizodlar var.[1]
Filmin üzərində işləyənlər
Ssenari müəllifi: Ramiz Rövşən, Maarif Teymurov
Rejissor: Zaur Məhərrəmov
Operator: Zaur Məhərrəmov
Bəstəkar: Eldar Mansurov
İstinadlar
- Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 291
Mənbə
- Zaur Məhərrəmov. “Şair haqqında film” //Bakı.-1990.- 9 mart.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
1991-ci ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı