Alman lüteran kilsəsi (Şəmkir)
Alman lüteran kilsəsi — Azərbaycanın Şəmkir şəhərində tarixi-memarlıq abidəsi.
Alman lüteran kilsəsi | |
---|---|
40°49′59″ şm. e. 46°01′23″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəmkir |
Yerləşir | Ü.Hacıbəyov küçəsi, 57 |
Aidiyyatı | Qafqaz almanları |
Memar | Ferdinand Lemkul |
Tikilmə tarixi | 1909 |
Üslubu | neoqotika |
Vəziyyəti | restavrasiya olunub |
İstinad nöm. | 4999 |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Tarixi
1817-ci ildə rus çarı I Aleksandrın razılığı ilə Almaniyanın Şvaben bölgəsindən lüteran-pietist dininə mənsub olan yüzlərlə alman ailəsi imperiyanın ərazisinə köçürülüb[1]. 1819-cu ildə 500 vürtemberqli alman ailəsi Azərbaycanın Yelizavetpol quberniyasına yerləşdirilib[1]. Azərbaycanda ilk alman koloniyası olan Yelenendorfdan sonra ondan 40 km aralıda ikinci alman koloniyasını – Annenfeldin əsası qoyulur[2].
1909-cu ildə İohann Beppl və İohann Bekin ianəsi ilə[3] Annenfelddə roman qotik üslubunda lüteran kilsəsi tikilir[4][5]. Kilsənin memarı Ferdinand Lemkul olub[1][3].
Sovet işğalında
Sovet işğalından sonra rəsmi şəkildə 1928-ci ildən dinlə mübarizəyə başlanılıb. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi[6]. 1936-1938-ci illərdə ölkədə fəaliyyət göstərən bütün lüteran kilsələrinin rahibləri həbs olundu[7]. Kilsənin son keşişi Emil Royş ilk dəfə 1931-ci ildə həbs olundu[8]. Daha sonra azadlığa buraxılsa da 1937-ci ildə təkrar həbs edilərək, antisovet təbliğatda və dini təbliğatda günahlandırılaraq NKVD üçlüyü tərəfindən güllələnməyə məhkum edildi[8]. 1941-ci ildə almanlar sürgün edildikdən sonra kilsə öz fəaliyyətini dayandırıb. Sonralar burada Mədəniyyət evi, Müəllimlər evi və Tarix diyarşünaslıq muzeyi fəaliyyət göstərib[9]
Müstəqillikdən sonra
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra kilsənin binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[10]
1990-cı illərdə binada uzun müddət təmir-bərpa işləri aparılmadığından qəzalı vәziyyәtә düşüb. 2012-ci ildə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı – Azərbaycandır” layihəsi çərçivəsində kilsə binası Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə əsaslı şəkildə bərpa edilib[9], kilsənin yerləşdiyi ərazi abadlaşdırılıb, ətrafında park salınıb[11]. Kilsədə dini ayinləri eləcə də musiqili tədbirləri keçirmək üçün orqan quraşdırılıb[12].
Həmçinin bax
İstinadlar
- "Lüteran kilsəsi". irs.gov.az. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
- Zeynalova, Südabə. Лютеране в России. Сборник докладов Международной научной конференции (Омск, 9–10 октября 2014 г.) / К истории возникновения евангелическо-лютеранской общины в Азербайджане (XIX – начало XX вв.) (rus). Omsk: Ииздательство ОмГТУ. 2014. 91. 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
- "Следы Германии в Азербайджане". GoBakuGoAzerbaijan (rus). 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-29.
- Zeynalova, Südabə. Лютеране в России. Сборник докладов Международной научной конференции (Омск, 9–10 октября 2014 г.) / К истории возникновения евангелическо-лютеранской общины в Азербайджане (XIX – начало XX вв.) (rus). Omsk: Ииздательство ОмГТУ. 2014. 93. 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
- Jalilzade, Shahla. "Economic and humanitarian activities of Germans in Azerbaijan". Aze.Media (ingilis). 2021-03-26. 2023-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
- Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-30.
- Hacıyeva, Rima. Azərbaycan tolerantlığında alman irsinin izləri və memarlığı (az.). Bakı: Mənəvi Dəyərlərin Təbliği Fondu. 2019. 151.
- Zeynalova, Südabə. Лютеране в России. Сборник докладов Международной научной конференции (Омск, 9–10 октября 2014 г.) / К истории возникновения евангелическо-лютеранской общины в Азербайджане (XIX – начало XX вв.) (rus). Omsk: Ииздательство ОмГТУ. 2014. 94. 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
- Əliyev, Elçin. Deutschs Erbe Spuren in der Architektur von Aserbaidschan (PDF) (alman). Bakı: Botschaft der Bundesrepublik Deutschland Baku. 2017. 47. 2021-04-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-29.
- "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-02.
- "İlham Əliyev Şəmkirdə əsaslı bərpa edilən Alman Lüteran kilsəsi ilə tanış olmuşdur » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2023-11-29.
- "Alman Lüteran kilsəsi ilə tanışlıq". Xalq Qəzeti (ingilis). İstifadə tarixi: 2023-11-29.
Xarici keçidlər
- "Xristian irsimizi tanıyaq": Alman lüteran kilsəsi (Şəmkir, 1909)
- Şəmkir Alman Lüteran kilsəsi
- Alman Lüteran kilsəsi ilə tanışlıq / Azərtac