Allahqulubağı
Allahqulubağı — Azərbaycan Respublikasının Zərdab rayonunun Əlibəyli inzibati ərazi vahidində kənd.[1][4]
Kənd | |
Allahqulubağı | |
---|---|
40°11′13″ şm. e. 47°40′02″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Aran iqtisadi rayonu |
Rayon | Zərdab rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi | 5,42[1][2] |
İqlimi | subtropik |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 764[1] nəfər |
Sıxlığı | 140,9 nəf./km² |
Milli tərkibi | azərbaycanlılar |
Dini tərkibi | sünni müsəlmanlar |
Rəsmi dili | azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 6315[3] |
Tarixi
Kəndinin adının mənası "Allahquluya məxsus bağ" deməkdir.[1][5] 1855-ci ildə Kür sahilindəki 740 desyatinlik tut bağları bölüşdürlərkən bu ərazi Allahqulu adında bir şəxsə verilmişdir.[5] 1853-cü ildən sonra kəndlilər Zərdabı tərk edərək Kür çayı sahilindəki bağlarda məskunlaşdılar. Bunun nəticəsində də yeni kəndlər yarandı. Allahqulubağı da onlardan biri idi. 1917-ci ildə Birinci və İkinci Allahqulubulağı adı ilə iki kənd qeydə alınmışdı.[5] Kənd SSRİ dövründən 1996-cı ildə başlanan torpaq islahatı prosesinədək Gəlmə, Əlibəyli, Allahqulubağı, Salahlı, Xanməmmədli, Hüseynxanlı və Yediyarlı kəndləri ilə bir yerdə olmaqla Karl Marks adına kolxoz kimi fəaliyyət göstərmişdir.[6][7] 1978-ci ildəki Kürdəki böyük daşqın zamanı Zərdaba səfər edən Heydər Əliyev bu kolxozda da görüş keçirmişdir.[8]
Coğrafiyası
Zərdab şəhərindən 3,5 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir.[1] Kənddən Gəlmə-Allahqulubağı avtomobil yolu keçir.[9]
İqtisadiyyatı
İqtisadiyyatını heyvandarlıq, pambıqçılıq, taxılçılıq, yemçilik, meyvəçilik, baramaçılıq, quşçuluq, arıçılıq və bostançılıq təşkil edir.[1][10] 2015-ci ildən etibarən kəndə təbii qaz verilmişdir.[11]
Tanınmış şəxslər
İstinadlar
- "Allahqulubağı kəndi". zerdab.com. 20 noyabr 2015. 2014-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2014.
- "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 826-IIIQ". 29 may 2009. 14 April 2016 tarixində orijinalından (DOC) arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- "Zərdabın yaşayış məntəqələrində poçt məntəqələri, poçt indeksləri". zerdab.com. 9 mart 2012. 2014-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- "Bələdiyyələr". Zərdab Rayon İcra Hakimiyyəti. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- Əliyeva, Rübabə (red). "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: Şərq-Qərb nəşriyyatı. 2007. səh. səh. 46. ISBN 978-9952-34-155-3. (#accessdate_missing_url)
- "Professor Eldəniz Həsənov Zərdabın tarixinə dair maraqlı faktlar üzə çıxardı". zerdab.com. 11 fevral 2014. 2017-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- "Zərdabda 47 il öncə baş vermiş faciənin təfərrüatları – TARİXÇƏ". zerdab.com. 28 fevral 2014. 2017-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- "Heydər Əliyevin 1978-ci ildə Zərdab rayonuna səfəri və o dövrdə mətbuatda yazılanlar…". zerdab.com. 25 fevral 2012. 2014-08-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- "İqtisadiyyat". Zərdab Rayon İcra Hakimiyyəti. 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- SULTANOV, Ziyəddin. "Zərdab: təşəbbüskarlıq və icra intizamı inkişafı sürətləndirir". Xalq qəzeti. 20 fevral 2011. İstifadə tarixi: 29 noyabr 2016.
- "Zərdabda daha iki yaşayış məntəqəsinə təbii qaz verildi". zerdab.com. 25 iyun 2015. 2016-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- "Zərdabın kəndlərində anım tədbirləri keçirildi – FOTOLAR". zerdab.com. 26 fevral 2016. İstifadə tarixi: 29 noyabr 2016.
- "Zərdabın məscidləri". zerdab.com. 20 oktyabr 2014. 2016-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- "Şəhid olan zərdablılar". Zərdab Rayon Mərkəzi kitabxanası. 2019-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- "Qarabağ müharibəsində şəhid olmuş zərdablı qəhrəmanların SİYAHISI". zerdab.com. 5 avqust 2016. 2016-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- "Zərdabın Əlvənd kəndində məskunlaşan laçınlı şairə cavab". zerdab.com. 23 aprel 2015. 2017-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
Xarici keçidlər
- 40 saylı Allahqulubağı kənd kitabxana filialı Arxivləşdirilib 2020-08-15 at the Wayback Machine