Allahverdi Yolçuyev

Yolçuyev Allahverdi Bayram oğlu (20 avqust 1958, Cəlaloğlu və ya Ermənistan SSR) — Azərbaycan aktyoru

Allahverdi Yolçuyev
Yolçuyev Allahverdi Bayram oğlu
Digər adı Ovçu Pirim
Doğum tarixi
Doğum yeri Stenanavan şəhəri, Ermənistan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Bayram
Fəaliyyəti aktyor
Təhsili
IMDb ID2948465

Həyatı

Allahverdi Bayram oğlu Yolçuyev 20 avqust 1958-ci ildə Ermənistan SSR Stepanavan şəhərində dünyaya gəlib.[1] 1979-cu ildə M. A. Əliyev adına Azərbaycan dövlət İncəsənət inistutunun dram-kino aktyorluğu fakültəsini bitirib. Sənət müəllimləri-SSRİ xalq artisti Adil İsgəndərov, Azərbaycanın xalq artisti Elmira Şabanova.

1978–1979-cu ildə Leninqrad da keçirilən bədii qiraətçilərin Yaxontov adına müsabiqənin diplomantı olub. 1982-ci ildən 1985-ci ilədək İncəsənət institunda səhnə nitqi müəllimi olub. Azərbaycan Radiosunda onlarla radio tamaşalarda müxtəlif obrazlar səsləndirib. Müxtəlif ölkələrdə tədbirlərdə, cəbhə bölgələrində, qocalar evlərində olub. Allahverdi Yolçuyev özünün qələmə aldığı parodiyalar, monoloq səhnəciklərlə çıxış edib. Müxtəlif telekanallarda minlərlə filmlər, cizgi filmləri səsləndirib. Ən yadda qalan məşhur Fransız aktyoru Luide Fünesin rollarıdır. Hal hazırda dublyaj fəaliyyəti ilə məşğuldur.

Ailəlidir 4 övladı və 5 nəvəsi var.

1). İncəsənət instutunun tədris teatrında oynadığı rolları-`Arximed`(Arximed),`Mağara sakinləri`(Monotamaşa), `Poçt şöbəsində xəyal (yoldaştək), C. Məmmədquluzadə (Felytonlar), Ü. Hacıbəyov əsasında tamaşa. 2).1979–1981 H. Ərəblinski adına Sumqayıt Dövlət dram teatrında oynadığı rolları İ. Coşqun `Meşədə döyüş`(ayı rolu) N. Həsənzadə`Bütün şərq bilsin`(əsgər rolu), Y. Əzimzadə`Həsrədin`(təlxək rolu), M. İbrahimov `Yaşlı adam`(Qardaşxan rolu), R. Əlizadə `Doğmalar`(Kərim). 3).1985–1987 Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya teatrında çalışdığı zaman oynadığı rolları. Ü. Hacıbəyov`O olmasın bu olsun`(tələbə), R. Əhmədzadə `Sizinlə gülə-gülə`, R. Əhmədzadə `92 dəqiqəlik gülüş`, S. Ələsgərov `Olmadı elə oldu belə`. 4).1987–2016 televiziya, radio fəaliyyəti uşaq verlişləri Laylay, Göydən üç alma düşdü (ofçu pirim), Dünya dədənin dedikləri (dünya dədə), Sehrli səslər evciyi, Məktəblinin kitabxanası (qiraətçi). 5). Musiqili verlişlərin aparıcısı olub. Nəğmə çələngi, Sevənlərə gül verin.

Filmoqrafiya

  1. Anar-Üzeyir ömrü (film, 1981)-su alan
  2. İ. Əziz-QAZ (film, 2005)-polis rəisi
  3. Xoca (film, 2012)-masabəyi
  4. Sovqat (film)
  5. Gizlənpaç (film, 2016)
  6. 21 sual (film, 2017) (tammetrajlı bədii film) (rol)
  7. Dələduzlar (film, 2014) Eyvaz Şabaş (Film 2020)

Seriallar

1. Ağabəyovlar 2. Fatimə 3. Səadət 4. Qaynana

  1. "Arxivlənmiş surət". 2023-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-17.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.