Aleksandr Makovelski

Aleksandr Makovelski (rus. Александр Маковельский; 22 iyul (3 avqust) 1884, Qrodno, Qrodno quberniyası[d], Rusiya imperiyası[1]16 dekabr 1969[1], Bakı[1]) — Azərbaycan polyaklarından olan məşhur tarixçi, filosof.

Aleksandr Makovelski
rus. Александр Маковельский
Aleksandr Makovelski tələbə vaxtı
Aleksandr Makovelski tələbə vaxtı
Doğum tarixi
Doğum yeri Qrodno , Belarus
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Milliyyəti polyak
Təhsili
Fəaliyyəti tarixçi, filosof
Elmi dərəcəsi
Üzvlüyü

Həyatı

Aleksandr Osipoviç Makovelski 22 iyul 1884-cü ildə Qrodno şəhərində anadan olmuşdur. Makovelski Qrodno şəhərində klassik gimnaziyanı qızıl medalla bitirməklə bərabər bütün digər tədris proqramları üzrə yüksək bilik səviyyəsində təhsilini başa vurmuşdur. Sonra o, Kazan Universitetinin tarix-filologiya fakültəsinə qəbul olmuşdur. Kazan Universiteti öz dövründə yüksək ali təhsil səviyyəsi, səriştəli və böyük elmi-tədris nailiyyətlərinə malik müəllim heyəti, həmçinin demokratik ənənələri ilə məşhur olan bir tədris müəssisəsi sayılırdı. Makovelskinin elmi-maraq dairəsi ali təhsil aldığı dövrdə daha da genişlənmişdir. Onun əsərlərində psixologiya, pedaqoqika, etika, məntiq sahələri əhatə olunmaqla, özünün daha doğma və yaxın mövzusu qədim yunan fəlsəfəsi əks olunmuşdu. Qədim yunan, latın, alman, ingilis, fransız, italyan, polyak, çex dillərini dərindən bilməsi Makovelskinin fəaliyyət sahəsinin genişlənməsinə səbəb olmuşdur.

Makovelski daima öz biliklərini təkcə tarix-filologiya sahəsində deyil, təbiət və dəqiq elmləri də geniş öyrənirdi, xüsusilə astronomiya, biologiya, riyaziyyat elmləri bölməsi ilə də məşğul olmağa vaxt tapırdı. O, yüksək səviyyədə riyaziyyat-cəbr və həndəsəni bilirdi, bundan istifadə edərək istənilən çətin mövzünü asan və başa düşülən formada məruzə və mühazirələrdə dinləyiciyə izah edə və çatdıra bilirdi. 1904-cü ildə üçüncü kurs tələbəsi Makolevski Kazan Universitetinin 100-illik yubileyində Safoklun Antiqona faciəsində dramatik konfliktə yeni baxışların dəyərləndirilməsi- adlı əsərinə görə medalla mükafatlandırılmışdır.

Elmi fəaliyyəti

Makovelski 1907-ci ildə Universiteti bitiridikdən sonra fəlsəfə kafedrasında professor dərəcəsi almaq üçün saxlanılmışdı.

Aleksandr Makovelski iş yoldaşlarının əhatəsində (sağdan birinci)

1908-ci ildə Makolevski Ali qadın kurslarına dərs demək üçün müəllim qismində dəvət alır. O, Universitetdə privat-dosent işləyərkən onun iki mühazirəsi Əxlaq Epikteti böyük ruh yüksəliyi ilə çoxsaylı dinləyicilər toplanması ilə müşayət olunduğu üçün tezliklə mətbuata da yol tapdı. 1913-cü ildə Makolevski, Sokratdan əvvəlki qədim yunan fəlsəfəsi üzrə ilkin mənbələrinin öyrənilməsi üçün Almaniyaya ikiiilik elmi-ezamiyyətə göndərilir. Həmin illər ölkə sərhədlərindən xaricə uzunmüddətli vaxta gediş etimadı qazanmaq çətin məsələ idi. Makovelskinin qayıtmasına tanınmış, şöhrətli yazıçı D. Merejkovski və onun arvadı Z. Qippius zamin durmuşdur. Birinci dünya müharibəsinin başlaması səbəbindən Makovelski elmi işini yarımçıq bıraxmışdır. Müharibənin başlamasından sonra Rusiyaya qayıdan Makovelski Sankt-PeterburqMoskva şəhərlərində elm-kitabxanalarda işini davam edirdi. 1914-cü ildə Aleksandr Makovelskinin fundamental Sokrataqədərkilər əsərinin I cildi işıq üzü görmüşdür.

A. O. Makovelskinin elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən biblioqrafiyası Bakıda 1964-cü ildə çapdan çıxmışdır. Burada alimin Azərbaycan, rus, alman dillərində çap edilmiş 145, çap edilməmiş 18 elmi əsərinin adı göstərilmişdir.[2]

Əsas elmi əsərləri

  • Родословное дерево научного социализма, пер. с немецкого. Казань, 1906. 16 с.
  • Введение в философию, в. I. Понятие о философии. Казань, 1912. 57 с.
  • Мораль Эпиктета. Казань, 1912. 37 с.
  • Введение в философию, в. II. Проблема познания. Казань, 1913. 67 с.
  • Введение в философию (пять выпусков). Казань, 1917. 342 с.
  • Астрономические учения древних философов (до Платона) (отд. оттиск). Баку, 1925. с. 112–131
  • Воспитание ребенка. Баку, 1940. 11 с.
  • Софисты, в. I. Баку, 1940. 47 с.
  • Софисты, в. II. Баку, 1941. 100 с.
  • Низами о войне. Изв. АзФАН СССР, 1944, № 6, с. 63–71
  • Низами как философ. Труды Ин-та истории и философии АН Азерб. ССР. т. II. 1946, с. 21–27
  • Древнегреческие атомисты. Баку, 1946.401 c.
  • Логика и наука. Изв. АН Азерб. ССР, 1949, № 4, с. 167–170
  • К вопросу о мировоззрении М.Шафи. Труды Института истории и философии АН Азерб. ССР. т. VII, 1955, с. 192–212
  • Авеста. Баку, 1960. 143 с.
  • История логики. Москва, 1967. 502 с.

İstinadlar

  1. Маковельский Александр Осипович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. А.О.Маковельский. Библиография. Деятели науки и культуры Азербайджана. Составитель Е.А.Слюсаренко. Баку, 1964

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.