Aleksandr Qriboyedov

Aleksandr Sergeyeviç Qriboyedov (4 (15) yanvar 1795[1], Moskva, Rusiya imperiyası[1][2][…]30 yanvar (11 fevral) 1829[1], Tehran[2]) — polyak əsilli tanınmış rus dramaturq, yazıçı və diplomatı. "Ağıldan bəla" pyesinin müəllifi.

Aleksandr Qriboyedov
Doğum tarixi 4 (15) yanvar 1795[1]
Doğum yeri
Vəfat tarixi 30 yanvar (11 fevral) 1829[1] (34 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Mtatsminda panteonu[d]
Vətəndaşlığı
Həyat yoldaşı
Təhsili
  • Moskva Universitetinin internatı[d] (1803–),
  • Moskva İmperator Universiteti[d]
Fəaliyyəti dramaturq, şair, diplomat, pianoçu, bəstəkar, yazıçı
Əsərlərinin dili rus dili
İstiqamət romantizm
Janrlar poeziya
Mükafatları 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 1-ci dərəcəli "Şiri-Xurşid" ordeni 2-ci dərəcəli "Şiri-Xurşid" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Aleksandr Qriboyedov 1795-ci il yanvarın 4-də Moskvada, zabitlər ailəsində dünyaya gəlib. O zamankı kübar tərbiyə üsuluna uyğun olaraq o, məktəbə qədər əsaslı ev tərbiyəsi görmüşdür. Qriboyedovun mürəbbiləri Petrozilis və Boqdan İvanoviç İon kimi savadlı və tanınmış insanlar idi. Odur ki, gələcək dramaturq artıq uşaq yaşlarından bir neçə dil öyrənmişdi. İlk təhsilini burada məktəbdə alan Qriboyedov , daha sonra 1806-cı ildə Moskva Universitetinə daxil olur. Onun sonrakı təhsilinə professor Bule nəzarət edir. O, yaxşı oxuduğuna görə bir neçə dəfə mükafatlandırılır, hətta 13 yaşında filologiya elmləri namizədi olur.

Tələbəlik illərində ədəbiyyatla maraqlanan gənc ilk hekayələrini də elə o vaxtlar yazmağa başlamışdır. 1808-ci ildə universitetin fəlsəfə fakültəsinin ədəbiyyat şöbəsini, 1810-cu ildə isə hüquq şöbəsini bitirmişdir. Bu illərdə Moskva Universitetində əksəriyyəti yaxın gələcəyin dekabristləri olan bir çox azadfikirli gənclər- İ. D. Yakuşin, N. İ. Turgenev, S. P. Trubetskoy, A. Muravyov, N. M. Muravyov və başqaları təhsil alırdı.

Təhsil aldığı müddətdə eyni zamanda fransız, ingilis və italyan, alman, daha sonra yunan, latın, fars, ərəb və türk dillərinə yiyələnir. Universitetdə oxuyarkən onun poetik istedadı da üzə çıxır və kiçik əsərlər yazmağa başlayır.

1812-ci ildə Napaleon tərəfindən başlanan müharibə onun planlarını dəyişir – o, kiçik zabit kimi müharibəyə yollanır və qraf Saltıkovanın alayına daxil olur. Müharibədən qayıtdıqdan sonra Peterburqa köçür, bir çox dekabristlərin, o cümlədən Puşkinin də çalışdığı Xarici işlər Kollegiyası idarəsinə işə düzəlir.

1818-ci ilin iyul ayında Qriboyedov rus missiyasının katibi kimi İrana göndərilir və burada iki il işləyir. Onun İranda yaşadığı həyat, əsərləri və gündəliklərində yer alır. 1819-cu ildə yanvar ayında İrəvana, oradan Təbrizə, sonra da Tehrana gedir və müddət ərzində fars və ərəb dillərini öyrənir. 1821-ci ildə İrandan qayıtdıqdan sonra Qafqaz generalı A. Yermolovun rəhbərlik etdiyi ordunun diplomatik katibi vəzifəsinə təyin edilir.

1826-cı ildə çar hakimiyyəti tərəfindən dekabristlərin işi üzrə həbs edilir. O, bütün məxfi sənədləri öncədən məhv edir və buna görə də günahı sübuta yetirilmədiyindən azadlığa buraxılır. Yenidən Qafqaza qayıdaraq diplomat vəzifəsində çalışır. 1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi kimi çıxış edir. 1828-ci ildə İranla imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edir. Bundan sonra isə o, İranda rəsmi səfir təyin edilir. Elə həmin ildə o, Rusiyanın Tehrandakı səfirliyində qətliam nəticəsində öldürülür və meyidi Tiflisə aparılır.

Yaradıcılığı

Yaradıcılıq ideyalarının siyasi-ictimai istiqaməti etibari ilə Qriboyedov dekabrist əhvali-ruhiyyəli ziyalılara çox yaxın olmuşdur.

1814-cü ildə ordu sıralarında olarkən "Vestnik Yevropı" jurnalında "Brest-Litovskdan məktub" və "Ehtiyat süvarilər" sərlövhəli iki məqaləsi çap edildi. Bunlar Qriboyedovun mətbuatda ilk çıxışı idi.

İlk əsəri olan "Gənc xanımlar" adlı komediyasının 1816-cı ildə Sankt-Peterburqda səhnələşdirilməsinə nail olan diplomatın digər əsərlərini də bu qəbilədən saymaq olar.

1817-ci ildə onun "Sın Oteçestva" jurnalında bir neçə şeiri çap edilmişdi.

"Ağıldan bəla" komediyası

Onun oçerkləri və şeirləri elədə yaddaşlarda qalmasa da "Ağıldan bəla" komediyası Qriboyedovun yaradıcılığının ən məşhur nümunəsi hesab edilir. Bu əsər XIX əsrin 20-ci illərində Rusiyada azadlıq ideyalarının geniş yayılmasınnda mühüm rol oynamışdır. Əsərdə dvoryan cəmiyyətinin içəridən çürüməsi prosesi və bu cəmiyyətin sütunları sayılan dvoryan-saray zadəganlığının mühafizəkarlığı, böyük rütbə sahiblərinin cəhaləti, mədəniyyətsizliyi, kübar aləminin vətənpərvərlik hissindən tamamilə məhrum olması, ümumi əxlaqi irinləmə, tipik məişət səhnələri və tipik surətlərlə inandırıcı bir formada əks etdirilmişdi.

Əsər 4 pərdədən ibarətdir.

Ədəbiyyat

  • Белинский В. Г., "Горе от ума", Полн. собр. соч. — Т. 3. — М., 1953.
  • Гончаров И. А., "Мильон терзаний". Собр. соч. — Т. 8. — М., 1952.
  • А. С. Грибоедов в воспоминаниях современников. — М., 1929.
  • Пиксанов Н. К. Творческая история "Горя от ума". — М.-Л., 1928.
  • Литературное наследство. — Т. 47–48 [Грибоедов]. — М., 1946.
  • Мещеряков В. Жизнь и деяния Александра Грибоедова. — М.: Современник, 1989. — 478 с. Тираж 50 000 экз. ISBN 5–270–00965-X.
  • Нечкина М. В. А. С. Грибоедов и декабристы. — 2-е изд. — М., 1951.
  • Орлов В. Н. Грибоедов. — 2-е изд. — М., 1954.
  • Петров С. А. С. Грибоедов. — 2-е изд. — М., 1954.
  • А. С. Грибоедов в русской критике. — М., 1958.
  • Попова О. И. Грибоедов — дипломат. — М., 1964.
  • История русской литературы XIX в. Библиографический указатель. — М.-Л., 1962.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.