Aleksandr Qrişçuk

Aleksandr Qrişçuk Rusiya qrosmeysteridir (1999). Qirşçuk Rusiya yığmasının tərkibində Dünya Şahmat Olimpiadasının 2 qat qalibi (2000, 2002), Dünya Komanda Çempionatının 3 qat qızıl mükafatçısıdır (2005, 2010, 2013). Rusiya Çempionu (2009), Blitz üzrə Dünya Çempionu (2006, 2012), Rusiyanın əməkdar idman məşqiçisidir (2013).

Aleksandr Qrişçuk
rus. Алекса́ндр И́горевич Грищу́к
Ölkə Rusiya Rusiya
Doğum tarixi
Doğum yeri Moskva Rusiya Rusiya
Titulu qrosmeyster
Son reytinqi
  • 2.732 (sentyabr 2023)[1]
Maksimal reytinqi 2810 (Dekabr 2014)
FİDE nömrəsi 4126025
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Qrişçuk şahmat oynamağı 4 yaşında atasından öyrənmişdi. İlk məşqiçisi Mixayıl Qadvinskiy (Михаил Годвинский), sonrakı məşqiçiləri Anatoli Bıxovskiy (Анатолий Быховский) və Maksim Blox (Максим Блох) olmuşdur.

Şahmat bacarığı onda tez yaranmışdır: uşaq yaşlarından o milli və beynəlxalq turnirlərdə oynamışdı. İlk dəfələrdə o, Rusiyada keçirilən 10, 12, 14 və 16 yaşlılar arasında turnirlərdə qalib olmuşdur. 10 yaşlı şahmatçılar arasında Dünya Çempionatında ikinci yeri tutmuşdur. 14 yaşında Usta (master) titulunu, 16 yaşında qrosmeyster titulunu almışdır.

1998-ci ildə Rusiyada keçirilən böyüklər arasında çempionatda iştirak etmiş, 11 oyundan 5 xal yığaraq özünə diqqəti cəlb etmişdir. İlk böyük uğuru 1999-cu ilin noyabrında Sankt Peterburqda keçirilən Çiqorin (Чигорин) xatirə turnirində olmuşdur. Bu turnirdə o Sergey Volkovu əmsalda qabaqlayaraq birinci yeri tutmuşdur (9 oyundan 7 xal). Rusiya yığmasının tərkibində Batumidə keçirilən Avropa Çempionatında 9 oyundan 6 xal qazanmışdır (+3-0=6).

2000-ci ildə Qirşçuk (Ruslan Ponomariovla birgə) Torshavnda keçirilən turnirdə qalib gəlib, Dehlidə keçirilən FİDE-nin Dünya Nakaut Çempionatında iştirakçısı olmuş, yarımfinala qədər çatmış Aleksey Şirova məğlub olmuşdur. Rusiya komandasının tərkibində İstanbulda keçirilən Şahmat Olimpiadasının qalibi olmuşdir ( 10 oyundan 7.5 xal, +5-0=5).

FİDE-nin Dünya Nakaut Çempionatından sonra onu daha da prestiji oyuna dəvət etdilər. Linaresdə ilk belə turnirdə (2001) ikinci yeri qazanmışdı. 2002-ci ildə Veyk-an-Zee turnirində Evqeni Bareyevdən sonra Qirşçuk ikinci olmuş və Moskvadakı Aeroflot Open-də birinci yeri bölüşmüşdür. Dubaydakı sürətli şahmat turnirində (2002) finalda Peter Lekoya məğlub olaraq ikinci yeri tutmuşdur.

2004-ci ilin martında Poykovskiy turnirində Qrişçuk Sergey Rublyovskiy ilə birinci yeri paylaşmışdı. Elə həmin il FİDE-nin Tripolidə keçirdiyi Nokaut Çempionatında iştirak etmişdir, 1/4 finala qədər yüksəlmiş və çempionatın qalibinə məğlub olmuşdur (+1-1=0 0:2 sürətli şahmatda). 2004-cü ilin noyabrında Qrişçuk Rusiyada keçirilən 57-ci Çempionatda (superfinal) iştirak etmişdi, 10 oyundan 6 yığaraq (+3-1=6) Harri Kasparovdan sonra ikinci yeri tutmuşdur.

2005-ci ildə Qirşçuk Veyk-an-Zee turnirində (13 oyundan 7; +2-1=10, 4-7 yerlər), Poykovskidə (9 oyundan 5.5 xal; +3-1=5; 3-4 yerlər) oynamışdır. Maynsdə (Almaniyada) Chess Classic şahmat festivalı çərçivəsində 2005-ci ilin avqustunda Qrişçuk sürətli şahmat matçında Vişvanatan Ananda uduzdu (3:5, +2 −4 =2).

O blitzi çox məharətlə oynayır. Internet Chess Club-da blitz üzrə dünyada ən yüksək reytinq qazandı. 2006-cı ildə Pyotr Svidleri məğlub edərək blitz üzrə dünya çempionu oldu.

2009-cu ilin martın 7-də Qrişçuk əlavə əmsallarla Linares (Xaen)də birinci yeri tutdu, dekabrda isə Rusiya çempionu oldu.

2010-cu ildə Linaresdə beynəlxalq turnirdə ikinci yeri tutdu.

2011-ci ilin mayın 3-dən 27-nə kimi Kazanda keçirilən şahmat üzrə dünya çempionu namizədliyi turnirində iştirak etdi, 1/4 finalda Levon Aronyanı, 1/2 finalda isə Vladimir Kramniki məğlüb etdi. Finalda 2.5-3.5 hesabı ilə Boris Qelfanda məğlüb oldu.

2012-ci ildə Xantı-Mansidə keçirilən dünya kubokunda finala qədər çatıb, həmyerlisi Pyotr Svidlerə məğlub olmuşdur. Mükafatçılar sırasına daxil olaraq 2013-cü ilin mart-aprel aylarında Londonda keçirilən İddiaçılar Turnirinə qatıldı. Bu turnirdə +1-2=11 hesabı ilə 6-cı yeri tutdu.

2014-cu ilin noyabrında Tiqran Petrosyana həsr olunmuş TASHİR Beynəxalq turnirdə (Moskva, XX kateqoriya) 7 oyundan 5.5 xal toplayaraq 2966 reytinq performans göstərdi.

2015-ci ildə avqustun 30-da dünya çempionu Maqnus Karlsenə alib gələrək Mixail Çiqorin klubunun üzvü oldu.

Ukraynalı qrosmeyster Nataliya Jukova ilə evlidir.

Naliyyətləri

İlŞəhərTurnir+=NəticəYer
1998Sankt-Peterburq51-ci Rusiya çempionatı5 из 1137-44
1999Sankt-PeterburqÇiqorinin xatirə turniri7 из 91
BatumiŞahmat üzrə Milli Komandaların Avropa çempionatı3066 из 10
2000TorshavnTorshavn openиз1-2
İstanbulŞahmat Olimpiadası5057,5 из 101
2001Linares (Xaen)Linares (Xaen) turniri2354,5 из 102-6
2002Wijk aan ZeeVeyk-an-Zee turniri6258,5 из 132
2002MoskvaAeroflot Open6,5 из 92
2003Wijk aan ZeeVeyk-an-Zee turniri3287 из 134
2004PoykovskiyPoykovskiy4146 из 91-2
Moskva57-ci Rusiya çempionatı3166 из 102
2005Wijk aan ZeeVeyk-an-Zee turniri21107 из 134-7
PoykovskiyPoykovskiy3155,5 из 93-4
MaynsKlassik Şahmat Mayns2423:5Anandın qələbəsi
2008ElistaQran-pri Elista 20084188 из 131-3
2009Linares (Xaen)26-cı beynəlxalq turnir31108 из 141
NalçikQran-pri Nalçik 20094367 из 134-5
BilbaoBilbao 20092223 из 62
Moskva62-ci Rusiya çempionatı4056½ из 91
2010Linares (Xaen)27-ci beynəlxalq turnir3166 из 102
Xantı-Mansi39-cu şahmat çempionatı4146 из 92(4)
Moskva63-cü Rusiya Çempionatı2096½ из 113
2011Wijk aan Zee73-cü beynəlxaql turnir1574½ из 1311—13
Moskva64-cu Rusiya çempionatı2144 из 73
Kazanİddiaçılar turniri 2011321912½ из 242
Xantı-MansiŞahmat üzrə Dünya Kuboku 2011931416 из 262
2014MoskvaTiqran Petrosiyanın xatirə turniri4035½ из 71
2015BerlinBlitz üzrə Dünya Çempionatı15½ из 211

İstinadlar

  1. FİDE FIDE Standard Ratings as of 30 September 2023. 2023.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.