Alla Nikolayenka
Alla Nikolayenka (azərb. Nikolayenka Alla Alekseyevna) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Alla Nikolayenka | |
---|---|
Nikolayenka Alla Alekseyevna | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
Həyatı
Alla Nikolayenka 1972-ci ildə anadan olub. Salyan qazarmasının yaxınlığındakı "Krasnı Vostok" hərbi şəhərciyində atası ilə birlikdə yaşayırdı. Atası Aleksey hərbçi idi. Yanvarın 20-si hərbi xidməti ilə əlaqədar olaraq onların ailəsi Almaniya Demokratik Respublikasına getməliydi. Yanvarın 19-u axşam atası bununla bağlı hazırlıq görürdü. Alla isə şəhərdən heç getmək istəmirdi. Atası Aleksey Allasız şəhəri tərk etməli olur. Allanın yaşadığı mənzildən beş güllə tapılıb. Onların biri Allaya dəymişdir. Dördü isə divarlara çarpmışdır. Alla yanvarın 20-də "Qurd qapısı" qəbiristanlığında dəfn edilmişdir.
Ünvan
Bakı, "Krasnı Vostok" şəhərciyi, ev 6, mənzil 22.
Həmçinin bax
İstinadlar
- Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.