Almaniya Silahlı Qüvvələri
Almaniya Silahlı Qüvvələri (alm. Bundeswehr) — Almaniyanı qorumaq məsuliyyəti daşıyan ordu.
Almaniya Silahlı Qüvvələri | |
---|---|
Bundeswehr | |
Ölkə | |
Daxildir |
Quru Qoşunları 61,347 Dəniz Qüvvələri 16,086 Hava Qüvvələri 29,384 Birgə Dəstək Xidməti 43,536 Birgə Tibb Xidməti 19,989; |
Tərkibi | |
Sayı |
Aktiv 181,940 Ehtiyat 144,000 |
Qərargah | Berlin, Bonn, Potsdam |
Döyüşlər |
Bosniya 1995-ci il Yuqoslaviya (Kosovo) 1999-cu il Əfqanıstan 2001-ci il |
Komandanlıq | |
Komandir | Ursula von der Leyen |
bundeswehr.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Almaniya Silahlı Qüvvələri Bundesvehr İkinci dünya müharibəsinin bitməsindən 10 il sonra, 7 iyun 1955-ci ildə təşkil olunub. Həmin gün Almaniya Müdafiə Nazirliyi fəaliyyətə başlayıb. Yeni alman ordusunun ilk 100 çağırışçısı Bonn şəhərində and içərək xidmətə başlayıblar. Tezliklə Almaniya Federativ Respublikası NATOnun üzvü oldu. Soyuq müharibə dövründə Almaniya Kapitalist ölkələrlə Kommunist ölkələrin kəsişdiyi ərazidə yerləşməsinə görə hərbiləşdirilmiş dövlətə çevrilmişdi. Həmin illərdə Almaniyada yarım milyon nəfər hərbçi xidmət keçirdi.
Almaniyada 1957-ci ildə qüvvəyə minən məcburi hərbi xidmət qanunu 2011-ci il iyulun 1-dən etibarən ləğv edilib. O zaman Almaniya ordusundakı toplam personal sayının 250 mindən 185 minə endirilməsi hədəflənmişdi.[1]
Tərkibi
Almaniya Silahlı Qüvvələri (alm.Bundeswehr) quru qoşunlarından, hərbi hava qüvvələrindən (Luftwaffe) və hərbi dəniz qüvvələrindən ibarətdir. Almaniyada hərbi xidmət 18 yaşından yuxarı olan bütün kişilər üçün məcburidir. Hərbi xidmət müddəti 6 aydan ibarətdir. Almaniyanın 2009-cu ildə hərbi xərcləri 45,6 mld. dollar olub. Hərbi xərclərin miqdarına görə dünyada 7-ci yeri tutur. Hərbi xərclər Almaniya Ümumi Daxili Məhsulunun 1,3%-ni təşkil edir ki, bu da aşağı göstərici hesab olunur.[2] Hal-hazırda Almaniya ordusunda 200.500 peşəkar hərbçi, 50.000 nəfər 6 ay müddətinə orduda xidmət edən 18-25 yaş arası çağırışçı və 2.500 nəfər aktiv ehtiyat hərbçi xidmətdədir. 2001-ci ildə qadınların alman ordusunda xidmət etməsinə icazə verilmişdir, lakin onlar məcburi çağırışa məhkum deyillər. Hal-hazırda Almaniya ordusunda 14.500 qadın xidmət edir, indiyə kimi 2 qadın general rütbəsinə qədər yüksələ bilmişdir.
Alman ordusu Soyuq Müharibə dövründə Almaniyadan kənarda heç bir hərbi əməliyyatlarda iştirak etməmişdir. Buna baxmayaraq, keçirilən hərbi təlimlərdə əsgər itkiləri baş verirdi. Məsələn, 1957-ci ildə Bavariyada keçirilən hərbi təlimdə 15 desant əsgəri İller çayına eniş edərək orada boğulmuşdur. Lakin Soyuq Muharibədən sonrakı dövrdə Almaniya xarici ölkələrdə gedən muharibələrdə iştirak edir. Hal-hazırda alman ordusunun minlərlə əsgəri Əfqanıstanda gedən muharibədə iştirak edir. Bundan başqa alman ordusunun əsgərləri Kosovoda, Livanda, Bosniya və Herseqovinada sülhməramlı kontingentin tərkibinə daxildirlər. 1994-cü ildən bəri 70 alman əsgəri Almaniyadan kənarda aparılan hərbi əməliyyatlarda öldürülüb.
Bundan başqa Almaniya NATO-nun üzvüdür. Bir neçə NATO ölkəsinin qoşunları isə Almaniyada yerləşir. İkinci dünya müharibəsindən sonra Almaniyada xarici ölkələrin yüz minlərlə əsgəri yerləşirdi. Lakin Soyuq müharibənin bitməsindən sonra bu qoşunların bir çoxu ölkəni tərk etdi. Hal-hazırda Almaniyada 64.000 ABŞ və 20.000 nəfər Böyük Britaniya əsgəri var. Böyük Britaniya 2020-ci ilə kimi bütün əsgərlərini Almaniyadan çıxaracağını bəyan edib.[3]
Yeni qəbul olunmuş qanuna əsasən 2011-ci ildən etibarən Almaniyada məcburi əsgərlik xidməti ləğv olunur. Hərbi xidmətini yerinə yetirmək istəməyənlər bu vəzifədən azad ediləcəklər. Beləliklə Almaniyada 57 ildir davam edən hərbi xidmətə çağırış sona çatdı. Məcburi əsgərliklə əlaqədar konstitusiya maddəsi olduğu kimi qalacaq, lakin ölkədə zəruri əsgərlik qəti surətdə tətbiq olunmayacaq. Yəni Almaniya nə vaxtsa hücuma məruz qalarsa məcburi xidmət birmənalı şəkildə yenidən tətbiq ediləcək.[4] Ölkədə bundan sonra silahlı qüvvələrin əsas hissəsini müqavilə əsasında xidmət edən əsgərlər və muzdlular təşkil edəcək. 1986-cı ildən dövlətin nəzarəti altında din xadimləri orduda rəsmən fəaliyyət göstərirlər.
İstinadlar
- Almaniya ordusu Aİ-dən əsgər qəbul etməyi planlaşdırır
- 2009-cu ildə 15 Ən Böyük Hərbi Büdcəyə Malik Ölkələrin Siyahısı Arxivləşdirilib 2011-02-17 at the Wayback Machine (ing.)
- Böyük Britaniya 2020-ci ildə bütün qoşunlarının Almaniyadan çıxaracaq Arxivləşdirilib 2010-11-24 at the Wayback Machine (ing.)
- Almanlar 57 illik məcburi əsgərliyi aradan qaldırıb