Aleksandr Kərimov

Aleksandr Kərimov (tam adı: Kərimov Aleksandr Ramazan oğlu; 27 mart 1970, Sverdlovsk vilayəti5 fevral 1990, Bakı) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.

Aleksandr Kərimov
Kərimov Aleksandr Ramazan oğlu
Doğum tarixi
Doğum yeri Açit, Sverdlovsk, RSFSR
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Qara Yanvar şəhidi

Həyatı

1970-cı 27 mart tarixində Sverdlovsk vilayətinin Açit kəndində anadan olub, orta texniki təhsil almışdı. Subay idi. O gecə dostları Aleksandrı evdən çağırırlar ki, küçələrdə xeyli yaralı və ölənlər var, gedək kömək eləyək. Onlar KAMAZ markalı maşında yaralıları və həlak olanları daşımağa başlayıblar. Birinci dəfə 10, sonra isə 15 yaralı aparıblar Semaşko xəstəxanasına. Üçüncü dəfə Papanin küçəsindən keçərkən, təxminən səhər saat 6 radələrində maşın əsgərlər tərəfindən atəşə tutulub. Birinci güllələr Aleksandrın dostu Mahir Mustafayevə dəyib. Sonra Aleksandr qarın nahiyəsindən və sol buddan yaralanıb. Hər ikisini Semaşko xəstəxanasına gətiriblər. Dostu Mahir həmin gün vəfat edib. Aleksandr isə 17 gün yaşayıb, 4 dəfə cərrahiyyə əməliyyatı aparılıb, Fevralın 5-də saat 23 dəqiqədə keçinib. Şəhidlər xiyabanında dəfn edilib.

Ünvan

Bakı, Montin qəsəbəsi, Yusifzadə küçəsi 41, mənzil 43.

Həmçinin bax

İstinadlar

  • Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.