Alfred Amtman-Briyedit
Alfred Amtman-Briyedit – latış aktyoru, rejissor və pedaqoq, professor (1949).
Alfred Amtman-Briyedit | |
---|---|
Alfred Fritsoviç Amtman-Briyedit (Amtmanis) | |
Doğum tarixi | |
Doğum yeri | Kurlyandiya qub.-nın Vall nahiyəsi |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Latviya, Riqa |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Atası | Fritsoviç Amtman-Briyedit |
Fəaliyyəti | aktyor |
Mükafatları | SSRİ xalq artisti (1953), SSRİ Dövlət mükafatı laureatı (1948, 1950, 1951) |
Yaradıcılığı
Alfred Amtman-Briyedit 1903-cü ildə Səhnə fəaliyyətinə başlamışdır. 1919-cu ildən Latviya dram teatrında işləmişdir (1944-cü ildən bədii rəhbər, 1949-cu ildən baş rejissor). Amtman latış teatrının görkəmli realist aktyorlarındandır. İndulis (“İndulis və Ariya”, Y. Raynis), Atvasar (“Gil və çini”, A.P. Qriqulis), Knurov (“Cehizsiz qız”, A. Ostrovski) və s. “Balıqçı oğlu” (1949, V. Latsis), “Yaşıl torpaq” (1950; A. Upit), “İosif və onun qardaşları” (1956; Y. Raynis) və s. əsərləri tamaşaya qoymuşdur.
Mükafatları
- 1953cü ildə - SSRİ xalq artisti.
- 1948, 1950, 1951ci illərdə - SSRİ Dövlət mükafatı laureatı. [1]
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 457. ISBN 978-9952-441-02-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.