Alfons Dode
Alfons Dode(fr. Alphonse Daudet; 1840—1897) — fransız yazıçısı, dramaturqu.
Alfonse Dode | |
---|---|
Alphonse Daudet | |
Doğum adı | Louis Marie Alphonse Daudet[1] |
Doğum tarixi | 13 may 1840[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 dekabr 1897[4][1][…] (57 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sifilis |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | yazıçı, dramaturq, şair, roman yazıçısı, avtobioqraf[d], ssenarist, nasir |
Fəaliyyət illəri | 1859-cu ildən |
Əsərlərinin dili | fransız dili[6], Provans dialekti[6] |
Janrlar | roman, poeziya, nağıl[d], dram, hekayə |
Tanınmış əsərləri | |
Mükafatları | |
Alfons Dode Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Alfons Dode əsasən yumor üslubunda yazıb-yaradan məşhur fransız yazıçısıdır. O, 1840-1897-ci illərdə yaşayıb yaratmışdır.Özünəməxsus orijinal, yeni və maraqlı yazı tərzi olan Alfons Dodenin yaşadığı dövr Avropa tarixinin həm ictimai-siyasi baxımdan, həm də ədəbi-mədəni mühitin formalaşması baxımından ən mürəkkəb dövrlərdən biri idi.1869-cu ildə Alfons Dode ən məşhur romanı olan “Taraskonlu Tartarenin qeyri-adi macəraları” adlı trilogiyasını yazıb.
Qadınlara qarşı diqqətcil olan və eşq macəraları yaşamağı xoşlayan Alfons Dode heç vaxt ağlına belə gətirməzdi ki, Jüli Alyar adlı bir qadın onun həyatının günəşinə çevriləcək. Yazıçının həyat fəlsəfəsinə görə, qadınlara bağlanmaq, ailə həyatı qurmaq yaradıcılıqla bir araya sığmır. Ona görə də yazıçı qəti olaraq evlənməməyə qərar veribmiş. Lakin sehrli gülə, tilsimli çiçəyə bənzəyən Jüli, elə ilk görüşdə yazıçının, necə deyərlər, ağlını başından çıxarır, gənc yazıçını özünə məftun edir, onun ürəyinə hakim kəsilir. Elə həmin an Alfons Dode heç zaman evlənməmək barədəki vədini unudur və...
Məlumatlara görə, son dərəcə ağıllı, yüksək təhsil görmüş Jüli Alyerin özü də yazıçı idi. Maraqlıdır ki, Alfons Dode sonralar yazdığı əsərlərin bir sətrini də Jüliyə oxumamış, onun senzurasından keçməmiş çap etdirməyib.
Deyilənlərə görə, bir gün Dode ilə onun gözəl xanımı və ilham pərisi Jüli arasında çox böyük bur qalmaqal yaşanır. Mübahisə qızışır, əsəblər tarıma çəkilir, ehtiraslar dağ çayları kimi coşub-daşır... Elə bu zaman Dode üzünü arvadına tutaraq deyir: “Əzizim Jüli, bilirsənmi nə var, mənə elə gəlir ki, bizim bu savaşımız gözəl bir roman üçün mövzu ola bilər”.
Xanım Jüli isə bu sözləri eşidən kimi, bir an əvvəlki qalmaqalı unudaraq: - Əzizim Dode - deyə ərinə məhəbbətlə müraciət edir, mənə isə elə gəlir ki, bu roman elə bu saat yazılmağa başlanmalıdır.
Yazıçının oğlu Leon sonralar atası haqqında yazdığı xatirələrdə qeyd edir ki, onun anası - xanım Jüli atasının həyatında həmişə əvəzsiz rol oynayıb. Əgər Jüli olmasaydı, Dode də olmazdı.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Daudet, Alphonse (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911.
- Тейтельбаум Ф. М. Доде // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 2.
- Додэ, Альфонс (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1893. Т. Xа. С. 855–856.
- Estonca Vikipediya. 2002.
- Fourié J. Dictionnaire des auteurs de langue d'Oc de 1800 à nos jours (fr.). Aix-en-Provence: Felibrige edicioun, 2009. P. 103. 369 s. ISBN 978-2-9533591-0-7