Aleksey Pajitnov

Aleksey Pajitnov (rus. Алексей Пажитнов; d. 14 mart 1956, Moskva, RSFSR, SSRİ) — sovet və amerikalı oyun dizayneriproqramçı, "Tetris" oyunun yaradıcısı.[1]

Aleksey Pajitnov
rus. Алексей Пажитнов
Doğum tarixi
Doğum yeri Moskva, RSFSR, SSRİ
Vətəndaşlığı  SSRİ
 ABŞ
Fəaliyyəti proqramçı, informatik, oyun dizayneri[d], riyaziyyatçı, iş adamı
Mükafatları Game Developers Choice Awards
First Penguin Award
LARA - Der Deutsche Games Award
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

91 saylı Moskva riyaziyyat məktəbini və Moskva Aviasiya İnstitutunu bitirib.[2][3]

SSRİ elmlər Akademiyasının Hesablama Mərkəzində çalışıb. Burada o, süni intellekt problemləri və nitqin tanınması ilə məşğul olub. 1984-cü ildə məhz orada sonradan dünyaca məşhur olacaq "Tetris" oyununu hazırlayıb.

1988-ci ildə Bullet-Proof Software Firmasının dəstəyi ilə Animatek şirkətini (oyun proqram təminatının hazırlanması) təşkil edib. 1991-ci ildə isə ABŞ-yə köçüb.

1996-cı ilin oktyabrında "Microsoft" şirkətinə keçib. Burada o, Pandora's Box üçün başsındırmaların hazırlanması ilə məşğul olub. 2005-ci ildə "Microsoft"u tərk edib.

1997-ci ildə Gaming Computer World Aleksey Pajitnovu "Oyun sənayesinin ən nüfuzlu insanları" siyahısında dördüncü yerə layiq görüb.[4]

18 avqust 2005-ci ildə Wildsnake Software anons buraxıb ki, Aleksey Pajitnov onların şirkətinə qoşulur və yeni oyunlar seriyasının hazırlanmasına başlayır.[5]

2007-ci il martın 7-də Game Developers Choice Awards First Penguin Award mükafatına layiq görülmüşdür.[6]

2009-cu il iyunun 24-də LARA — Der Deutsche Games Award fəxri mükafatına layiq görülüb.[7]

Şəxsi həyatı

Oğlu Dmitri 2017-ci ildə Reynir dağında dağ xizəyi zamanı bədbəxt hadisə nəticəsində həlak olub.[8][9]

İşləri

AdıBuraxılış iliƏS, kompüterPajitnovun rolu
Tetris 1984Elektronika-60, IBM PCOrijinal ideya, (alqoritmi Dmitri Pavlovski ilə birgə, proqramı Elektronika-60-dan IBM PC-yə Vadim Gerasimov köçürüb)
Welltris 1989Amiga, Amstrad CPC, Atari ST, Commodore 64, DOS, Macintosh и ZX SpectrumOyunun ümumi dizaynı, Andrey Sqenov ilə birgə
Faces 1990DOS, Macintosh[10]Orijinal ideya (Vladimir Poxilko ilə birgə)
Hatris 1990TurboGrafx-16, Arcade, Game Boy & NESOrijinal ideya
Knight Move 1990Famicom Disk System (Yaponiya)İdealist
El-Fish 1993DOSOrijinal ideya (Vladimir Poxilko ilə birgə)
BreakThru! 1994Windows 3.xPajitnovun şəkli oyunun üz qabığında
Knight Moves 1995Microsoft Windowsİdealist
Ice & Fire 1995Windows, Macintosh & PlayStationOrijinal ideya (Vladimir Poxilko ilə birgə)
Clockwerx 1995Microsoft WindowsOrijinal ideya. Pajitnovun şəkli oyunun üz qabığında
Tetrisphere 1997Nintendo 64Köməkçi
Microsoft Entertainment Pack: The Puzzle Collection 1997Windows & Game Boy ColorOyunun ümumi dizaynı
Pandora’s Box 1999WindowsOyunun ümumi dizaynı
Hexic HD 2005Xbox 360Orijinal ideya və dizayn
Dwice 2006WindowsOyunun ümumi dizaynı
Hexic 2 2007Xbox 360Oyunun ümumi dizaynı
Marbly 2013iOSOrijinal ideya və dizayn

İstinadlar

  1. "Tetris: a history". Atarihq.com. 2012-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-06.
  2. "Alexey Pajitnov, Creator of Tetris". tetris.com. tetris holding. 2021-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05. He received his Masters degree in Applied Mathematics from the Moscow Institute of Aviation
  3. "History of Computers and Computing, Birth of the modern computer, Software history, Tetris of Alexey Pajitnov". history-computer.com. 3 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2019.
  4. The Most Influential People in Computer Gaming (PDF). (journal) (ingilis). № 159 (Computer Gaming World). Ziff Davis. 1997. oktyabr. P. 56.
  5. "WildSnake newsletter 18 August 2005, retrieved 31-10-2007". Wildsnake.com. 2005-08-18. 12 November 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-20.
  6. "2007 Game Developers Choice Awards To Honor Miyamoto, Pajitnov". Gamasutra. 7 March 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-02-12.
  7. "Games Award ehrt Tetris-Erfinder Paschitnow". 2009-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-13.
  8. "Dmitri Pajitnov - In Memoriam, retrieved February 9, 2018". April 6, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 13, 2019. (#invalid_param_val)
  9. "Skier identified after body was missing for a month on Mount Rainier, retrieved Feb 9, 2018". The News Tribune. 2017-08-22. 2019-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-13. (#invalid_param_val)
  10. Mann, Richardo. Faces (PDF). (journal) (ingilis). № 124 (Compute!). 1990. dekabr. P. 92.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.