Ali Texnologiya Kollecləri

Ali Texnologiya Kollecləri (ərəb. كليّات التقنيّة العليا) — Birləşmiş Ərəb Əmirliklərində yerləşən dövlət ali təhsil müəssisəsi.[1] Ölkəsinin Birləşmiş Ərəb Əmirlikləri UniversitetiZayed Universiteti ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir.[1]

Ali Texnologiya Kollecləri
24°30′ şm. e. 54°30′ ş. u.
Əsası qoyulub 1988
Tip Dövlət
Tələbə sayı 22,000
Ölkə
Sayt hct.ac.ae

Tarixi

Ali Texnologiya Kollecləri əsası 1988-ci ildə[1] 2 nömrəli Federal Qanuna əsasən qoyulmuşdur.[2]

Fəaliyyəti

Ali Texnologiya Kollecləri hazırda ölkənin bütün əmirliklərini əhatə edən 16 tədris binasında 80 proqram üzrə bakalavr və magistratura təhsili verir.[1]

Kitabxanalarından biri

Ümumilikdə 22.000 nəfərin təhsil aldığı bu kolleclər ölkənin ən böyük ali təhsil müəssisəsi hesab edilir. Kolleclərin tələbə kontingentinin 10.000 nəfərdən çoxu qızlardan ibarətdir.[1]

Ali Texnologiya Kolleclərinin nəzdində fəaliyyət göstərən Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzində texniki peşə təhsili və tətbiqi texnologiya üzrə təlim kursları həyata keçirilir.[1] Mərkəz çoxsaylı beynəlxalq şirkətlərlə əməkdaşlıq edir.[1] Tətbiqi Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzi texniki peşə təhsili və tətbiqi texnologiya üzrə Orta Şərqin ən böyük özəl təhsil müəssisəsi hesab olunur.[1]

Kampusları

Ali Texnologiya Kolleclərinin kampusları da kollec adı ilə fəaliyyət göstərir ki, bunlar da aşağıdakılardır:

  • Əbu-Dabi Kişi Kolleci;
  • Əbu-Dabi Qadın Kolleci;
  • Əl-Ayn Kişi Kolleci;
  • Əl-Ayn Qadın Kolleci;
  • Dubay Kişi Kolleci;
  • Dubay Qadın Kolleci;
  • Fuceyrah Kişi Kolleci;
  • Fuceyrah Qadın Kolleci;
  • Ras əl-Xayma Kişi Kolleci;
  • Ras əl-Xayma Qadın Kolleci;
  • Şarcah Ali Texnologiya Kolleci;
  • Mədinət Zayed və Ruveys Kolleci.

Həmçinin bax

İstinadlar

  1. Bəşarət Məmmədov, Ramil Hüseynov, Dünya təhsili: Birləşmiş Ərəb Əmirliklərinin təhsil sistemi Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine (Yazının hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin Təhsil Nazirliyinin, həmçinin Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin rəsmi materiallarından istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 30.09.2011, № 38.  (az.)
  2. 1988 Federal Law No 2 Arxivləşdirilib 2012-03-31 at the Wayback Machine. hct.ac.ae  (ing.)

Xarici keçidlər

  • hct.ac.ae — Ali Texnologiya Kolleclərinin rəsmi saytı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.