Aleksandr Dovjenko
Aleksandr Petroviç Dovjenko (ukr. Олександр Петрович Довженко; 29 avqust (11 sentyabr) 1894, Vyunişe xutoru, Sosnitsa kəndinin yaxınlığı, Sosnitsa qəzası, Çerniqov quberniyası — 25 noyabr 1956, Moskva) —Sovet rejissoru, Ukrayna yazıçısı, kinodramaturqu, RSFSR Xalq artisti (1950), SSRİ Dövlət mükafatı laureatı (1941, 1949), Lenin mükafatı laureatı (1959, ölümündən sonra).
Aleksandr Dovjenko | |
---|---|
ukr. Олександр Петрович Довженко | |
Doğum tarixi | 29 avqust (10 sentyabr) 1894 |
Vəfat tarixi | 25 noyabr 1956[1][2][…] (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor, ssenarist, film prodüseri, yazıçı, montajçı[d], diplomat, rejissor |
Fəaliyyət illəri | 1914–1956 |
Təhsili | |
Mükafatları |
|
IMDb | ID0235590 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Ukrayna sovet kinorejissoru, yazıçı və kinodramaturq, RSFSR Xalq artisti (1950), SSRİ Dövlət mükafatı laureatı (1941, 1949), Lenin mükafatı laureatıdır (1959, ölümündən sonra). Dovjenko Aleksandr Petroviç 11 sentyabr 1894-cu ildə, indiki Çerniqov vilayətinin Sosnitsı kəndində anadan olmuşdur.
1912-ci ildə Qluxov Müəllimlər İnstitutunu bitirmşdir. 1926-cı ildə öz ssenarisi əsasında "İslahatçı Vasya" adlı ilk filmini (birgə iş) çəkmişdir. 1927-ci ildə lentə aldığı "Diplomatik kuryerin çantası" macəra filmində sovet diplomatlarının qəhrəmanlığı təsvir olunmuşdur. Vətəndaş müharibəsindən, Ukrayna xalqının tarixi keçmişi, inqilabi yolundan, Ukrayna kəndlilərinin kollektivləşmə uğrunda mübarizəsindən bəhs edən "Zveniqora" (1928), "Arsenal" (1929), "Torpaq" (1930) filmləri sovet kino sənətinin inkişafında mühüm mərhələ təşkil edir.
Kinematoqrafiya tarixi bürosunun tənqidçiləri arasında keçirilən beynəlxalq sorğuda (1958, Brussel) "Torpaq" filmi bütün dövrlərin və xalqların 12 ən yaxşı filmindən biri hesab olunmuşdur.
Dovjenko 1932-ci ildə ilk səsli sovet kino əsərlərindən olan "İvan", 1935-ci ildə isə "Aeroqrad" filmini çəkmişdir.
Böyük Vətən müharibəsi illərində (1941-1945) Dovjenko hərbi müxbir kimi, publisistik məqalələr, hekayə və oçerklər yazmışdır. Onun "Azadlıq" (1940), "Bizim Sovet Ukraynası uğrunda vuruşma" (1943), "Sağsahil Ukraynasında qələbə" (1945) sənədli filmləri poetik kinopublisistikanın görkəmli nümunələrindəndir.
Müharibədən sonrakı illərdə "Çiçəklər qoynunda" pyesinin ssenarisini yazmış, onun əsasında "Miçurin" (1949) rəngli bədii filmini yaratmışdır.
Dovjenkonun filmləri üçün yüksək romantika və kəskin satira, lirika, siyasi publisistika, hadisələrin epik şərhi səciyyəvidir. Görkəmli kinorejissorun ssenariləri üzrə rejissor Y.Solntseva "Dəniz haqqında poema" (1953), "Alovlu illərin povesti" (1961), "Məftun olmuş Desna" (1965) filmlərini çəkmişdir.
Dovjenko filmlərinin ssenarisini əsasən özü yazmışdır. 1945-1951 və 1955-ci ildən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda pedaqoji fəaliyyət göstərmişdir.
Dovjenkonun yaradıcılığı, estetik görüşləri sovet və dünya sənətinin inkişafına böyük təsir göstərmişdir. Bir çox filmi beynəlxalq kino festivallarında mükafata layiq görülmüşdür.
Xatirəsi
Kiyev bədii filmlər kinostudiyasına Dovjenkonun adı verilmişdir.
Mükafatı
Lenin ordeni, Qırmızı əmək ordeni və medallarla təltif edilmişdir.
Xarici keçidlər
- Биография на people.ru
- Биография на "Гордость Украины"
- Произведения Довженко на аудиобиблиотеке litplayer Arxivləşdirilib 2011-08-20 at the Wayback Machine
- Мемориал Александра Довженко Arxivləşdirilib 2011-03-04 at the Wayback Machine
- http://www.refineua.com.ru/pageid-4723-1.html Arxivləşdirilib 2007-04-28 at the Wayback Machine
- Избранные произведения (ukr.)
- http://uwf.edu/ruzwyshyn/dovzhenko/dovzhenkostudy.html Arxivləşdirilib 2010-06-08 at the Wayback Machine
- Воспоминания современника об А. П. Довженко
- "Нерозстріляний геній "розстріляного відродження" — статья про Александра Довженко в интернет-издании "Ультра-Україна"
- Олег Ковалов. Сны Александра Довженко Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine — обзорная статья о творчестве Довженко на кинопортале "Синематека"
- Alexander Petrowitsch Dowschenko // Brockhauz Ensiklopediyası (alm.).
- Alexandr Dovženko // The Fine Art Archive. 2003.