Aleksandr İvanov (güləşçi)

Aleksandr Nikolayeviç İvanov (10 yanvar 1951, Suntar ulusu, Yakutiya MSSR) — sovet sərbəst güləşçisi, olimpiya oyunlarının gümüş medalçısı, dünya və Avropa mükafatçısı, dəfələrlə SSRİ çempionu. Əməkdar idman ustası (1976). Yakutiya MSSR əməkdan məşqçisi.

Aleksandr İvanov
Aleksandr Nikolayeviç İvanov
Şəxsi məlumatlar
Tam adı Pavel Pavloviç Piniqin
Vətəndaşlığı Rusiya Rusiya
Doğum tarixi
Doğum yeri
Boyu 158 sm
İdman növü Sərbəst güləş

Bioqrafiyası

1951-ci ildə Yakutiyada doğulmuşdur. İlk əvvəl 1966-cı ildə sərbəst güləşlə məşğul olur.[1]. 1968-ci ildə «Hərbi birləşmələr», 1969 ildə «Məhsul», 1970 ildən isə «Spartak» (Yakutiya) kulublarında yarışmışdır. 1970 ildən Alma-Atıya köçmüş və Qazax dövlət bədəntərbiyəsi institutunu təmsil edir.

İdman naliyyətləri

1970-ci ildə SSRİ sərbəst güləş üzrə ölkə çempionatında 6 yeri tutur. 1972 ildə «Burevestnik», 1972 ildən karyerasının sonuna qədər «Hərbi birləşmələr» klubunda davsm etdirmişdir. 19721973-ci illərdə keçirilən SSRİ sərbəst güləş üzrə ölkə çempionatlarında ikinci yeri tutur. 1974-cü ildə isə çempion olur. Bu uğurunu isə 1976-cı ildə təkrarlıya bilir.

1972-ci keçirilən Yay Olimpiya oyunlarında 52 kq çəki dərəcəsində yarışmışdır.

Döyüşləri:

  • Birinci dairə, 8-ci dəqiqədə qalib gəlmişdir. Eloya Abrey (Kuba);
  • İkinci dairə, 22-4 hesabı ilə qalib gəlmişdir. Konstannn Midun (Rumıniya);
  • Üçüncü dairə, 16-10 hesabı ilə qalib gəlmişdir. Ceyms Hayns (ABŞ);
  • Dördüncü dairə, 22-19 hesabı ilə qalib gəlmişdir. Li Bonq Suna (Şimali Koreya);
  • Altıncı dairə, 26-5 hesabı ilə qalib gəlmişdir. Vladislav Steşik (Polşa)

Birinci final yarışmasının üçüncü dəqiqəsində Con He Sopa (Cənubi Koreya) qalib gələrək finala çıxır. Final görüşündə isə Yuci Takadaya (Yaponiya) məğlub olaraq ikinci yeri tutur[2]

Tiflisdə keçirilən beynəlxalq yarışmanın dördqat çempionu (1971, 1973, 1977, 1978), veteran-ustalar arasında çempion (1993).[3]

1979-cu ildən peşəkar idmanı tərk edir. Hal-hazırda Mirnıy olimpiya təyinatlı məktəbin direktorudur.

Mükafatları

  • «Qütb ulduzu» (2006)[4]
  • Yakutiya MSSR əməkdar bədən tərbiyəsi xadimi.
  • ХХ əsr Saxa Respublikasının idman laureatı.
  • Yakutsk şəhərinin fəxri vətəndaşı (1998)[5]
  • Suntar ulusunun fəxri vətəndaşı.

İstinadlar

  1. "Federal informasiya portalı «SakhaNews»". 2011-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-12.
  2. "Aleksandr Ivanov Biography and Olympic Results". 2012-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-12.
  3. Aleksandr Nikolayeviç İvanov
  4. "«Qütb ulduzu» ordeni kavalerləri — təltif olunanların siyahısı". Saxa Respublikasının rəsmi saytı. 2013-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-12.
  5. "Город Якутск: Почётные граждане". Официальный информационный портал Республики Саха (Якутия). 2014-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-12.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.