Alim Qasımov

Alim Həmzə oğlu Qasımov (14 avqust 1957[1], Nabur, Mərəzə rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (1993), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (2010).

Alim Qasımov
2012-ci ildə "Sarı gəlin" xalq mahnısını ifa edərkən
2012-ci ildə "Sarı gəlin" xalq mahnısını ifa edərkən
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Nabur, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı Fərqanə Qasımova
Atası Həmzə Qasımov
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Fəaliyyət illəri 1977—h.h.
Janr muğam
Musiqi aləti dəf
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı  — 1993 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1998 Azərbaycan Respublikasının Dövlət Mükafatı — 2010
"Şərəf" ordeni  — 2017 "Şöhrət" ordeni  — 2008
"Qızıl çinar" beynəlxalq mükafatı — 2014 "Humay" mükafatı — 1997
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Erkən illəri

Alim Qasımov 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində (indiki Qobustan rayonunun inzibati ərazi vahidliyinə daxildir) anadan olub. O, 1978–1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983–1989-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. Müəllimləri muğam xanəndələri Hacıbaba HüseynovAğaxan Abdullayev olub.[2]

1970-ci illər

1979-cu ildə ilk çıxışı Azərbaycan Televiziyasında olub.

1980-ci illər

1980-ci ildə Moskvada 22-ci Olimpiya oyunlarında iştirak edib.

1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub.[3]

1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub.

2000-ci illər

2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib.

2009-cu ildə Alim Qasımov ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.[3]

2010-cu illər

2010-cu ildə Alim Qasımov fransalı DJ David Vendetta ilə "I'm your Goddess" adlı mahnını duet şəklində ifa edib.[4] 2010-cu il martın 17-də ABŞ-nin "The New York Times" qəzetinin jurnalisti Con Pareles Alim Qasımovu "ehtiras və sədaqət, düşüncə və cazibə ilə əlaqələndirən seyrək bir cəhətdən canlı olan ən böyük müğənnilərdən biri" adlandırıb.[5]

2011-ci il iyulun 4-də İslandiya müğənnisi Byork Böyük Britaniyanın "The Guardian" qəzetində nəşr olunan müsahibəsində Alim Qasımovu ən sevdiyi ifaçılar, onun "Azerbaijan: The Art of the Mugham" albomunu ən sevdiyi musiqi albomlar sırasına daxil edib.[6][7][8][9]

2012-ci il mayın 26-da Alim Qasımov Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.[3]

2015 Avropa Oyunlarının açılış mərasimi Alim Qasımovun canlı muğam ifası ilə başlayıb.[10] Daha sonra Alim Qasımov Bakı Olimpiya Stadionunda qaranlıqda uçan xalça üzərində muğam oxuyub.[10]

Şəxsi həyatı

Ailəlidir. Qızı Fərqanə Qasımova xanəndədir.[11]

İrsi

1997-ci ildə "Parni iz Baku" komandasının üzvü olan Bəhram Bağırzadə, 2010-cu ildə "Bu Şəhərdə" komediya duetinin aktyoru Rafael İsgəndərov Alim Qasımovun parodiyasını Bakıda keçən konsertlərində edib.

Ədəbiyyatda

Alim Qasımov İordaniyanın Əmman şəhərində yerləşən Kral İslam Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib olunan "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" kitabının siyahısının 2009-cu ildən 2019-cu ilə qədər olan variantlarına daxil edilib.[12]

2007-ci il avqust ayında Alim Qasımovun 50 illik yubileyi münasibətilə Natəvan Faiqin "Alim Qasımov fenomeni" adlı kitab işıq üzü görüb.[13]

Filmoqrafiya

Aktyor kimi

İfaçı kimi

İştirak etdiyi film

Bəstəkar kimi

Diskoqrafiya

Alim Qasımovun diskoqrafiyasına 7 studiya albomu və bir yığma albomu daxildir.

Studiya albomları
  • Classical Mugham (1996)
  • Azerbaijan: Art of the Mugham (1998)
  • The Legendary Art of Mugham (1998)
  • Love's Deep Ocean (2000)
  • Oyanış feat. Coldünya (2003)
  • Central Asian Series, Vol. 6: Spiritual Music of Azerbaijan feat. Fərqanə Qasımova (2007)
  • Intimate Dialogue feat. Fərqanə Qasımova (2010)
Yığma albomları
  • Central Asian Series, Vol. 6: Spiritual Music of Azerbaijan feat. Fərqanə Qasımova, Kronos Kvarteti & Humayun Saxi (2010)

Təltif və mükafatları

İstinadlar

  1. Alim Qasimov // SNAC (ing.). 2010.
  2. "Ağaxan Abdullayev: "25-30 tələbənin içindən bir Alim Qasımov çıxırsa, mənə bəs edir" - FOTO". milli.az. milli.az. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2020.
  3. "Qasımov Alim - Xanəndə". report.az. report.az. 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2016.
  4. "Alim Qasımov David Vendetta ilə klip çəkdirib". www.anl.az. www.anl.az. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2020.
  5. Pareles, Jon. "Classical Azeri Poetry in Song, From a Team of Father and Daughter". The New York Times. 15 March 2010. 15 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 March 2011.
  6. Ross, Alex. "How Björk broke the sound barrier". www.theguardian.com. www.theguardian.com. 2015-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2020.
  7. "Björk: 'Manchester is the prototype'". www.theguardian.com. www.theguardian.com. 2011-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2020.
  8. "The songs that get Björk out of bed in the morning". www.abc.net.au. www.abc.net.au. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2020.
  9. "Catch a mind-blowing performance by mugham master Alim Qasimov at KLIAF". www.thestar.com.my. www.thestar.com.my. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2020.
  10. "Alim Qasımov xalçada uçmasından danışır". www.azadliq.org. www.azadliq.org. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2020.
  11. "Alim Qasımov: MUĞAM MƏNƏVİ QİDADIR". www.anl.az. www.anl.az. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2020.
  12. "İlham Əliyev, Allahşükür Paşazadə, Alim Qasımov - Ən nüfuzlular siyahısı açıqlandı". sputnik.az. sputnik.az. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2020.
  13. ""Alim Qasımov fenomeni" adlı kitab və disk hazırlanıb". www.anl.az. www.anl.az. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2020.
  14. "Özbəkistanın Səmərqənd şəhərində "Şərq təranələri" X Beynəlxalq Musiqi Festivalı keçirilir". zamaninsesi.com. zamaninsesi.com. 2016-08-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2016.
  15. "2010-cu il üçün Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-04.
  16. "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir". "Azərbaycan" qəzeti (az.). anl.az. 11 may 2014. 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
  17. "A.H.Qasımovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.