Almaniyada COVID-19 pandemiyası
Almaniyada koronavirus infeksiyasının (COVID-19 pandemiyası) ilk hadisəsi 27 yanvar 2020-ci ildə Bavariyada qeydə alınıb.
Almaniyada COVID-19 pandemiyası | |
---|---|
İlk qarşılaşma | 27 yanvar 2020 |
Statistika | |
Yoluxma sayı |
|
Ölüm sayı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Martın 17-də Robert Kox İnstitutu ölkə üçün epidemioloji riskini orta səviyyədən böyüdü.
18 iyul 2020-ci il tarixinə Almaniyada 202,572 nəfər təsdiq edilmiş COVID-19 hadisəsi qeydə alınmış, onlardan 9,102 nəfər ölmüş və 187,000 nəfər sağalmışdır[2][3][4][5]. 22 mart tarixinə olan COVID-19-dan ölüm halları işlərin sayının 0,4% -ni təşkil etmişdir.
Robert Kox İnstitutu, Almaniyada COVID-19 virusunun yayılması ilə bağlı mövcud vəziyyət barədə gündəlik hesabatlar dərc edir[6].
Tarixi
Almaniyada karantin rejimi martın 22-dən əvvəlcə aprelin 20-nə kimi, daha sonra mayın 3-nə kimi tətbiq edilib. Bu müddətdə ictimai şəraitdə insanların 2 nəfərdən artıq toplaşması qadağan olunub və 1,5 metr məsafə saxlanması tətbiq edilib. Ölkədə tədris müəssisələri martın 13-dən etibarən bağlanıb. Əvvəlcə Almaniya hökuməti 1000-dən çox adamın iştirakı ilə keçirilən kütləvi tədbirlərin koronavirus pandemiyası səbəbindən avqustun sonunadək ləğv etmişdi. Sonra bu qadağa oktyabrın sonunadək uzadılıb. Payızda hökumət yenidən bu məsələni müzakirə etmək niyyətindədir.[7]
Ölkədə COVID-19 xəstəliyinin statistikasını Robert Kox İnstitutu aparır. AFR-də mayın 27-nə kimi bütün vaxt ərzində virusa 179.717 yoluxma qeydə alınıb. COVID-19-dan 8.411 pasiyent ölüb. Ölkədə virusa yoluxmuş 163 mindən çox pasiyent sağalıb. Almaniyada virusa ən çox yoluxma halları Bavariyada qeydə alınıb. Burada 46.729 nəfər COVID-19-a yoluxub. Şimali Reyn-Vestfaliyada 37.698 və Baden-Vürtemberqdə 34.129 nəfər virus daşıyıcısı hesab edilir. Berlində koronavirusa 6.703 yoluxma qeydə alınıb.[8]
Almaniyada koronavirusdan ölüm hallarının azlığı alman cəmiyyətinin quruluşu və mədəniyyəti ilə bağlıdır. Almanların bir neçə nəslinin ailənin digər üzvləri ilə nadir halda bir evdə yaşayır.[9]
Həmçinin bax
İstinadlar
- Dong E., Du H., Gardner L. An interactive web-based dashboard to track COVID-19 in real time (ing.). // The Lancet Infectious Diseases Elsevier BV, 2020. Vol. 20, Iss. 5. P. 533–534. ISSN 1473-3099; 1474-4457 doi:10.1016/S1473-3099(20)30120-1 PMID:32087114
- "Coronavirus-Monitor" (alman). Berliner Morgenpost. 2020-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03.
- "Operations Dashboard for ArcGIS". who.maps.arcgis.com. 2019-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
- "RKI – Coronavirus SARS-CoV-2 – COVID-19: Fallzahlen in Deutschland und weltweit". www.rki.de. 2020-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-25.
- "RKI – Coronavirus SARS-CoV-2 – Aktueller Situationsbericht des Robert Koch-Instituts zu COVID-19". www.rki.de. 2020-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
- "RKI – Coronavirus SARS-CoV-2 – Archiv der Situationsberichte des Robert Koch-Instituts zu COVID-19 (ab 4. mart 2020)". www.rki.de. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
- "Bu ölkədə kütləvi tədbirlər ləğv edildi". 2020-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-18.
- Almaniyada koronavirusa yoluxanların sayı 180 minə çatır
- "Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır?". 2020-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-04.