Aleksandr Qlazunov

Aleksandr Qlazunov (rus. Александр Константинович Глазунов; 29 iyul (10 avqust) 1865[1][2][…], Sankt-Peterburq, Rusiya imperiyası[3][4]21 mart 1936[3][1][…], Paris[4][5][…]) — rus bəstəkar.

Aleksandr Qlazunov
rus. Александр Константинович Глазунов
Ümumi məlumatlar
Doğum tarixi 29 iyul (10 avqust) 1865[1][2][…]
Doğum yeri
Vəfat tarixi 21 mart 1936(1936-03-21)[3][1][…] (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Tixvin qəbiristanlığı[d]
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, pedaqoq, musiqişünas, musiqi pedaqoqu[d], universitet müəllimi[d], pianoçu
Janrlar simfoniya, klassik musiqi
Mükafatları RSFSR xalq artisti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Qlazunov 19-cu əsrin axırı 20-ci asrin əvvəllərində rus klassik musiqisinin son nümayəndələrindəndir. Onun yaradıcılığında 19-cu əsrin müxtəlif cərəyanları birləşmişdir. Yaradıcılığının ilkin dövründə o, "Qüdrətli Dəstə" bəstəkarlarının təsiri altında olur. Sonradan isə onun Çaykovskinin simfonik təfəkkür prinsipindən, Listin yaradıcılığından bəhrələndiyi hiss olunur. Onun yaradıcılığında lirik, epik, dramatik obrazlar özünəməxsus şəkildə uzlaşır. Qlazunovun yaradıcılıq irsi çoxşaxəlidir: buraya operadan başqa bütün janrlar daxildir. Qlazunov 3 baletin, 7 kvartetin, 2 suitanın, müxtəlif alətlər üçün pyeslərin, f-no sonatalarının, variasiyaların, dram tamaşalarına musiqinin müəllifidir.

A. K. Qlazunov 1865-ci ildə Peterburqda anadan olmuşdur. Musiqi təhsilini Qlazunov evdə alır. Əvvəl məşhur pianist Yelenkovskidən təhsil alan bəstəkar, sonralar Balakirev və Rimski-Korsakovdan bəstəkarlıq texnikasının sirlərini öyrənir.

1882-ci ildə Qlazunovun 1-ci simfoniyası səslənir. 1884-cü ildən xarici səfərlərə gedir. 80-ci illərin sonunda o artıq bir sıra əsərlərin müəlifi idi. Bunlardan kvartet, "Qəhramanın xatirəsinə" simfonik eleqiya əsərini, 3-cü simfoniya, "Stenka Razin", "Dəniz" simfonik poemalarını misal göstərmək olar. 90-cı illər Qlazunovun yetkinlik çağıdır. Onun ən görkəmli əsərləri 4–8-ci simfoniyaları, 3 baleti, skripka üçün konserti, 4və 5-ci kvarteti bu dövrdə yazılmışdır. 20-ci əsrin ilk illərində Qlazunov özünün məşhur "Orta əsrlərdən" adlı simfonik suitasını yazır. 1905–1907-ci illərdə Qlazunov inqilabçı tələbələrin tərəfini tutur və öz demokratik fikirlərinə görə konservatoriyanın direktoru seçilir. Bu fəaliyyəti onu yaradıcılıqdan uzaqlaşdırır. Bu illərin bəhrəsi yalnız 6 kvartet, f-no üçün prelüd və fuqa və bir neçə kiçik əsərlər olur. 1928-ci ildə Vyana şəhərinə gedən Qlazunov burada xəstələnir və ömrünün sonunadək burada qalmalı olur. Bu illərdə violonçel üçün konsert-ballada, 7 kvartet, saksafon üçün konsert yaradır. Ömrünün sonunadək vətən həsrəti ilə yaşayan Qlazunov 1936-cı ildə Parisdə vəfat edir.

Qlazunov və Hacıbəyov

Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin yaradıcısı Üzeyir Hacıbəyli 1913-cü ildə Peterburqda oxuyarkən "Arşın mal alan" adlı operetta yazır. Əvvəlcə əsəri təhsil aldığı müəssisənin rektoru Aleksandr Qlazunova göstərir. A. Qlazunov əsərin gənc bəstəkara böyük şöhrət gətirəcəyini əminliklə bildirir.

İstinadlar

  1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Alexander Konstantinowitsch Glasunow // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  3. Глазунов Александр Константинович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Archivio Storico Ricordi. 1808.
  5. Grove Music Online (ing.). OUP. ISBN 978-1-56159-263-0

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.