Alfred Neuland
Alfred Neuland (10 oktyabr 1895[1] – 16 noyabr 1966[1], Tallin) — Estoniyalı ağır atlet. Alfred Neuland 1920-ci ildə Antverpen şəhərində baş tutan V-ci Yay Olimpiya Oyunlarının qızıl, 1924-ci ildə Paris şəhərində baş tutan VI-cı Yay Olimpiya Oyunlarının isə gümüş medalçısıdır. Alfred Neuland həmçinin 1922-ci ildə Dünya Çempionatının qızıl medalçısıdır.
Alfred Neuland | |
---|---|
est. Alfred Neuland | |
| |
Şəxsi məlumatlar | |
Tam adı | Alfred Karl Neuland |
Vətəndaşlığı | |
Doğum tarixi | |
Doğum yeri | Valqa, Estoniya |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Tallin, Estoniya SSR |
Boyu | 166 sm. |
Çəkisi | 74 kq. |
İdman növü | Ağır atletika |
15 may 2016 tarixində yenilənib. |
Həyatı
Alfred Neuland 10 oktyabr 1895-ci ildə Estoniyanın Valqa şəhərində anadan olmuşdur.
Karyerası
Alfred Neuland 1920-ci ildə Belçikanın Antverpen şəhərində baş tutan V-ci Yay Olimpiya Oyunlarının ağır atletika yarışlarında iştirak etdi. Alfred Neuland 1-ci cəhd də 72.5 kq., 2-ci cəhd də 75 kq. və sonuncu üçüncü cəhd də 110 kq. ram etdi və V-ci Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı. O həmçinin Yay Olimpiya Oyunlarında qızıl medal qazanan birinci Estoniyalı idmançı oldu.
2 ildən sonra isə Estoniyanın paytaxtı Tallin şəhərində baş tutan Dünya Çempionatına qatıldı. Alfred Neuland Dünya Çempionatında da ən güclü olduqunu sübut etdi və 1-ci yeri tutaraq qızıl medal qazandı.
2 ildən sonra Alfred Neuland karyerasında 2-ci dəfə Olimpiya Oyunlarının medalını qazandı. O bu səfər Fransanın paytaxtı Paris şəhərində keçirilən VI-cı Yay Olimpiya Oyunlarında gümüş medal qazandı. Alfred Neuland 25 ölkənin mübarizə apardığı yarışlarda yalnızca İtaliyalı idmançıdan geri qalaraq gümüş medal qazandı. Alfred Neuland idman karyerasına başa vurduğdan sonra məşqçi kimi fəalliyyət göstərdi.
Alfred Neuland 16 noyabr 1966-cı ildə 71 yaşında Tallin şəhərində dünyasına dəyişdi.
Xarici keçidlər
İstinadlar
- Alfred Karl Neiland // Eesti Spordi Biograafiline Leksikon (est.).