Alliqatorlar
Alliqatorlar (lat. Alligatoridae) — timsahlar dəstəsinə aid fəsilədir.
Alliqatorlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Klad: Sauropsida Sinif: Klad: Eureptilia Klad: Romeriida Klad: Diapsida Klad: Neodiapsida Klad: Sauria Klad: Archelosauria Klad: Archosauromorpha Klad: Crocopoda Klad: Archosauriformes Klad: Eucrocopoda Klad: Dəstə: Fəsiləüstü: Alligatoroidea Klad: Globidonta Fəsilə: Alliqatorlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Təsviri
Alliqatorlar timsahlar dəstəsinin digər nümayəndələrindən daha geniş sifəti və başın daha yuxarı, daha dorsal hissəsində yerləşmiş gözləri ilə fərqlənirlər. Əsl timsahlarla müqayisədə alliqatorlarda çənələr kip örtüldükdə yalnız üst çənənin dişləri görünür. Bəzi fərdlərdə dişlər güclü deformasiyaya uğramış olur. Böyük olmayan fərdlərin gözləri yaşıl, iri fərdlərinki isə tünd qırmızı parıltı saçır. Bu, gecə vaxtı onları müşahidə etməyə imkan verir.
Yayılması
Çində Yantsızı çayında, Cənub-Şərqi Amerikada, eləcə də Mərkəzi və Cənubi Amerikanın su hövzələrində yaşayırlar[2].
Təsnifatı
Fəsilənin 4 cinsə mənsub 8 müasir növü var[3].
- Yarımfəsilə Alligatorinae
- Yarımfəsilə Caimaninae
- Cins Caiman
- Caiman yacare
- Caiman crocodilus
- Caiman latirostris
- Cins Melanosuchus
- Melanosuchus niger
- Cins Paleosuchus
- Paleosuchus palpebrosus
- Paleosuchus trigonatus
- Cins Caiman
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2012.
- Mustafayev Q. T., Tağıyev Ə. N., Sadıqova N. A. Onurğalılar zoologiyası. Dərslik. Bakı: Bakı Universiteti Nəşriyyat, 2009, s.288–202
- "Arxivlənmiş surət". 2009-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-12.
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.