Aleksandr Şirmaxer
Aleksandr Şirmaxer — Rusiya İmperiyasının və Sovet Sosialist Respublikaları İttifaqının hərbi xadimi, general mayor. Eyni zamanda RSFSR Qırmızı Bayraq ordeninin, Müqəddəs Georgi ordeninin, Georgi xaçının və Georgi silahının kavaleri olan bir neçə hərbiçidən biri. 1931-ci ildən ÜKP-nın üzvü olmağa namizəd olub.[1]
Aleksandr Şirmaxer | |
---|---|
rus. Александр Генрихович Ширмахер | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya İmperiyası SSRİ |
Hərbi fəaliyyəti | |
Qoşun növü | piyada |
Rütbəsi | general-mayor, ştabs-kapitan |
Döyüşlər | |
Təltifləri |
Həyatı
1891-ci ildə alman ailəsində anadan olub. Atası parovoz maşinisti olub. Vitebsk Kommersiya Məktəbini bitirdikdən sonra 1913-cü ilin avqust ayında könüllü olaraq hərbi xidmətə gedir. Daha sonra Kazan Hərbi Məktəbində təhsil alır və 1914-cü ildə buranı bitirərək zabit olur. Birinci Dünya Müharibəsinin iştirakçısı olan o, 142-ci ehtiyat piyada batalyonunun bölük komandiri, 97-ci ehtiyat piyada batalyonunun kiçik zabiti, 13-cü Belozerskiy piyada alayının bölük komandiri, həmin alayın pulemyotçular dəstəsinin rəhbəri, 617-ci Zborovskiy piyada alayının bölük komandiri, sonradan isə həmin alayın 2-ci batalyonunun komandiri olaraq xidmət edib. 5 ay 617-ci Zborovskiy piyada alayının seçilmiş komandiri olub.
1918-ci ilin may ayından etibarən könüllü olaraq Qırmızı orduya qatılıb və Vətəndaş müharibəsinin iştirakçısı olub. Elə həmin ildə mərhələlərlə Saratov atıcı alayının bölük komandiri, batalyon komandiri və alay komandirinin köməkçisi təyin olunur. 1918-ci ilin oktyabr ayından həmin alayın 25-ci atıcı diviziyasının komandiri təyin olunur. Sonradan 223-cü atıcı alayın komandiri olur. 1919-cu ilin iyun ayından etibarən 20-ci atıcı diviziyanın 3-cü briqada komandiri olur. Gəncə üsyanında üsyançılar tərəfindən əsir götürülsə də Qırmızı orduya sadiq qalır və digər məhbusları da ətrafına toplayaraq Gəncənin 20-ci atıcı diviziya tərəfindən alınmasına çalışır. 1920-ci ilin payızında 32-ci atıcı diviziyanın komandiri olur. 1920-ci ilin dekabrından 1921-ci ilin may ayına qədər isə 18-ci atıcı diviziyanın komandiri olur. 1921-ci ilin fevral mart aylarında Dağıstandakı üsyanın yatırılmasında iştirak edən Qazax-Dilican rayonunun bir qrup qoşununa komandirlik edib.
Vətəndaş müharibəsindən sonra Qırmızı Ordunun bir çox hərbi-tədris müəssisələrində vəzifələr tutub. 1921-ci ildən 1923-cü ilədək 28-ci atıcı diviziyanın rəhbəri, ayrıca atıcı briqadanın komandir köməkçisi və 37-ci atıcı diviziyanın komandir köməkçisi sonradan isə sonuncu diviziyanın komandiri olub. 1924-cü ilin iyuna ayından 3-cü Qafqaz atıcı diviziyasının, 1930-cu ilin noyabr ayında isə Don atıcı diviziyasının komandiri olub. 1931-ci ilə qədər partiyasız olsa belə çox kommunizmə inanıb. 1933-1935-ci illərdə M.Frunze adına hərbi akademiyanın Xüsusi fakultəsində dinləyici olub. 1936-cı ilin fevral ayından 1938-ci ilin iyuluna qədər 84-cü atıcı diviziyanın komandiri olub. 1938-ci ilin noyabr ayından isə M.Frunze adına hərbi akademiyanın Ümumi taktika kafedrasında baş müəllim olur. 1938-ci ilin dekabr ayında ehtiyata buraxılıb, 1939-cu ilin avqust ayından isə Moskva universitetlərinin birində hərbi kafedrada işləyir. İkinci Dünya Müharibəsindən qabaq xidmətə çağırılmış və M.Frunze adına hərbi akademiyada Ümumi taktika kafedrasında baş müəllim olur
18 dekabr 1941-ci ildə həbs olunub və işi 10 ildən çox istintaqda olub. Hərbi çevriliş etmək cəhdində günahlandırılırdı. 22 avqust 1952-ci ildə 15 il azadlıqdan məhrumetmə cəzası alır. 2 iyun 1953-cü ildə Butır həbsxanasında dünyasını dəyişib. Elə həmin il ölümündən sonra günahsız olması barədə bəraət alıb.[1][2]
Rütbələri
- Ştabs kapitan
- Diviziya komandiri (1936)
- General mayor (1940)
Mükafatları
- IV dərəcəli Georgiyevsk xaçı
- Georgiyevsk silahı
- IV dərəcəli Müqəddəs Georgi ordeni
- Qırmızı Bayraq ordeni
Həmçinin bax
İstinadlar
- "Ширмахер Александр Генрихович + 02.06.1953" (rus. ). 1937god.info. 6 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2020.
- "Ширмахер Александр Генрихович (1891-1953)" (rus. ). biografiaru.wordpress.com. 24 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2020.