Aleksey Lejnyov
Aleksey Timofeyeviç Lejnyov (Lejnev) (27 mart 1913, Bakı – 23 fevral 1972, Bakı) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1969).
Aleksey Lejnyov | |
---|---|
rus. Алексей Тимофеевич Лежнёв | |
Digər adı | Aleksey Lejnev |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | teatr aktyoru |
Fəaliyyət illəri | 1932-ci ildən |
Teatr | Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı |
Mükafatları |
|
Həyatı
Aleksey Lejnyov 27 mart 1913-cü ildə Bakıda anadan olmuşdur. 1932–1934-cü illərdə Rostov Dram Teatrı studiyasında, 1934–1937-ci illərdə isə Tbilisi Dövlət Rus Dram Teatrında çıxış etmiş, 1938-ci ildən M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olmuşdur.[1]
Aleksey Lejnyov 1944-cü ildən Sov.İKP üzvü olmuşdur. O, pedaqoji fəaliyyət də göstərmişdir. Aktyor 23 fevral 1972-ci ildə Bakıda vəfat etmişdir.[1]
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 25 dekabr 1969
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 fevral 1954
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
İfa etdiyi əsas rollar
- "Polad necə bərkidi", Nikolay Ostrovskinin əsəri üzrə — Pavel Korçagin
- "Müfəttiş", Nikolay Qoqol — Xlestakov
- "İki ağanın bir nökəri", Karlo Qoldoni — Truffaldino
- "Xırs-quldurbasan", Mirzə Fətəli Axundov — Tarıverdi
- "Müsyo Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundov — Məstəli şah
- "İnqilab naminə", Mixail Şatrov — Dzerjinski
- "Onun dostları", Viktor Rozov — Şaron
İstinadlar
- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 180.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.