Aleksey Batalov
Aleksey Vladimiroviç Batalov (rus. Алексей Владимирович Баталов; 20 noyabr, 1928–2017) — Rusiya aktyoru və rejissoru.
Aleksey Batalov | |
---|---|
rus. Алексей Владимирович Баталов | |
Doğum tarixi | 20 noyabr 1928[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 15 iyun 2017[3] (88 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, ssenarist, kinorejissor, yazıçı, memuarçı, teatr pedaqoqu[d], ictimai xadim |
Fəaliyyət illəri | 1944–2017 |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0060692 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Aleksey Batalov 1928-ci il noyabrın 20-də Vladimir şəhərində, incəsənət xadimlərinin ailəsində dünyaya göz açıb. Atası Vladimir Batalov aktyor və rejissor, anası Nina Olşevskaya aktrisa idi. Alyoşanın 5 yaşı olanda anası atasından ayrılıb və yazıçı Viktor Ardovla ailə həyatı qurub. Onlar Moskvada yaşamağa başlayıblar. Ailələrinə tez-tez qonaq gələn isə anasının rəfiqəsi, məşhur şairə Anna Axmatova olub. Aleksey də uşaqlıqdan onunla dostlaşır, həyatda çox şeyləri ondan öyrənir, sevincini və kədərini onunla bölüşür. Anna Axmatovanı o qədər çox istəyib ki, hətta böyüyəndə onun portretini də çəkib. Gələcək həyat yoldaşı İra Rotova da onun uşaqlıq dostu olub, onlar bağ qonşusu idilər. 1941-ci ildə müharibə başlayandan sonra Alekseyin ailəsi Ufa, Kazan, Sverdlovskda yaşamalı olub, müharibə qurtarandan sonra yenidən Moskvaya qayıdıblar.
Aleksey orta məktəbi bitirdikdən sonra Moskva Akademik Bədaye Teatrının (MXAT) məktəb-studiyasına qəbul olunur. Bir dəfə dostunun yanına gedəndə orada gözəl bir qız görür. Beləcə, uşaqlıq dostu, sevimli İra Rotova ilə illər sonra yenidən görüşür. Bir qədər sonra ailə qururlar, Nadya adında qızları dünyaya gəlir. MXAT məktəb-studiyasını bitirən Aleksey aktyorluq fəaliyyətinə başlayır.
Aleksey Batalov kinoda ilk rolunu 1944-cü ildə "Zoya" filmində (məktəbli Aleksey) oynayıb. İkinci dəfə çəkiliş meydanına isə 10 il sonra dəvət alır. 1954-cü ildə rejissor İ. Xeyfisin "Böyük ailə" filmində Aleksey Jurbin roluna çəkilir. 1957-ci ildə rejissor Mixail Kalatozovun "Durnalar uçur" filmində oynadığı Boris rolu isə onu xalqın sevimlisinə çevirir. Ekran əsəri 1958-ci ildə Kann kinofestivalının baş mükafatına ("Qızıl palma budağı") layiq görülür. Bu filmin çəkilişi onun yaddaşında ağır günlərlə də qalır. O, çəkiliş zamanı yıxılmış, sifəti yaralanmışdı, nəticədə bir neçə əməliyyat keçirməli olur. Bundan sonra Aleksey Batalov yeni filmlərə dəvət alır. Tez-tez çəkilişlərə getdiyindən ailəsində söz-söhbətlər başlayır. Belə mübahisələrdən bezən Aleksey bir dəfə dostu ilə sirkə gedəndə orada qaraçı qızı Gitana Leontenko ilə tanış olur. 1958-ci ildə o, İra ilə boşanır, 1963-cü ildə Gitane ilə ailə həyatı qurur. Aleksey Batalovu kino aləminə tanıdan rejissor İosif Xeyfis aktyoru daha bir neçə filmdə çəkir: "Mənim əziz adamım" (1958), "İt gəzdirən qadın" (1960), "Xoşbəxt gün" (1964). 1960-cı ildə Aleksey özünü rejissorluqda sınayır, N. Qoqolun "Şinel", F. Dostoyevskinin "Qumarbaz" əsərləri əsasında çəkdiyi filmlərdə həm də aktyor kimi rol alır. 1962-ci ildə rejissor M. Rommun "Bir ilin doqquz günü" filmində Dimitri Qusev roluna görə Rusiya Dövlət mükafatına layiq görülür.
Aleksey Batalov 1979-cu ildə milyonların sevimli filmi "Moskva göz yaşlarına inanmır"da Georgi İvanoviç rolunu oynayır. Film 1981-ci ildə kino sahəsində ən yüksək mükafata — xarici film nominasiyasında "Oskar"a layiq görülür. Bundan sonra bir müddət kinodan uzaqlaşır, radiotamaşalarda oynamağa başlayır. Görkəmli aktyor sənət həyatı ilə yanaşı, 1975-ci ildən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda müəllimlik edir. Onun tələbələri indi Rusiya, Azərbaycan, Ukrayna, Belarus, Özbəkistan və s. ölkələrin tanınmış aktyorlarıdır.
Böyük aktyor 15 iyun 2017-ci ildə 89 yaşında Moskvada vəfat edib.
Ailəsi
Aktyorun həyat yoldaşı Gitana və qızı Maşa vardır. Maşa anadangəlmə əlil olsa da, öz iradəsi sayəsində Kinematoqrafiya İnstitutunu bitirib. Böyük qızı Nadya isə Xarici Dillər İnstitutunu bitirib.
Filmoqrafiya
- Durnalar uçur (film, 1957) / Летят журавли
- Təzə evlənənlər üçün çətir (film, 1986) / Зонтик для новобрачных
- Moskva göz yaşlarına inanmır (film, 1979)
İstinadlar
- Баталов Алексей Владимирович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Bibliothèque nationale de France Aleksej Vladimirovič Batalov // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- В Москве скончался знаменитый актер Алексей Баталов.