AliExpress

AliExpress (çin. 全球速卖通) — Çində yerləşən və Alibaba Group-a məxsus onlayn pərakəndə satış xidməti.[1] 2010-cu ildə istifadəyə verilmiş veb-sayt,[2][3] Çində və Sinqapur kimi ölkələrdə beynəlxalq onlayn alıcılara məhsullar təklif edən kiçik bizneslərdən ibarətdir. AliExpress Rusiyada ən çox ziyarət edilən e-ticarət veb-saytı,[4] Braziliyada isə ən populyar 10-cu vebsaytdır.[5] Veb-sayt kiçik bizneslərin bütün dünyada satış etməsini asanlaşdırır. AliExpress eBay ilə müqayisə edilir, çünki satıcılar müstəqildirlər və alıcılara məhsul təklif etmək üçün platformadan istifadə edirlər.[6][7]

AliExpress
Loqonun şəkli
URL aliexpress.com/index.html
Tipi müəssisə, onlayn-mağaza[d]
Sahibi Alibaba Group
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
AliExpress çatdırılma stansiyası. Katoviçe, Polşa, 2020-ci il
Aliexpress pavilyonu, Moskva Leninqrad dəmir yolu stansiyası, 2016-cı il

Biznes modeli

AliExpress biznesdən biznesə alış-satış portalı kimi faəliyyətə başlayıb. Daha sonra isə biznes-istehlakçı, istehlakçı-istehlakçı, bulud hesablama və ödəniş xidmətlərini əhatə etməklə genişlənib. 2016-cı ildən AliExpress veb-saytı ingilis, ispan, holland, fransız, italyan, alman, polyak, türk, portuqal, indoneziya və rus dillərində işləyir. Dilləri siyahıda olmayan ölkələr üçün defolt olaraq ingilis dili təklif olunur.[8] AliExpress tez-tez birbaşa göndərmə (dropshipping) biznes modelindən istifadə edən e-ticarət mağazaları tərəfindən istifadə olunur.[9]

AliExpress-də satıcılar şirkətlər və ya fiziki şəxslər ola bilər. AliExpress Amazon-dan fərqlidir, çünki o yalnız e-ticarət platforması kimi fəaliyyət göstərir və özü məhsulları birbaşa istehlakçılara satmır.[10] AliExpress Çin müəssisələrini alıcılarla birbaşa əlaqələndirir. Pərakəndə satıcıların əksəriyyəti Çindən olsa da, AliExpress beynəlxalq alıcılara yönəlib və Materik Çindəki müştərilərə satış etmir.[5]

Hökumətlərin reaksiyası

2020-ci ilin noyabrında Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi 42 digər Çin tətbiqi ilə birlikdə AliExpress mobil telefon proqramına qadağa tətbiq etdi.[11]

2022-ci ildə ABŞ-nin Ticarət Nümayəndəliyi AliExpress-i saxtakarlıq və piratçılığa görə pisniyyətli bazarlar siyahısına əlavə etdi.[12][13]

İstinadlar

  1. "Can you tell me the diffrence [sic] between Alibaba and Aliexpress?". Help Center. Alibaba.com. 9 yanvar 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 yanvar 2021.
  2. Dowsett, Sonya. "Alibaba's AliExpress warns of possible coronavirus delays". U.S. 2020-03-03. 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09.
  3. "How a pandemic led the world to start shopping on Alibaba". Financial Times. 2020-04-28. 2022-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-09.
  4. Tsydenova, Nadezhda. "AliExpress Russia eyes $10 billion turnover by 2022–2023, up an estimated 66%". Reuters (ingilis). 2020-07-10. 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
  5. Slater, Matt. "What is Aliexpress?". China Checkup. 18 December 2014. 14 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 December 2021.
  6. "Ebay vs Aliexpress – Which is better?". Top Reviews for You (ingilis). 2017-08-12. 2019-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-02.
  7. Hsiao, Aron. "ebay Versus AliExpress? Where You Should Be Shopping". The Balance Small Business (ingilis). 2019-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-02.
  8. "A Brief History of Jack Ma, Alibaba and AliExpress". Alixblog. 2016-03-23. 2017-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-22.
  9. "The Definitive Guide to Dropshipping with AliExpress". Shopify (ingilis). 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-20.
  10. "AliExpress Is Cheap, But Is It Safe to Shop There?". 4 December 2019. 9 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2023.
  11. "AliExpress among 43 new Chinese apps banned in India: Check full list". The Indian Express (ingilis). 2020-11-25. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-25.
  12. Singh, Kanishka. "U.S. adds e-commerce sites operated by Tencent, Alibaba to 'notorious markets' list". Reuters (ingilis). 2022-02-18. 2022-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-18.
  13. "USTR Releases 2021 Review of Notorious Markets for Counterfeiting and Piracy". United States Trade Representative (ingilis). 2023-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-18.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.