Aleksey Antonov
Aleksey İnnokenteviç Antonov (15 (27) sentyabr 1896[1], Qrodno, Litva general-qubernatorluğu[d][2] – 18 iyun 1962[3], Moskva[2]) — Sovet hərbi komandiri, ordu generalı. 1945–1946-cı illərdə Ali Qərərgah rəisi. 1942-ci ilin dekabrında Böyük Vətən müharibəsində sovet qoşunlarının demək olar ki, bütün qoşunlarında iştirak edib. Üç dəfə "Lenin" ordeni, Dörd dəfə Qırmızı Bayraq ordeni, "Qələbə" ordeni və s. laueratıdır.
Aleksey Antonov | |
---|---|
rus. Алексей Иннокентьевич Антонов | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 (27) sentyabr 1896[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 iyun 1962[3] (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
|
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | rus |
Qoşun növü | Qızıl Ordu |
Hərbi hissə | Qızıl Ordunun qərargahı, Zaqafqaziya hərbi dairəsi |
Xidmət illəri |
1916–1918 1919–1962 |
Rütbəsi | |
Döyüşlər | Birinci Dünya müharibəsi, Böyük Vətən müharibəsi |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Aleksey Antonov 28 sentyabr 1896-cı ildə Belorusiyanın Qrodno şəhərində anadan olub. Atası—İnnokenti Alekseyviç Antonov kapitan, artilleriya zabiti, anası—Terez Ksaverevnı Antonov evdar qadın idi. Antonovun atası Sibirdə Aleksandrov Hərbi Məktəbini bitirib. 1904-cü ildə ailəsi Ukraynaya—Ostroq şəhərinə köçür. Burada Aleksey gimnaziyaya daxil olur. 1916-cı ildə Aleksey Antonov hərbi xidmətə çağırılır. Həmin ilin dekabrında Pavlovsk Hərbi Məktəbində kursu bitirir və gizir rütbəsi alaraq Yeqer qvardiya alayına göndərilir. 1917-ci ilin əvvəlində həmin alayı Aleksey Kaledinin komandanlıq etdiyi Cənub-Qərb cəbhəsi 8-ci ordunun köməyinə göndərilir. Aleksey Antonov 1917-ci ilin 18 iyunda gecə vaxtı cənub Stanislav cəbhəsindən artilleriya ilə almanlar üzərinə hücuma keçir. 16 iyulda almanlar əks-hücuma keçirlər. Döyüş zamanı Antonov qəlpə yarası alır və Petroqradda xəstəxanaya çatdırılır. Bu döyüşdə göstərdiyi igidliyə görə o, Müqəddəs Anna ordeni ilə təltif olunur. 24 iyun 1941-ci ildə Aleksey Antonov Kiyev Xüsusi Hərbi Dairəsinin qərargah rəisi təyin olunur. O, həmçinin cəbhə xəttinə səfərbərlikdə böyük xidmətlər göstərmişdir. O, 1941-ci ilin iyul ayında Dneprdən 120 min çağırışçı, 24 min at, 10 min vaqon səfərbər etmişdi. 1941-ci ilin avqust ayında Cənub cəbhəsinə Antonov rəhbərlik etmişdir.
Mükafatları
- "Qələbə" ordeni (4.06.1945)
- 3 dəfə Lenin ordeni
- 4 dəfə Qırmızı Bayraq ordeni
- 2 dəfə I dərəcəli Suvorov ordeni
- I dərəcəli Kutuzov ordeni
- Vətən Müharibəsi Ordeni
- "Qafqazın müdafiəsinə görə" medalı
- 1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə medalı
- Müqəddəs Anna ordeni
- Vitruti Militari ordeni (Polşa)
- Fəxri Legion ordeni (Fransa)
- Ağ Şir ordeni [Орден Белого льва] (Çexiya)
- Qırmızı Bayraq ordeni (Monqolustan)
İstinadlar
- АНТОНОВ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
- Deutsche Nationalbibliothek Record #1056074671 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Library of Congress Authorities (ing.). Library of Congress.