Allıkənd
Allıkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd.[1]
Allıkənd | |
---|---|
40°08′ şm. e. 46°02′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Toponimikası
Alıkənd oyk. Kəlbəcər rayonunun Oktyabrkənd inzibati ərazi vahidində kənd. Şahdağ silsiləsinin ətəyindədir. Keçmış adı Alılıdır. Yerli əhalinin məlumatına görə, kəndi XIX əsrdə kəlbəcərli Alı Kərbəlayi Avaz oğlu özünə məxsus binə yerində salmış və yaşayış məntəqəsi də onun adı ilə adlandırılmışdır (Alılı kənd/Allıkənd/Alı kənd). Oykonim Alı (antr.) və kənd (yaşayış məntəqəsi termini) sözlərindən düzəlib, "Alıya məxsus kənd" deməkdir. 1933-cu ildə Göyçay rayonunun Ramal və İəkər inzibati ərazi vahidilərində daha iki Alıkənd kəndi qeydə alınmışdır[2]
Yaylaqlar
Alagöllər yaylağı, Bədirbəy yurdu, Yalyurd, Taxtadüz yurdu, Köhnəyurd, Heydərin yurdu, Qazıxanlı yurdu, Sandıq bulağın yurdu.
Bulaqlar
Zeynal bulağı, Cahanın bulağı, Qiblə bulağı, Sarı bulaq, Qaynatma bulaq, Çeyil bulağı, Qoşa bulaq, Göl bulağı, Qazıxanlı bulağı, Sandıq biçənəyin bulağı.
Məşhur yerlər
Dəlikdaş, Baladüz, Gözələ, Sandıq biçənəyi,Aralıq, Təpələr, Turşəngli çala, Ağuludöş, Böyük zəhman, Məşədi Xudonun biçənəyi, Təkağac,Alonun kahası, Aynanın kahası, Xaçındalı, Koma, Yastana, Aralığın güneyi, Barmaqlar, Avasın kahası, Heydərin yerləri, Həvşə, Dana güneyi, Böyükgüney, Yalındalı, Tala, Duzdaxlar, Komağac, Qamışlı dərə, Ardışlı, Yolaşan, Naziksu (çay), Qaraquşun dərəsi, Kalafalıq, Əmirin hasarı, Qarama yerləri, Dərə damı, Alonun yeri, Alo yeri.[3]
İqtisadiyyatı
- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar, Toponimlər fotoşəkillər xəritələr