Aleksey Brusilov

Aleksey Alekseyeviç Brusilov (rus. Алексей Алексеевич Брусилов; 3 avqust 1853, Tiflis[1]17 mart 1926[2][3][…], Moskva[3]) — russovet hərb xadimi və hərbi pedaqoqu, kavaleriya generalı (6 dekabr 1912-ci ildən), general-adyutant (10 aprel 1915-ci ildən), Rus ordusunun Ali baş komandanı (22 may — 19 iyul 1917), Qırmızı Ordunun baş kavaleriya inspektoru (1923).

Aleksey Brusilov
Şəxsi məlumatlar
Doğum tarixi 3 avqust 1853(1853-08-03)
Doğum yeri
Vəfat tarixi 17 mart 1926(1926-03-17)[2][3][…] (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Vətəndaşlığı
Təhsili
  • Paje korpusu[d] (9 (21) iyul 186729 iyul (10 avqust) 1872)
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü Rusiya İmperator Ordusu, Qızıl Ordu
Rütbəsi poruçik, ştabs-kapitan, kapitan, Rotmistr, podpolkovnik[d], polkovnik, general-mayor, general-leytenant, tam süvari generalı[d], general adyutant[d] (10 (23) aprel 1915)
Döyüşlər
Təltifləri III dərəcəli Müqəddəs Georgi ordeni 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni Ağ Qartal ordeni 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni qılınclı 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni qılınclı və bantlı 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni Hərbi medal (Fransa) "Qırmızı qartal" ordeni Fəxri Legion ordeninin yüksək rütbəli zabiti "Fəxri Legion" ordeni komandoru "Fəxri Legion" ordeninin zabit dərəcəsi "Müqəddəs Aleksandr" ordeni "Hərbi xidmətə görə" ordeni "Şiri-Xurşid" ordeni "Şiri-Xurşid" ordeni grand officer of the Order of the Crown of Italy 1-ci dərəcəli "Şiri-Xurşid" ordeni 5-ci dərəcəli "Şiri-Xurşid" ordeni 2-ci dərəcəli "Qırmızı qartal" ordeni "İgidliyə görə" qızıl qılıncı "İgidliyə görə" qızıl qılıncı "Müqəddəs Stanislav" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Aleksey Brusilov mənşəcə Brusilovlar zadəgan ailəsindəndir. 1853-cü ildə Tiflisdə rus generalı Aleksey Nikolayeviç Brusilovun ailəsində anadan olub (1787-1859). Anası Mariya-Luis Antonovna mənşəcə polyak idi və kollec assessoru A. Nestoyskinin ailəsindən olmuşdur.

27 iyun (9 iyul) 1867-ci ildə Pajeski Korpusuna daxil olmuşdur. 17 iyul 1872-ci ildə korpusu bitirmiş və 15-ci Draqun Tver alayı sıralarına daxil olmuşdur. 1873-1878-ci illərdə - alayın adyutantı olmuş, Qafqazda 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin iştirak etmişdir. Türk qalaları ƏrdahanQarsın ələ keçirilməsində fərqlənmiş, buna görə də 3-cü və 2-ci dərəcə Müqəddəs Stanislav ordeni və 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edilmişdir. 1879-1881-ci illərdə eskadron komandiri və alay təlim komandasının rəisi olmuşdur.

1881-ci ildə xidmət etmək üçün Sankt-Peterburqa gəlmiş, 1883-cü ildə eskadronun elmi şöbəsini və yüzlərlə komandirini "əla" kateqoriyasında bitirmişdir. 1883-cü ildən Məmur süvari məktəbində xidmət etmişdir: 1890-cı ildən - at sürmə və sarğı şöbəsi müdirinin köməkçisi; 1891-ci ildən - eskadron və komandir şöbəsinin rəisi; 1893-cü ildən - draqun şöbəsinin müdiri olmuşdur. 10 noyabr 1898-ci ildən - direktor köməkçisi, 10 fevral 1902 - məktəbin müdiri olmuşdur. Brusilov təkcə Rusiyada deyil, xaricdə də kavaleriyaatçılıq idmanının görkəmli bilicisi kimi tanınmışdır.

Rütbələri

Brusilov hücumu

Aleksey Brusilov 1916-cı ildə

Antanta qüvvələrinin 1916-cı ilin martında Şantiyidə razılaşdıqları 1916-cı il yay hücumu qərarına uyğun olaraq rus cəbhəsində hücum 15 iyuna, fransız cəbhəsində isə 1 iyula nəzərdə tutmuşdu. 1(14) aprel baş qərargahda (Mogilyov) cəbhə komandanları müşavirəsində təsdiq olunan 1916-cı il kampaniyası planına görə, əsas zərbəni Qərb cəbhəsi qoşunları Vilno istiqamətində endirməli idi (1, 2, 4, 10 və 3-cü ordular). Cənub-Qərb (8, 11, 7 və 9-cu ordular) və Şimal (12, 5 və 6-cı ordular) cəbhələrinə isə yardımçı zərbə tapşırılmışdı. Qərargahın 11(24) aprel direktivinə görə Cənub-Qərb cəbhəsi Rovno rayonundan Lutska hücumla Qərb cəbhəsinə dəstək olmalıydı. Lutska əsas zərbənin endirilməsi Qərb cəbhəsinə ən yaxın olan 8-ci orduya həvalə olunmuşu. Cənub-Qərb cəbhəsinin komandanlığı hücuma hərtərəfli hazırlıq keçirmişdi: xüsusilə rəqibin müdafiəsinin kəşfiyyatına (o cümlədən havadan), hücum üçün mühəndis platsdarmlarının hazırlığına (hərəsi 6-8 paralel tranşeya olmaqla), Avstriya-alman mövqelərinə analoji (2-3 möhkəmləndirilmiş zolaq) sahələrinin qət edilməsində qoşunların hazırlığına, piyadaların artilleriya ilə uzlaşması işinə diqqət yetirilmişdi.

Cənub-qərb cəbhəsi Avstriya-alman 4, 1, 2, Cənub və 7-ci orduları üzərində canlı qüvvədə (448 minə qarşı 573 min süngü) və yüngül toplarda (1301-ə qarşı 1770 top) üstünlüyə malik idi, lakin ağır artilleriyada üç dəfə geri qalırdı (545-ə qarşı 168 top).

Cənub-qərb cəbhəsinin hücumu 22 mayda (4 iyun) o vaxt üçün güclü artilleriya hazırlığından sonra başladı. Ən böyük uğura 8-ci ordu zolağında (kom. general A.M.Kaledin) Lutsk istiqamətində nail olunmuşdu. Nosoviçi, Korıto (Lutsk sıçrayışı adlandırılan) sahəsində 16 km cəbhəni yararaq, o 25 maya qədər cəbhə boyu eninə yarığı 70–80 km, dərinə 25–35 km genişlədərək Lutsku tutdu. 2 iyuna qədər 8 -ci ordu general A. Linzingenin ordular qrupundan olan ershersoq İosif Ferdinandın 4-cü Avstro-macar ordusunu darmadağın edərək 65–75 km irəlilədilər. Rezervləri tükədib və Kiselin rayonunda Fransadan və cəbhənin başqa sahələrindən gətirilmiş alman hissələrinin inadlı müqavimətinə rast gələrək o irəliyə hərəkətini dayandırdı. Bu həm də ona görə edildi ki, hücum qonşu Qərb cəbhəsinin 3-cü ordusu tərəfindən dəstəklənmədi. 3 iyundan 22 iyuna qədər 8-ci ordu generallar Q.Marvits, E.FankelhaynF.Bernqardinin ordu qruplarının əkszərbələrini dəf edirdi. 11 iyunda Cənub-qərb cəbhəsinə 3-cü ordu verildi. 8-ci və 3-cü ordular (gen. L.P.Leş) Stoxod çayını forsaj etməyə və Kovali tutmağa çalışdılar, lakin almanların iri qüvvələr çəkərək buranı güclü möhkəmlətməsi onlara imkan vermədi. 11-ci ordu (kom. gen. V.V.Saxarov)Sapanov yanında cəbhəni yardı, lakin rezervin olmaması hücumu davam edə bilmədi. 7-ci ordu (kom. gen. D.Q.Şerbaçev Yazlovitsa rayonunda müdafiəni 7 km sahədə yardı, lakin rəqibin general Böm-Ermolinin ordu qrupundan və gen. Botmerin Cənub ordusu tərkibindən olan iri qüvvələrinin əskzərbələri hücumu dayandırdı. 9-cu ordunun (kom. gen. P.A.Leşitski) əməliyyatları uğurla davam edirdi. 11 km cəbhəni Onut, Dobronouts sahəsində yararaq, 7-ci Avstriya-macar ordusunu darmadağın etdi və 5 iyunda Çernovtsını aldı.

Biblioqrafiya

  • Об одиночной подготовке всадника и коня в кавалерии // Военный сборник. 1897. № 9.
  • Роль кавалерии в будущих войнах // Вестник русской конницы. 1906. № 1.
  • Кавалерийский спорт // Вестник русской конницы. 1906. № 3.
  • Мои воспоминания. Посмерт. изд. — М.; Л.: Гос. изд-во. Отдел воен. лит., 1929. — 249 с.
  • Воспоминания. — М.: Воениздат, 1963.
  • Мои воспоминания — Минск: Харвест, 2003

Ədəbiyyat

İstinadlar

  1. Deutsche Nationalbibliothek Record #118844997 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Брусилов Алексей Алексеевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.