Alliqator

Alliqator (lat. Alligator) — Alliqatorlar fəsiləsinə aid cins. Alliqator cinsi özündə 2 müasir: Amerika və ya Missisipi alliqatoru (Alligator mississippiensis) və Çin alliqatoru (Alligator sinensis) növlərini birləşdirir.

Alliqator
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Sauropsida
Klad:
Eureptilia
Klad:
Romeriida
Klad:
Diapsida
Klad:
Neodiapsida
Klad:
Sauria
Klad:
Archelosauria
Klad:
Archosauromorpha
Klad:
Crocopoda
Klad:
Archosauriformes
Klad:
Eucrocopoda
Dəstə:
Fəsiləüstü:
Alligatoroidea
Klad:
Globidonta
Fəsilə:
Yarımfəsilə:
Alligatorinae
Cins:
Alliqator
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  174366
NCBI  8495
EOL  35688
FW  38423

Təsviri

Hər 2 növün bədəninin rəngi daha tünddür (demək olar ki, qaradır) və yaşadığı suyun rəngindən asılı olaraq dəyişilir. Ən iri Missisipi alliqatorunun bədən uzunluğu 4,5 m-ə yaxın olmuşdur. Çin alliqatoru xeyli kiçikdir, onun uzunluğu 2 m-dən böyük deyildir[3].

Yayılması

Bu cinsin nümayəndələri, göründüyü kimi, dünyada yalnız Amerika Birləşmiş Ştatlarında və Çində yayılmışlar. Amerika alliqatoru ABŞ-nın şərq sahili boyunca, Şimali Karolinadan tutmuş Texasa qədər bütün ərazilərdə sıx yayılmışdır. Florida ştatında fərdlərin sayı bir milyondan artıqdır. Qış yuxusuna gedə bilir. Çin alliqatoru isə yalnız Yantszı çayının məcrası boyu yayılmışdır. İtməkdə olan növdür, mühafizəsinə ehtiyac var[4].

Həyat tərzi

Missisipi alliqatoru əldə edə bildiyi hər bir canlı ilə qidalanır. Böyüdükcə daha iri ölçülü qurbanlara üstünlük verir. İnəklərə, ayılara və atlara da hücum etdiyi qeydə alınmışdır. Kiçik ovunu çənəsində əzib bütöv uda bilir. İri qurbanı suyun altına çəkib boğur və parçalayıb yeyir. Çin alliqatoru isə kiçik bədən ölçülərinə görə çoxlu miqdarda kiçik heyvanlarla qidalanır. Hər 2 növ cəmdəkdən də imtina etmir. Timsahlardan fərqli olaraq bu cinsin nümayəndələri insanlara qurban kimi baxmırlar, çox nadir hallarda onlara hücum edirlər. Bununla belə Amerika timsahı onu hirsləndirdikdə insana hücum edib onu öldürə bilər. Çin alliqatoru dəstənin ən sakit nümayəndəsidir, insana qətiyyən hücum etmir.

Çoxalması

Alliqatorların cinsi yetkinliyi onların bədən ölçülərindən daha çox asılıdır. Belə hesab edirlər ki, Missisipi alliqatorunun boyu 1,8 m-dən, Çin alliqatorunun boyu isə bir metrdən artıq olduqda çoxalma qabiliyyətli olurlar. Cütləşmə yazda baş verir. Dişi sahildə otdan yuva qurur, 20–70 ədəd yumurta qoyur. Yuvanı dişi qoruyur, balalarını bir ilədək mühafizə edir[5].

Yetişdirilməsi

Dərisinə görə Florida, Luizana və Texas ştatlarında alliqator geniş bəslənilir. ABŞ-də ildə 45 min ədəd dəri istehsal edilir. Hər il 150 min kq alliqator əti bazara çıxarılır. Cin alliqatoru isə növün saxlanılması naminə xüsusi fermalarda çoxaldılır.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2012.
  2. Cuvier Sur les différentes espèces de crocodiles vivans et sur leurs caractères distinctifs (fr.). // Annales du Muséum National d'Histoire Naturelle 1807. Vol. 10. P. 25. ISSN 1256-2599
  3. "Louisiana Fur and Alligator Advisory Council". 2014-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-11-23.
  4. "The IUCN Red List of Threatened Species". IUCN Red List of Threatened Species. 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-12.
  5. Mark W. J. Ferguson; Ted Joanen. "Temperature of egg incubation determines sex in Alligator mississippiensis". Nature. 296 (5860). 1982: 850–853. doi:10.1038/296850a0. PMID 7070524.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.