Aleksandr Şervaşidze

Aleksandr Konstantinoviç Şervaşidze (Çaçba) — (d. 24.12.1867, Feodosiya, Krım, Rusiya imperiyasıö. 17 avqust 1968, Monako) — Abxaz knyazları nəslindən olan rəssam, dizayner, skenoqrafik.[1][2]

Aleksandr Şervaşidze
gürc. ალექსანდრე კონსტანტინის ძე შერვაშიძე
abx. Алеқсандр Константин-иҧа Чачба
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (100 yaşında)
Vəfat yeri Monako
Dəfn yeri
  • Nitsa rus qəbiristanlığı[d]
Milliyyəti Abxaz
Vətəndaşlığı Azərbaycan AXC
Fransa Fransa
Fəaliyyəti Rəssamlıq
Qrafika
Təhsili
  • Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbi[d]
Janrlar qrafika, rəssamlıq, səhnəqrafiya
Tanınmış işi Azərbaycan Xalq Cümhuriyyətinin Gerbi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vladimir Şervaşidzenin qardaşıdır.[2]

A. K. Şervaşidze (Çaçba). Bağçada

Bioqrafiyası

Aleksandr Konstantinoviç Şervaşidze 1867-ci ilin 24 dekabrında Feodosiyada anadan olmuşdur. 1886-1889-cu illərdə Kiyev real məktəbində təhsil almışdır. 1885-ci ildə Parisdə təhsil almışdır. 1891-1893-cü illərdə Moskva Rəssamlıq Memarlıq və Heykəltaraşlıq Universitetində təhsil almışdır.

Teatr-dekorasiya sənətindən əlavə Şervaşidze həmçinin rəssamlıq və qrafika ilə məşğul olmuşdur. Onun müəllif olduğu rəsm əsərləri və portretləri müasirlər: N. N. Yevreinova, T. Tumanova, J. Kantel, K. Bisson və başqaları tərəfindən yüksək qiymətləndirilmişdir. Sənət tənqidində isə Pol Sezann, Vinsent van Qoq, Jorj Söra və А. Benua kimi tanınmış rəssamların sənət əsərləri haqqında maraqlı məqalələr yazmışdır. 1958-ci ildə Vətənindən ayrı qalmasına və maddi cəhəddən zəif olmasına baxmayaraq o, öz sənət əsərləri satmamışdır və əsərlərini Vətəninə hədiyyə etmişdir (təxminən 500 rəsm əsəri).

Vəfatı

Rəssam 17 avqust 1968-ci ildə 101 yaşında Monakoda yerləşən qocalar evində vəfat etmişdir, Nitsada yerləşən rus qəbirstanlığında dəfn edilmişdir.

Fəaliyyəti

1906-cı ildə rus rəssamlarının təşkil etdiyi sərgidə iştirak etmişdir. "Monparnas" bədii qrupunun üzvü olmuşdur. Tanınmış rus rejissoru və teorisi Yevreinov onun haqqında bele yazırdı:

" Knyaz Aleksandr Konstantinoviç bizim dövrümüzdə demək olar ki, gözəl bir nadirlik olan şərq şahzadəsi zadəganlığının təzahürü olan Abxaz krallarının nəslindəndir. "

1909-cu ilin noyabrında M.Ə. Voloşin ilə N.S.Qumilyovun arasındakı dueldə vasitəçi olmuşdur.

1918-ci ildən 1919-cu ilədək Suxumidə onun təşəbbüsü ilə Uşaq İncəsənət Məktəbi açılmışdır. Burada rəsm dərsləri öyrədilirdi. Suxumi Bədii Cəmiyyəti qurulduqdan sonra burada yerli gənclər üçün teatr kursları yaradılmışdı.[3]

1907-1918-illərdə Peterburq  İmperator teatrında işləmişdir. 1929-1948-ci illərdə isə xaricdə - S.P.Dyagilev adına Rus baletində səhnə - quruluşçusu vəzifəsində işləmişdir.

Bir müddət dostu, şairrəssam Maximilian Voloşinlə birlikdə Krımın Koktebel bölgəsində yaşamışdır.

Əsərləri Abxaziyanın Dövlət Milli Şəkil Qalereyasında, Rus Dövlət muzeyində, Teatr muzeyində, Teatr kitabxanasında (Sankt-Peterburq), Baxruşin adına Teatr muzeyində (Moskva), Rusiyanın şəxsi kolleksiyalarında və digər ölkələrdə saxlanılır.

Azərbaycan Xalq Cümhuriyyətinin gerbinin hazırlanması

A. K. Şervaşidze, 1920-ci illər.

“Azərbaycan” qəzetinin 14 noyabr 1919-cu il tarixli buraxılışında Azərbaycanın gerbihimn haqqında məlumat dərc edilmişir. Həmin məlumatda bildirilirdi ki, Xalq Maarif Nazirliyi Azərbaycan Respublikasının dövlət gerbimilli himninin işlənib hazırlanması məsələsi haqqında mülahizələrini hökumətə təqdim etmişdir. Hökumətə təqdim olunmuş mülahizələrdə qeyd edilirdi ki, işlənib hazırlanmış ən yaxşı milli himnin seçilməsi üçün hazırlanmış layihələr 1920-ci il fevralın 1-dək müsabiqəyə təqdim edilməlidir. Ən yaxşı himn üçün mükafat olaraq 15000 min rubl müəyyən edilmişdir. Müsabiqəyə qoşulmağı arzu edənlərin sayının daha çox olması üçün BakıTiflis qəzetlərində müsabiqənin geniş işıqlandırılması nəzərdə tutulmuşdur. Dövlət gerbinin layihəsinin hazırlanması Nazirlik tərəfindən hazırda Bakıda olan və öz əsərləri ilə, xüsusilə də şərq ölkələrinin memarlığı, heykəltaraşlığı və rəssamlığına dair bilgiləri ilə böyük məşhurluq qazanmış rəssam knyaz Şervaşidzeyə həvalə olunması təklif edilmişdi.[2]

Cümhuriyyət hökuməti hərbi ordenlərin, milli himn, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması haqqında 1920-ci il yanvarın 30-da qərar qəbul etdi. Həmin qərarın 1-ci bəndində qeyd edilirdi ki, 25 min rubl mükafatla ordenlərin layihələrinin hazırlanması üzrə müsabiqənin elan edilməsi Hərbi nazirə tapşırılsın. Layihələrin əsas vəzifəsi Azərbaycanın müstəqillik simvoluna xidmət etmək idi. Qərarın 2-ci bəndində isə 50 min rubl mükafatla milli himnin, 25 min rubl mükafatla isə dövlət gerbinin və möhürünün layihələrinin hazırlanması üzrə müsabiqənin elan edilməsi Xalq Maarif Nazirinə tapşırıldı. Hökumətin 30 yanvar 1920-ci il tarixli qərarına əsaslanaraq Xalq Maarif Nazirliyi dövlət gerbi və möhürünün təsvirinin, eləcə də milli himnin mətninin layihələrinin hazırlanması haqqında 1920-ci ilin fevralın 19-da “Azərbaycan” qəzetində müsabiqə elan etdi. Müsabiqədə iştirak etmək istəyənlər hazırladıqları layihələri mayın 1- dək möhürlənmiş zərflərdə Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər.[2] Layihələr hazırlanarkən layihələrin hazırlanmasına əsas götürülən tarixi və siyasi şərait və səbəblər də göstərilməli idi. Qalib gəlmiş layihələr Azərbaycan Xalq Cümhuriyyətinin istiqlalının II ildönümünədək təsdiq olunması müəyyənləşdirilmişdi. Lakin, 1920-ci ilin aprelində Azərbaycanın sovetləşdirilməsi bunu mümkün etmədi. Həmin tarixi hadisələrin üzərindən 71 il keçdikdən sonra Azərbaycan Respublikası Ali Soveti 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqənin elan olunması haqqında” xüsusi qərar qəbul etdi. Həmin qərara əsasən Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün 5 min manat məbləğində mükafat təsis edildi. Həmin dövrlərdə müxtəlif mətbuat orqanlarında kifayət qədər yeni gerb layihələri dərc olundu. 1993-cü ilin əvvəllərində Azərbaycan Respublikasının Milli Məclisində həmin layihələr, o cümlədən kn. A.Şervaşidze tərəfindən 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsi müzakirə edildi. 1919-1920-ci illərdə A. Şervaşidze tərəfindən işlənib hazırlanmış gerb layihəsinə rəssam – dizayner Rafiq Məmmədov tərəfindən müəyyən düzəlişlər və təkmilləşdirmələr edildikdən sonra Azərbaycan Respublikasının dövlət gerbi kimi təsdiq edildi.[2]

Gümüş sikkə «Aleksandr Çaçba» nominalı ilə.

Xatirəsi

SuxumidəQudautada Aleksandr Şervaşidzenin adını daşıyan küçələr vardır.

2009-cu ildə Abxaziya Bankı "Abxaziyanın görkəmli şəxsiyyətləri" seriyasında sikkə zərb etdirən zaman Aleksandr Şervaşidzenin də adına sikkə zərb etdirmişdir.

Sankt-Peterburqda İ.İ.Brodskinin ev muzeyində Aleksandr Şervaşidzenin 140 illik yubileyinə həsr olunmuş sərgisi keçirilmişdir. Bu sərgi Şervaşidzenin yaradıcılıq irsinin Sankt-Peterburqda ilk təqdimatı idi.

Abxaziya prezidenti Aleksandr Ankvab 24 dekabr 2013-cü ildə heykəltaraş Amiran Adlaib tərəfindən hazırlanan və Suxumidə sənətçinin məzarı üzərinə qoyulan heykəlin açılış mərasimində iştirak etmişdir.[4]

Həmçinin bax

Ədəbiyyat

  • Б. М. Аджинджал. Князь Александр Чачба (Шервашидзе). 1998. ISBN ISBN 5-89604-007-5.
  • Князь Александр Чачба (Шервашидзе). Статьи об искусстве. Отрывки из писем и записных книжек. Н. А. Разумовой. СПб. Б. М. Аджинджал. 1999. ISBN 5-89604-007-5.

İstinadlar

  1. Б. М. Аджинджал, Ю. М. Иваненко. Русская классика. 2004.
  2. Milli Arxiv İdarəsi. "Azərbaycan gerbinin hazırlanmasında knyaz izi və ya Aleksandr Şervaşidze kim idi?" (Azərbaycanca). İstifadə tarixi: 2018-09-10.
  3. Аджинджал Б. М. Страницы большой жизни. Сухум. 1985.
  4. "В центре Сухума, на могиле художника Александра Шервашидзе-Чачба установили памятник". Apsnyprss. 24 December 2013. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 January 2014.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.