Aleksey Arakçeyev
Aleksey Andreyeviç Arakçeyev (23 sentyabr (4 oktyabr) 1769[1] – 21 aprel (3 may) 1834[1], Qruzino[d], Novqorod quberniyası[d])—Rusiya hərbi xadimi.
Aleksey Arakçeyev | |
---|---|
rus. Алексей Аракчеев | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Təhsili |
|
Fəaliyyəti | hərbçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Rusiyanın hərbi naziri məşhur dövlət adamı Arakçeyev (qraf Aleksey Andreyeviç Arakçeyev 1769–1834) qədim, lakin yoxsullaşmış zadəgan ailəsindən çıxmışdı. Rusların "Nəsil Şəcərəsi Kitabı"nda Arakçeyevlərin nəsli haqqında deyilir: "1695-ci il martın 6-da çar fərmanı ilə Novqorodlu İvan Stepanoviç Arakçeyevə onun özünün, ata və babalarının dövlət qarşısındakı xidmətlərinə görə Novqorod quberniyasında kəndlər, əkin-biçin yerləri bağışlanır".
Qraf Arakçeyevə qədər də bu ailədən onu şöhrətləndirən hərb adamları çıxmışlar. Məsələn, Arakçeyevin babası Vasili Stepanoviç Arakçeyev general Minixin komandanlığı altında vuruşmuş, Oçakov altında yaralanmıĢ, general rütbəsində istefaya çıxmışdı. Onun qardaşı oğlu Andrey Alekseyeviç isə, poruçik rütbəsində istefaya çıxanda, ona irsən yetişmiş 20 təhkimlisi olan kiçicik kəndə malik idi. Bu Pyotrun onun babalarına səxavətlə bağışladığı hədiyyədən qalan son yadigar idi. Üç oğlu var idi. Bu kasıb zadəganın üç oğlunun üçü də general rütbəsinə qalxıb dövlətdə görkəmli mövqelər qazanacaqdılar. Hələ ki, həmin gələcəyin böyük dövlət adamı olacaq oğlunu Peterburqa aparıb artilleriya məktəbinə düzəldənə kimi yazığm döymədiyi qapı qalmayacaqdı. Nəhayət uşağı xeyirxah adamların vasitəsilə (Yekaterinanın xeyriyyə tədbirləri üçün maddi vəsaitlə təmin etdiyi mitropolitin böyük əməyi sayəsində) Artilleriya və Mühəndislər Korpusunda oxumağa düzəldə bilir. Gənc Arakçeyev riyaziyyatda misilsiz bacarığı, həyatda fərasəti, səyi və çalışqanlığı, daha doğrusu, zirəkliyi ilə tez bir zamanda nəzəri cəlb edir. Yekaterinanın saray əyanlarından olan Saltıkovun köməyi sayəsində yaxĢı məvaciblə işə düzəlir. Elə Saltıkov özü də onu vicdanlı və işgüzar gənc kimi şahzadə Pavelə tövsiyə edir. Arakçeyev zəhmətsevərliyi, zirəkliyi, doğruçulluğu ilə gələcək hökmdarın rəğbətini qazanır.
Odur ki, vəliəhd hakimiyyətə gələn kimi ona general rütbəsi verir, onun tavanasaz olduğunu bildiyindən Novqorod quberniyasında iki min təhkimli ilə Quruzino kəndini bağışlayır. Bu gözəl kəndi vaxtilə çar Pyotr öz əziz dostu MenĢikova bağışlamışdı. Deyilənlərə görə xiyabanda sıralanmış əzəmətli palıd ağaclarının da çubuqlarını bir vaxt çar öz əllərilə dost bağında əkmişdi. Kənd Arakeçeyin idarəsinə keçən kimi az bir zaman ərzində burada tikilən saray və digər tikililər paytaxtın ən zəngin saraylarını geridə qoyurdu. Çar Pavel özünün ad günündə ona "Nəcabətli qraf" titulu verir. Bununla əlaqədar olaraq Arakçeyevlərin gerbinə bu sözlər həkk olunur: "Səmimi və sadiqdir". Deyirlər, bu sözləri çar Pavel öz əllərilə tərtib etmişdi. Bu cümlə sonralar qanadlı ifadəyə — aforizmə çevrilir. Sonralar Puşkin ona yazdığı epiqramında "Bütün Rusiyanı sıxışdıran, qubernatorları ağlaşdıran" qiymətini verir, bununla bir vaxt çarın özündən aldığı təltif qədər qiymətli həmin sözlərin dəyərini "Nüfuzlu adamların qarşısında köləlik etmək, əyilmək" mənasında aşağı salmaq istəyirdi. Amma saray əyanları içərisində onu gözü götürməyənlər, dostlarından qat-qat çox düĢmənləri var idi və paxıllar çox idi. Bu adamlar onun, rus ordusunun artilleriyasını az bir zamanda ağlamalı vəziyyətdən çıxarmasını, yıxılanın qolundan tutmasını unudurdular; onun sədaqətli və etibarlılığı hamının gözündən yayınırdı. Məsələn, hamıya məlum idi ki, əgər I Pavel sui-qəsd gecəsi o paytaxtda olsaydı, həmin sui-qəsd də baş tutmayacaqdı. Amma əleyhdarları tərəfindən onun bu keyfiyyətləri yaltaqlıq və yarınmaq kimi qiymətləndirilirdi. Buna baxmayaraq o, sədaqəti və fədakarlığı ilə gənc çar Aleksandrın da təvəccöhünü qazandı və imperatorun yanında az qala birinci adama çevrildi. Aleksandrın vaxtında xüsusən 1815-ci ildən başlayaraq, faktiki olaraq Dövlət Şurası və Nazirlər Kabineti Şurasının rəhbərliyini öz əlinə alır.
Onun dövlət siyasəti, xüsusən böyük hərbiləşdirmə tədbirləri rus ictimaiyyətində "Arakçeyevçilik" adı alır. Çar ona inandı; onu özünə və Vətənə sədaqətli, vəfadar dost sanırdı. O çarın üzünə çəkinmədən həqiqətləri deyə bilirdi.
Çar məhz, onun tövsiyəsinə və məsləhətinə əməl edib 1812-ci ildə müharibənin başlanğıcında ordunun baş komandanı vəzifəsindən gedib öz yerinə Kutuzovu təyin etdi. Nəhayət, o çarı inandıra bildi ki, onun məhəbbəti, coĢqun vətənpərvərlik duyğuları bu böyük vəzifəyə kifayət etmir, vətənin belə ağır anlarında baĢ komandanlıq döyüş sınaqlarından çıxmıĢ sərkərdəyə həvalə olunmalıdır. Yoxsa yaltaq və karyerist, vəzifəpərəst nazirlərin heç biri cürət edib imperatoru bu fikirdən daşındıra bilməzdi.
Arakeçeyev adamları əlüstü və gözəl tanımaq qabiliyyətinə malik idi, bir-iki yığcam ifadə ilə də insanın tam, dolğun xasiyyətnaməsini verə bilirdi. Yüksək saray dairələrində vəzifəyə adam qoyub, həmçinin vəzifədən adam götürmək onun işi idi. O bunda şəxsi xeyir, mənfəət güdmürdü. Sadəcə işə yararlı, müvafiq adamları axtarıb tapa bilirdi. Heç bir padşahın ona olan hüdudsuz etibarından "bəhrələnə bilmirdi", çünki özü yüksək mövqelərə işgüzarlığı, çalıĢqanlığı və sədaqəti ilə gəlib çatmıĢdı. Elə onun ən gözəl keyfiyyətləri də əsasən bundan ibarət idi. Əlində olan pula, vara gözünün ucu ilə də baxmazdı. Düşmənləri belə onun bu xüsusiyyətləri barədə susa bilmirdilər. Təəssüf ki, onun xasiyyətindəki qəddarlıq, zalımlıq, əlində böyük ixtiyar toplandıqca hər cür sərhədləri aşırdı. Həm də həddən artıq düzlüyüdürüstlüyü də onun xeyrinə olmurdu, çünki məsul iĢlərdə həddən artıq vicdanlı olmaq özü də Ģəraiti dözülməz dərəcədə ağırlaşdırırdı. Ona görə çar Pavel özü qədər inandığı və Peterburqun komendantı təyin etdiyi bu adamı vəzifədən uzaqlaĢdırıb özündən də kənarlaĢdırır. Düşmənləri də bunu istəyirdilər -yataq otağına girib "sahibsiz" çarı öldürürlər, atasının yerinə hakimiyyətə keçən I Aleksandr da Arakçeyevi imperiyaya lazım olduğunu bildiyindən dərhal onu çağırır. Çar ölənə kimi Arakçeyev onun yanında olur. Çar onun əlinin və ürəyinin təmizliyini bilir, həmiĢə onun sözünə əməl edirdi. Arakçeyev düĢmənlərinin çox-çox olduğunu bilirdi, öz evində belə yeməyi əvvəl yoxlatdırıb sonra yeyirdi. Ailə həyatı uğursuz çıxmıĢdı, bütün ömrü iĢdə, fəaliyyətdə keçirdi. Buna baxmayaraq qadınları sevirdi, qadın onunçün böyük qüvvə idi; general sədaqətli aĢiq idi.
Çarın özü ilə bəzən dövlət mənafeyinə görə mübahisəyə giriĢən, ona sərt etirazlarını bildirən bu adamın əli altında işləmək də cəhənnəm əzabı idi. Belə bir adam vəfalı məĢuq idi. Elə məĢuqəsinin ölümündən sonra o kəndinə köçür, saqqalda gəzir, deyirlər bu qadının qanına batırdığı dəsmalı boynuna bağlayırmıĢ. Amma bu aĢiq xəyanətlə də barıĢmırdı. Yalana qarşı, saxtakarlıq və sədaqətsizliyə qarĢı də qəribə intiqamlar uydura bilirdi. İki sevgilisi vardı. Yüksək dairəyə mənsub olan, Peterburqda yaşayan qadın və daha çox sevdiyi, əsil məhəbbət bildiyi qadını. Bu xanım onun kənddəki malikanəsini idarə edirdi. Elə o da ağası kimi əli altında olan xidmətçilərlə, kəndlilərlə amansız rəftar edirdi. Nəhayət cana doyan kənd əhalisi ayağa qalxdı, bu zülmkar qadını — Anastasiya Minnikovanı həmin qəddarlıqla da öldürdülər. Kənd bilərəkdən hamısı elliklə bu iĢdə iĢtirak edirdi ki, bu əzazil qadına qarĢı sui-qəsddə kimisə ayrıca günahlandırıb cəzalandırmasınlar. Arakçeyev sevgilisi qadının ölümü ilə əməlli-baĢlı qəm-qüssəyə batır, dostunu dəfn edir və məzarının yanında özünə yer saxlayır. Dərdli gecələrini qadının son yadigarlarını eĢələyib oxumaqla keçirir. Bu qadının kağızlarını oxuyub tanıĢ olduqca bu ölüb gedən sevgilisini indi tanımalı olur: inanıb etibar etdiyi bu qadının iĢ aĢırıb rüĢvət aldığım, onun adıyla nələr etdiyini öyrənir. Eləcə də digər oyunlarının Ģahidi olur. Deyirlər ki, o bundan qeyzlənir, keçmiş aşnasının qəbrini sökdürüb ümumi qəbristanlığa köçürür.
Dünən həqiqət sanıb baĢı ilə cavabdeh olduğu müqəddəsliklər bu gün rəzilliyə çevrilmiĢdi. Arakçeyev bu tale oyununa mat qalır; rüĢvət verən insanları özünün yas içində olan malikanəsinə dəvət edib əĢyaları — rüĢvət hədiyyələri göstərib "götürün, bunlar sizindir, mən hər şeyi bilirəm…" demiĢdi. Adamlar bu an ona inanırdılar. O neçə gecə idi sevgilisinin kağızlarını oxuyub onlarla da tənhalığın ilk acı çağlarını ovutmaq istəyirdi. Əksinə olmuĢdu. Həqiqətin — xəyanətin üstü açılmıĢdı, gec olsa da…
Akarçeyevin coĢqun həyatında maraqlı dəqiqələr çox idi: Hərbi nazir kimi maaĢı qaldırarkən onun əmri əcaibliklər doğurur, rota komandirlərindən baĢqa digər zabitlərin maaĢlarının artırılmasına sərəncam verir. Bunun səbəbini sadəcə belə əsaslandırmıĢ və bunu heç kimdən gizlətmirdi; rota komandirləri rotadan gələn gəlirlə dolana bilər. Bununla o sanki hərb sahəsindəki oğurluğu elə bil etiraf etməli olurdu. Hərbi intizam elə qanına hopmuĢdu ki, evdə də hərbi qaydalar hökm sürürdü: heç kəs porsiyadan artıq yemək götürə bilməzdi. Ətrafda, hər yerdə ideal təmizlik yaradırdı, bu təmizliyə hamı riayət edirdi.
Arakeçevin qanuni nikahı olmadığından sevgilisi Anastasiya Minnikovadan doğulan qeyri-rəsmi yeganə oğlu Şumski familiyası daĢıyırdı. Bu oğlan uĢaqlıq illərində keçirdiyi xəstəlikdən qurtulmaq üçün həkimin daim içirdiyi spirtli içkidən adətkərdə olmuşdu. Çar Nikolay Arakçeyevin ölümündən sonra onu Qafqaza - Yermolovun yanında işləməyə göndərdi. Çünki oğlan axırıncı dərəcədə sərxoĢluq edirdi və saraydakı fligel adyutant vəzifəsindən də buna görə azad olunmuĢdu. Çar müharibə meydanına çevirdiyi qan içində üzən Qafqazın ağır tərbiyələndirici məktəb olacağını düĢünürdü. Bu oğlan savadlı və fitri istedada malik bir gənc idi, hələ çox gənc ikən içki onun axırına çıxdı, bihudə yerə də öldü.
Xarici keçidlər
- Аммон Ф. Г. В фаворе у кесаря: Александр I и Аракчеев
- Аракчеев А. А. Автобиографические заметки графа Аракчеева // Русский архив, 1866. — Вып. — 9. — Стб. 923–927. Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine
- Аракчеев А. А. Письма 1796–1979 гг. / Сообщ. А. И. Макшеев // Русская старина, 1891. — Т. 71. — № 8. — С. 404–407. — Под загл.: Алексей Андреевич Аракчеев в 1796–1797 гг. Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine
- Аракчеев А. А. Письмо графа Аракчеева к графине Канкриной / Примеч. П. А. Вяземского // Русский архив, 1868. — Изд. 2-е. — М., 1869. — Стб. 281–283. Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine
- Аракчеев А. А., Карамзин Н. М. Письма к великому князю цесаревичу Константину Павловичу / Сообщ. Г. Александровым // Русский архив, 1868. — Изд. 2-е. — М., 1869. — Стб. 289–293. Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine
- Биографический очерк Аракчеева Алексея Андреевича Arxivləşdirilib 2014-03-01 at the Wayback Machine
- Биографический очерк об Алексее Аракчееве
- Биография Аракчеева
- Вилие Я. В. Письмо Я. В. Виллие к А. А. Аракчееву
- Врангель Н., Маковский С., Трубников А. Аракчеев и искусство // Старые годы, 1908. — № 7. — С. 439–471. (иллюстр.). Arxivləşdirilib 2014-02-27 at the Wayback Machine
- Граф А. А. Аракчеев. (Материалы) // Русская старина, 1900. — Т. 101. — № 1. — С. 97–106. Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine
- Гриббе А. К. Граф Алексей Андреевич Аракчеев. (Из вспоминаний о Новгородских военных поселениях). 1822–1826 // Русская старина, 1875. — Т. 12. — № 1. — С. 84–123. Arxivləşdirilib 2013-12-27 at the Wayback Machine
- Европеус И. И. Воспоминания Европеуса о службе в военном поселении и об отношениях к графу Аракчееву // Русская старина, 1872. — Т. 6. — № 9. — С. 225–242. Arxivləşdirilib 2013-12-27 at the Wayback Machine
- Европеус И. И. Воспоминания И. И. Европеуса. Бунт военных поселян короля прусского полка. 17-го июля 1831 г. // Русская старина, 1872. — Т. 6. — № 11. — С. 547–558. Arxivləşdirilib 2013-12-27 at the Wayback Machine
- Зубов Андрей. Размышления над причинами революции в России. Царствование Александра Благословенного
- Минкина Н. Ф. (Шумская) Письма Настасьи Федоровой Минкиной к графу А. А. Аракчееву / Сообщ. Н. Г. Богословским // Русский архив, 1868. — Изд. 2-е. — М., 1869. — Стб. 1656–1672. Arxivləşdirilib 2013-12-27 at the Wayback Machine
- Отто Н. К. Черты из жизни графа Аракчеева / Сообщ. И. К. Отто // Древняя и Новая Россия, 1875. — Т. 1. — № 1. — С. 95–102. Arxivləşdirilib 2011-09-29 at the Wayback Machine
- Подушков Д. Л. Роль графа А. А. Аракчеева в Отечественной войне 1812 года Arxivləşdirilib 2009-08-15 at the Wayback Machine. Краеведческий альманах "Удомельская старина", № 29, сентябрь 2002.
- Подушков Д. Л. Родословная Аракчеевых Arxivləşdirilib 2009-08-17 at the Wayback Machine. Краеведческий альманах "Удомельская старина", № 29, сентябрь 2002. Колькольцов В. Б. Исполнил и дополнил
- Подушков Д. Л. (составитель), Воробьев В. М. (научный редактор).Знаменитые россияне в истории Удомельского края. — Тверь: СФК-офис 2009. — 416 с.
- Романович Е. М. Пресмертные дни и кончина графа Аракчеева. (Из рассказа отставного штабс-капитана Евгения Михайловича Романовича) / Сообщ. П. А. Мусатовским // Русский архив, 1868. — Изд. 2-е. — М., 1869. — Стб. 283–289. Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine
- Сигунов Н. Г. Черты из жизни графа Аракчеева. Рассказы генерал-майора Ник. Григор. Сигунова / Сообщ. М. И. Богданович // Русская старина, 1870. — Т. 1. — Изд. 3-е. — Спб., 1875. — С. 245–249. Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine
- Томсинов В. А. Аракчеев (серия "Жизнь замечательных людей"). М.: Молодая гвардия, 2003, 2010
- Троицкий Н. Россия во главе Священного союза: Аракчеевщина
- Аракчеев, Алексей Андреевич (rus.). // Русский биографический словарь СПб: 1900. Т. 2. С. 261–270.