Alməmməd mağarası
Alməmməd mağarası — Culfa rayonu ərazisində mağara. Əlincəçayın sol sahilində Camaldın kəndindən 1 km şərqdədir. Darıdağ platosunun şimal-qərb ətəyində Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəkliyin yamacındadır. Mağaranın qeyri-karbonatlı süxurlarda əmələ gəlməsi onun klastokarst mənşəli olduğuna dəlalət edir. Burada aşkar edilmiş mədəni qalıqlar onun arxeoloji abidə olduğunu göstərir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının mərkəzi struktur elementi olan Darıdağ antiklinalının cənub-qərb qanadında yerləşir.[1]
Alməmməd (Ərməmməd) mağarası | |
---|---|
Yerləşməsi | |
39°05′12″ şm. e. 45°38′25″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region |
|
Rayon | |
|
Alməmməd mağarasının Culfa rayonunun yerli əhalisi arasında işlədilən adı Ərməmməd mağarasıdır.
Həmçinin bax:
İstinadlar
- Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.