Alfonso (Asturiya şahzadəsi)
Kastiliyalı Alfonso və ya Məsum Alfonso (isp. Alfonso de Castilla) (d. 17 noyabr 1453 - ö. 5 iyul 1468) – Kastiliya kralı II Conun kiçik oğlu və Asturiya şahzadəsi.
Kastiliyalı Alfonso | |
---|---|
isp. Alfonso de Castilla | |
| |
Asturiya şahzadəsi[d] | |
1464 – 1465 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 noyabr 1453[1] |
Vəfat tarixi | 5 iyul 1468[1] (14 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | siyasətçi |
Atası | II Con |
Anası | Portuqaliyalı İzabella |
Ailəsi | Trastamar sülaləsi |
Dini | Roma-Katolik kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Alfonso Kastiliya kralı II Conun və ikinci xanımı Portuqaliyalı İzabellanın oğlu olaraq 1453-cü ildə dünyaya gəldi. Dünyaya gəldiyi əsnada atasının səhhəti pis idi və hələ 1 yaşına gəlmədən atası vəfat etmişdi. Atasının vəfatından sonra taxta çıxan ögey qardaşı IV Henri onu, anası və bacısı İzabella ilə birlikdə sürgünə yolladı. Daha sonra özündən 3 yaş kiçik olan ögey anasını övladlarından ayıraraq ögey bacı-qardaşını Seqoviyaya göndərdi.
Henri 7 yaşında ikən bacısı İzabella ilə birlikdə Madridə gətirildi və burada Kraliça Yuannanın himayəsinə verildi. Bu illər ərzində kraliça öz qızının taxt yolunu açmaq məqsədilə Alfonsonu bir neçə dəfə zəhərləməyə cəhd etmişdi.
1460-cı illərin əvvəllərində Kastiliyalı zadəganlar IV Henrinin səltənətindən narazı olmağa başlamışdı və onların fikrincə kralın Portuqaliyalı Yuannadan dünyaya gələn yeganə qızı saraydakı sevgilisi Beltran Kuevadan idi. Məşru vəliəhdi olmadığı üçün kralı devirmək fikrinə gələn zadəganların tək ümidi isə Alfonso idi. Alfonsonu oyuncağa çevirən zadəganlar 1464-cü ildə IV Henriylə razılığa gəldilər və razılığa görə, kral qızı Yuannanı varislikdən çıxararaq Asturiya şahzadəsi ünvanını ögey qardaşı Alfonsoya verməyə məcbur oldu. Kralın tələbinə görə isə, ögey qardaşı gələcəkdə qızıyla evlənməli beləcə hər ikisinin taxt hüququ əlindən alınmayacaqdı. Ancaq çox keçmədən IV Henri bu fikrindən daşındı və yenidən qızının taxt hüququnu dəstəklədi. 5 iyun 1463-cü ildə krala qarşı ayaqlanan zadəganlar Avila şəhərində toplanaraq Alfonsonu kral elan etdilər. Beləcə, Kastiliyada vətəndaş müharibəsi başladı.
Buna baxmyaraq 1468-ci ildə 14 yaşlı Alfonso anidən vəfat etdi. Ölüm səbəbi bilinməsə də, bunun səbəbi olaraq vəba epidemiyası göstərildi. 2013-cü ildə məzarında aparılan tədqiqatlar nəticəsində onun vəba deyil, zəhərlənərək öldürüldüyü sübut edildi.
Mənbə
- Downey, Kirstin (2014). Isabella: The Warrior Queen. Knopf Doubleday Publishing Group. p. 54. ISBN 9780385534123.
- "Art and Culture-Middle Ages". La Cartuja de Miraflores. Archived from the original on 6 May 2016. Retrieved 5 October 2019.
- Caro Dobón, Luis; Fernández Suárez, María Edén. "The real burials of the Miraflores Charterhouse". Science Fieldwork: Dissemination Magazine. University of León: Publications Service. 2: 23–37. ISSN 1988-3021.
- Cervera, César (28 July 2015). "La misteriosa muerte de Alfonso "El Inocente" que llevó a Isabel "La Católica" al trono" [The mysterious death of Alfonso "The Innocent" that took Isabel "La Católica" to the throne]. ABC (in Spanish). Retrieved 5 October 2019.
İstinadlar
- Alfonso XII de Trastámara // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
- http://www.avilaturismo.com/en/what-to-do/isabelline-avila.