Almaniya universitetlərinin siyahısı

Almaniyanın ali təhsil ənənəsiAvropada ən qədim və zəngin universitet ənənələrinə malikdir. Ən qədim alman ali məktəbi 1386-cı ildə yaradılmış Heydelberq Universitetidir. Bir çox universitetlərin artıq yüzillik tarixi vardır. Məsələn, Leypsiq Universiteti 1409-cu ildə yaradılıb, Rostok Universiteti isə 1419-cu ildə yaradılıb.

Almaniyada təqribən 140 universitet var ki, doktorant mərhələsində təhsil verir. Bura 10 özəl və 11 kilsə universiteti daxil deyil.

Eyni zamanda hal-hazırda digər ölkə ərazisində yerləşən alman universitetləri də vardır. Məsələn, Praqadakı Karlov Universiteti. Həmçinin, 14-15-ci əsrlərdə yaransalar da sonradan bağlanaraq, müasir dövrdə yenidən açılan universitetlər də vardır. Məsələn, Köln, ErfurtVürsburq universitetləri.

Eyni zamanda, 1960-cı ildə yaradılmış universitetlər də vardır. XIX əsrdən başlayaraq alman universitetləri üçün təhsil səviyyəsi idealını tapmaq əsas sayılırdı. Bu məsələ ilk dəfə ciddi şəkildə Humbolt Universitetində qoyulmuşdu. Bu universitetdə ikinci dünya muharibəsinə qədər Maks Plank, Albert EynşteynMaks Veber dərs deyirdilər.[1]

Almaniya universitetləri ümumi profilli (Universitaten) və texniki universitetlərə (Technishe Universitaten); ali məktəblər — texniki (Teсhniche Hochschulen) və tətbiqi elmlər məktəbinə (Fachhochschulen); humanitar ali məktəblərə bölünürlər.[2]

Beynəlxalq reytinqlər

"QS" dünya universitetlər reytinqinə və "Times" ali təhsil üzrə dünya universitetləri reytinqinə əsasən:

RD = reytinqə ümumiyyətlə düşməyib və ya ilk 200-lüyə düşməyib.

İnstitut200420052006200720082009201020112012 (Times)2013 (QS)
Berlin Azad Universiteti (Freie Universität Berlin)RD1721491461379466151128109
Frankfurt Höte Universiteti (Goethe-Universität Frankfurt am Main)RD187187RD169RD195182199RD
Berlin Humboldt Universiteti (Humboldt-Universität zu Berlin)12511210512613914612313299126
Karlsrue Texnologiya İnstitutu (Karlsruher Institut für Technologie)RDRDRDRDRDRD187196151116
Aaxen Reyn-Vestfaliya Texniki Universiteti (Rheinisch-Westfälische Technische Hochschule Aachen)--------154147
Berlin Texniki Universiteti (Technische Universität Berlin)---------183
Münhen Texniki Universiteti (Technische Universität München)9510582677855585410553
Münhen Universiteti (Ludwig-Maximilians-Universität München)99559865939866624867
Göttingen Universiteti (Georg-August-Universität Göttingen)85114156168166186436970128
Heydelberq Universiteti (Ruprecht-Karls-Universität Heidelberg)47455860575751537850
Frayburq Universiteti (Albert-Ludwigs-Universität Freiburg)RDRDRD14414712297105144102
Bonn Universiteti (Rheinische Friedrich-Wilhelms-Universität Bonn)RDRDRDRDRDRD200154171163
Tübingen Universiteti (Eberhard-Karls Universität Tübingen)---------134
Hamburq Universiteti (Universität Hamburg)---------186

Prestijli fakültələr

  • istehsalat iqtisadiyyatı (Manheym, Münhen, Münster universitetləri)
  • xalq təsərrüfatı iqtisadiyyatı (Bayroyt, Erfurt)
  • hüquq (Bayroyt, Frankfurt-Oder, Manheym, Münster)
  • iqtisadi informatika (Maqdeburq, Münster)
  • iqtisadi mühəndislik (Klaustal, Kotbus)
  • informatika (Karlsrue, Saarbrüken, Berlin)
  • farmasevtlik (Frayburq, Heydelberq)[3]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2011-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-28.
  2. "Arxivlənmiş surət". 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-28.
  3. "Arxivlənmiş surət". 2013-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-28.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.