Allahyar xan Dəvəli-Qacar
Allahyar xan Mirzə Məhəmməd xan oğlu Dəvəli-Qacar (1757-?) — İranın baş naziri
Allahyar xan Dəvəli-Qacar | |
---|---|
fars. اللهیار خان قاجار دَوَلّو | |
Baş nazir | |
1826 – 1827 | |
Əvvəlki | Abdulla xan Əminüddövlə |
Sonrakı | Abdulla xan Əminüddövlə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Astrabad, İran |
Vəfat tarixi | 28 sentyabr (10 oktyabr) 1832 (74 yaşında) |
Vəfat yeri | Tehran, İran |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Döyüşlər |
Həyatı
Allahyar xan Mirzə Məhəmməd xan oğlu Astrabad civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Asəfəddövlə ləqəbi daşıyırdı. Fətəli şahın vəziri vəzifəsinədək yüksəlmişdi.
Əminə Pakrəvan yazir: "Şahın qohumu olan Allahyar xan, yenicə Asəfəddövlə ləqəbini almış və başvəzir olmuşdu. O da savaşdan yana tutumunu ortaya qoydu.. Onun kimi xarakterlər daha çox din xadimlərinin verdikləri fitvalara görə davranırdılar. Din xadimləri fitva vermişdilər ki, savaşa qarşı çıxan kafirdir, dindən çıxmışdır və ölümü caizdir".
Allahyar xan Rus-İran savaşında iştirak etmişdi.
Əminə Pakrəvan daha sonra yazir: "Bu sırada çaparlar Başvəzir Allahyar Asəfəddövlənin gəldiyini duyurdular. Başvəzir Damğandan və Simnandan yardımçı güc gətirmişdi. Abbas mirzə, yaltaqlıqda üstad olan və intriqa uzmanı bu vəzirdən heç xoşlanmırdı. Başvəzirin ona qarşı etdiyi bütün düşmənçilikdən xəbərdar idi. Başvəzir nə savaş taktikasından anlayır, nə də savaşçı idi. Sadəcə onun ən böyük məqsədi gördükləri işləri ilə şahın rizasını, diqqət və hörmətini qazanmaq idi. Ayağının tozu ilə çatan başvəzir əsəbləşdi ki, sürətlə davranılmır. Başvəzir düşünürdü ki, tam onun gəlişi sırasında Şuşa ələ keçirilərsə şahın yanında daha da etibar qazanmış olur. Başvəzirin bu tür davranışına Abbas mirzə müdaxilə etdi. Hər kəsin gözünün önündə onların münasibətləri pozuldu. Ancaq mühasirə işi get-gedə təkmilləşirdi. Sentyabrın ortalarında Şuşaya girmə planlaşdırılmışdı. Ancaq Şəmkirdən gələn məğlubiyyət xəbəri çox olumsuz təsir göstərməyə başladı. Bu xəbər Şahzadənin sentyabrın ortasına bəlirlədiyi Şuşaya hücum planını altüst etdi. Carçılar ordunun dəyişik yerlərində dolaşıb və hücum gününün dəyişdiyini söyləyirdilər.
Cahangir mirzə bu xəbəri duyduğunda çaparaq atasının olduğu çadıra gəldi. Abbas mirzənin çadırı dövlət yetkililəri ilə dolu idi. Asəfəddövlə, Mustovfi-ul Məmalikdən həmlənin gecikməsinin sə-bəbini sorurdu. Onun bu davranışı şahzadənin hüzurunda çox yersiz və ədəbsiz hərəkət kimi görünürdü. Şahzadə Məhəmmədəli mirzənin göndərdiyi məktubu Başvəzir Asəfəddövləyə verib və yüksək səslə oxumasını istədi. Başvəzir məktubu oxuduqca rəngi üzündən qaçır və heyrətini gizlədə bilmirdi. Məhəmməd mirzə məktubda yazmışdı ki, onun səkkiz minlik ordusu Gəncənin yaxınlığında Şəmkirdə General Mədədovun ordusu ilə savaşa girmişdir. Zaman keçdikcə bu savaşda Məhəmməd mirzənin məğlub olma xəbəri də Abbas mirzəyə gəlmişdir. Məhəmməd mirzənin Şəmsəddinli çobanlarından aldığı bilgiləri yanlış dəyərləndirməsi onun məğlubiyətinə səbəb olmuşdur. Bəlkə də bu çobanlar ruslar tərəfindən alınmış və onların istədikləri bilgiləri Məhəmməd mirzəyə vermişdilər. Çobanların dediklərinə görə rusların o bölgədə böyük birimləri olmamış və sadəcə Tiflis ermənilərindən olan kiçik bir alay varmış".
Allahyar xan şair idi. Hacib təxəllüsü ilə yaddaqalan şeirlər yazırdı.
Ailəsi
Allahyar xan öncə bir neçə arvadla, o cünlədən Fətəli şahın qızı Məryəm xanımla dünya evinə girmişdi. Məhəmmədqulu xan, şahzadədən Məhəmmədhəsən xan, Mirzə Məhəmməd xan, Məhəmmədəli xan, Hüseyn xan adlı oğulları vardı.
Mənbə
- Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
- Ənvər Çingizoğlu, Dəvəli qacarlar, Bakı:Mütərcim, 2018, 184 səh.