Aleksey Saprıkin
Aleksey Saprıkin (tam adı: Aleksey Saprıki; 11 iyun 1955, Bakı – 8 oktyabr 2019, Bakı) — Rus Dram Teatrının aktyoru. Qarabağ qazisi.[mənbə göstərin]
Aleksey Saprıkin | |
---|---|
Digər adları |
Aleksey Şaprıqin Aleksey Şaprikin Aleksey Şaprıkin Aleksey Şoprıgin Aleksey Şaprıgin |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | şəkər xəstəliyi |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Həyatı və fəaliyyəti
Aleksey Saprıkin 1955-ci ildə Bakıda anadan olub. 134 saylı məktəbi bitirib. 1991-ci ildən Bakı Kamera Teatrında, 2002–2008-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb.
1992-ci ildə Aleksey Saprıkin könüllü olaraq cəbhəyə yollanmış, operativ kəşfiyyat bölümündə baş leytenant hərbi dərəcəsi almış, 1996-cı ildə ehtiyata buraxılmış, 1997–2000-ci illərdə isə Azərbaycan Dövlət Texniki Universitetinin "Hərbi kafedrası"nda müəllim vəzifəsində çalışmışdır.
2008-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru idi.
Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının oynadığı son tamaşaları arasında "Sənətkarın taleyi", "Payız sonatası", "Və yağış yağır və içini tökür", "Meme", "Peterburq işçisi", "Qürur və qərəz" tamaşaları var.
Saprıkin həmçinin "Cavad xan", "Biz qayıdacağıq", "Qafqaz", "Cavidin həyatı", "Qraf Krestovski " və digər filmlərdə rol alıb.
Filmoqrafiya
İstinadlar
- "Rus Dram Teatrında "Payız sonatası" tamaşasının premyerası olacaq". 8 Oct 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
- "Azərbaycanda tanınmış aktyor vəfat etdi". 2019-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.