Aleksandr Duqin
Aleksandr Duqin (rus. Александр Гельевич Дугин; tam adı: Aleksandr Qelyeviç Duqin; 7 yanvar 1962, Moskva) — Rusiya filosofu, siyasi analitiki və ictimai xadimi.[5]
Aleksandr Duqin | |
---|---|
rus. Александр Гельевич Дугин | |
Doğum tarixi | 7 yanvar 1962 (62 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Əsas maraqları | təbliğat[1], geosiyasət, sosiologiya, politologiya, fəlsəfə, beynəlxalq münasibətlər, siyasi fəlsəfə[2] |
Təsirlənib | Martin Haydeqqer[3], Helford Makkinder, Vladimir Lenin, Fridrix Nitsşe, İosif Stalin, Maks Veber, Osvald Şpenqler, Alister Krouli, Rene Genon, Yulius Evola[3], Karl Şmitt[3], Georq Vilhelm Fridrix Hegel[4] |
Sayt | dugin.tv |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Aleksandr Duqin 7 yanvar 1962-ci ildə Moskvada, Qeliy Aleksandroviç Duqin ilə Qalina Duqinin ailəsində dünyaya gəlmişdir[6] 1979-cu ildə Moskva Aviasiya Universitetinə qəbul olsa da, universiteti bitirməmiş və fərqli bir univeristetdə və ixtisas üzrə təhsilini davam etdirmişdir.
Karyerası
1980-ci illərdə Duqin məşhur müxaliflərdən idi. O anti-kommunist çıxışları ilə tanınırdı. Məhz bu səbəbdən Duqin, yaxın yoldaşı Heydər Camal ilə birlikdə universitetdən uzaqlaşdırılır. Siyasi arenaya çıxmazdan qabaq o, jurnalist kimi fəaliyyət göstərmişdir. 1988–1992-ci illərdə Heydər Camalla birlikdə SSRİ arxivlərində işləyərkən Hitlerin məşhur layihəsi "Ananerbe"nin sənədləri ilə tanış olurlar. Onların əldə etdikləri materialların bir qismi televizyada yayımlanır. 1991-ci ildə "Müqəddəs Mələk" provaslav almanaxı və elementlər jurnallarının baş redaktoru, eyni zamanda Arktogey Ortodoks tədqiqatlar dərnəyinin sədri olmuşdur. 1996–1997-ci illərdə Moskvada yayımlanan 101 Fm radiosunda "Funis Mundi" adlı proqramın həm yaradıcısı, həm də aparıcısı idi. Bundan başqa Duqin 1997–1998-ci illərdə Müstəqil Rusiya radiosunda Geopolitolji fikir proqramının aparıcı olmuşdur. O, 1998-ci ildən günümüzə qədər Rusiya Parlamentinin alt qanadı olan Dumanın sədr katibi və Yeni Rusiya Universitetinin rektorudur. Duqin həmçinin Duma nəzdində fəaliyyət göstərən Milli Müdafiə Komitəsinin Geopolitoloji Ekspertizm Mərkəzinin sədridir. Onun rəhbərliyi ilə Avrasiyada qədim və yeni bütün rus ortodoks mməzhəbi ənənələri ilə barışıq rus hegemoniyasına xidmət edən bir imperiyanı müdafiə edən "Neo-Avrasiya" hərəkatının partiyası- "Avrasiya" partiyası yaradılmışdır[7].
2018-ci il iyul ayının 1-də Cocuq Mərcanlı kəndində keçirilən "Azərbaycan Rusiyanın yeganə müttəfiqidir" adlı konfransa iştriak edən Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin burada verdiyi açıqlamasında bildirib:[8]
"Rusiya və Azərbaycan arasında münasibətlər möhkəmlənməkdədir və bu, Rusiya və Azərbaycan prezidentlərinin münasibətlərin strateji inkişafına yönələn prinsipial qərarları ilə bağlıdır. Lakin bu prosesə iki ölkənin ictimai xadimləri cəlb olunmamışdı, bununla əlaqədar olaraq da belə əlaqələrin genişləndirilməsi qərara alındı. Biz ümumi mədəni məkanın bir hissəsiyik, qədim əlaqələrimiz var. Rusiya üçün Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Eyni mövqedən dünya ictimaiyyəti də çıxış edir. Bu, bütün hüquqi dünyanın razılığıdır"
Əsərləri
- Mütləqiyyətin yolları (1990)
- Konsipiralogiya (1993)
- Hiperborey teoremi (1994)
- Mühafizəkar inqilab (1996)
- Kilsə zənginin metofizikası (1996)
- Geopolitolgiyanın əsasları (1997)
- Mütləq Anavətən (1999)
- Yolumuz (1999)
İstinadlar
- https://globalvoices.org/2022/05/23/the-propagandist-dugin-and-the-justification-of-russian-imperialism/.
- Çex Milli Hakimiyyət Məlumat bazası.
- https://www.spiegel.de/geschichte/russlands-ueberfall-auf-die-ukraine-wladimir-putin-ist-nicht-verrueckt-er-handelt-ideologisch-konsequent-a-51d52385-74da-4ed5-8c61-50eb0628ffde.
- https://arktos.com/2023/05/20/the-metaphysics-of-national-bolshevism/.
- RAND. "Russian Views of the International Order". 2017. 15 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2017.
- Eurasian Mission: An Introduction to Neo-Eurasianism, Arktos (2014) p.26
- "Alexandr Dugin". 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-22.
- Cocuq Mərcanlıda "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilir