Ali riyaziyyat
Ali riyaziyyat — ali məktəblərdə riyaziyyatın mühəndislik və başqa texniki ixtisaslar üçün riyazi əsasını öyrədən hissəsidir. Sırf riyaziyyat ixtisası üzrə təhsil alanlardan fərqli olaraq burada mühəndislər riyaziyyatın praktikada tətbiqi üzrə məlumat alırlar. Onun həcmi ali məktəbdən məktəbə fərqlənir.
Ali riyaziyyat aşağıdakı sahələri əhatə edir:
- Analitik həndəsə
- Riyazi analiz
- Differensial hesablama
- İnteqral hesabı
- Müstəvidə və fəzada xətlər
- Sonsuz sıralar
- Çoxparametrli differensial və inteqral funksiyaları
- Diferensial tənliklər
Mənbə
- R.Məmmədov. Ali riyaziyyat. Bakı, Maarif, 1978
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.