Aleksandr Ayriyan
Aleksandr Arsenoviç Ayriyan (1920, Mərv, Türkistan Muxtar Sovet Sosialist Respublikası – 2 sentyabr 1988) — sovet dövlət və partiya xadimi, Azərbaycan SSR meşə və ağac emalı sənayesi naziri (1972–1988).
Aleksandr Ayriyan | |
---|---|
Azərbaycan SSR meşə və ağac emalı sənayesi naziri | |
23 avqust 1972 – 17 avqust 1988 | |
Əvvəlki | Armik Karamyan |
Sonrakı | nazirlik ləğv edilmişdir |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 2 sentyabr 1988 |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Həyatı
1920-ci ildə fəhlə ailəsində anadan olmuşdur, ermənidir, 1943-cü ildən Sov.İKP üzvüdür, ali təhsili var – M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. Texnika elmləri namizəd olmuşdur.
1943-cü ildən l. Şmidt adına maşınqayırma zavodunda mühəndis-texnik, texniki nəzarət qrupunun rəhbəri, mühəndis-konstruktor, şöbə rəisi, baş texnoloq, ÜİK (b) P MK-nın partiya təşkilatçısı olmuşdur. 1954-cü ildən Keşlə Rayon Partiya Komitəsinin birinci katbi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Maşınqayırma İdarəsi baş mühəndisinin müavini, Təchizat və Satış İdarısi rəisinin müavini və həmin idarənin baş mühəndisi vəzifələrində işləmişdir. 1963-cü ildə l. Şmidt adına maşınqayırma zavodunun baş mühəndisi təyin edilmişdir. 1972-ci ildən Azərbaycan SSR meşə və ağac emalı sənayesi naziri olmuşdur.
Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur.
Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Naxçıvan üçüncü şəhər seçki dairəsi).
1988-ci ildə vəfat edib.
İstinadlar
- Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.