Aldan çayı

AldanRusiyanın uzaq şərqində, Lenanın sağ qolunu təşkil edən çay. Çay öz başlanğıcını Xabarovsk diyarından götürərək Saxa ərazisində lenaya birləşir. Çay Rusiya çayları arasında istər həçminə və uzunluğuna görə səkkizincisidir.

Aldan çayı
saxa Өлүөнэ
Ölkələr
Mənsəbi Lena çayı
  Yüksəkliyi 72 m
Uzunluğu 2 273 km
Su sərfi 5.060 m³/s
Hövzəsinin sahəsi 729000 km²
Aldan çayı (Yakutiya)
mənbəyi
mənsəbi
Aldan çayı Yakutiyanın fiziki xəritəsində:

56°26′28″ şm. e. 123°46′30″ ş. u.

63°26′25″ şm. e. 129°33′44″ ş. u.
DSR 18030600112117300000011
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etimalogiyası

Belə düşünülür ki, aldan Evenklərin dilindən keçmə bir söz olaraq mənası balıq deməkdir[1]. Digər variatda isə: aldan "yaz sahil buzu" mənasını daşıdığı deyilir[2] və ya (evenq dilində) elden dəmir[3] mənası verir.

Coğrafiyası

Aldanın hövzəsi

Aldan çayının hövzəsi çox illik qrut buzları ərazisində yerləşir. Çay başlanğıcını Stanov sildiləsindən götürür. Çaya tökülən Uçur və Maya çayları arasındakı ərazidə çay geniş dərədən axır. Düzən hissədə çayın daşması nəticəsində çoxlu sayda göllər vardır.

Hidrologiyası

Aldan əsasən qar və yağış suları ilə qidalanır. Daşqınlar əsasən maydan iyul ayına qədər müşahidə edilir. Bu vaxt suyun səviyəsi 7–10 metr qalxır. Axının həcmi 30–48 min m³/s təşkil edir. Qışda isə sərfiyyat 230−300 m³/s qədər enir. Buzla örtülməsi oktyabrın sonlarından may ayına qədər davam edir.

Onun uzunluğu 2 273 km və hövzəsinin sahəsi isə 729 min km² təşkil edir. Aldan Lenanın ən iri qoludur. Lena axınının 30 % təşkil edir. Aldanın Lenaya töküldüyü yerdən 151 km yuxarıda "Verxoyanskiy perevoz" stansiyasında 58 il aparılan müşahidələr illik orta sərfiyyat 5 245,85 m³/s təşkil edir[4] Sərfiyyat aşağıdakı kimi əks olunur:

Qolları

Nisbətən iri qolları: (sağdan) Timpton, Uçur, Maya, Allax-Yon, Tompo, Barayı və Tumara, (soldan) Amqa, Notora və Tatta çaylarıdır. Aldan çayının 275 qolu 10 kilometri keçir. Əsas qollarından olan Maya çayının hövzəsi 171 000 km² təşkil edir. Ən uzun qolu isə Amqa çayıdır ki, onunda uzunluğu 1462 km təşkil edir. Aldanın hövzəsində 51 mindən çox göl vardır. Burada ən iri göl Bolşoy Toxo gölüdür[5]

Çayın əhəmiyyəti

Dəmiryolu körpüsü

Aldan çayında Tommota qədər gəmilər sərbət hərəkət edə bilir. Bu gəmi yolu mühüm nəqliyyat həmiyyətinə malikdir. Xüsusi ilə bölgənin faydalı qazıntılarını Lena çayı vastəsi ilə daşınmasında mühüm rol oynayır. Sahillərində Tommot, Ust-Maya, Xandıqa və Eldikan qəsəbələri vardır. Çayın sahilləri boyunca zəngin qızıl və daş kömür yataqları vardır.

Aldan çayı hövzəsində kaskad SES (Yujno Yakutsk) tikintisi planlaşdırılır. Aldan çayının üzərində isə Vernealdansk SES tikintisi planı işlənilir[6]

Aldan çayında zəngin balıq ehtiyatları vardır.

Körpüləri

2015-ci ilə olan məlumata görə çay üzərində üç körpü vardır:

  • Tommot şəhərində Amur-Yakutiya dəmir yolunun Aldan çayı üzərindən keçdiyi yerdə olan dəmiryolu körpüsü[7].
  • Tommot şəhərində Lena avtomagistral yolu üzərindəki avtomobil körpüsü[8].
  • Aldan şəhərinfn 40 km şimal-qərbdə avtomobil körpüsü[9][10].

Gələcəkdə Kolıma avtomagistral yolun davamı olaraq Aldan çayı üzərində Xandıqa qəsəbəsində körpü tikilməsi planlaşdırılır.

İncəsənətdə

  • Eduard Baqriskovun "Aldan" şeiri[11].
  • Kamil Ziqanşin — "Aldan Qızılı".

İstinadlar

  1. "Saxa heraltikası". 2012-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
  2. Глушков А. В., Осадчий В. Г. По рекам и горам Якутии. Якутск, 1990. С. 7.
  3. "Rus-evenq". 2014-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
  4. Aldan At Verkhoyanskiy Perevoz Arxivləşdirilib 2019-11-04 at the Wayback Machine, R-Arcticnet V4.0
  5. "Поиск по данным государственного водного реестра — озера бассейна реки Алдан". 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
  6. "Lena 2008". 2012-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
  7. "Arxivlənmiş surət". 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-30.
  8. "Arxivlənmiş surət". 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-30.
  9. "Arxivlənmiş surət". 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-30.
  10. "Открыт новый мостовой переход через реку Алдан! — Sakha.Gov.Ru". 2015-11-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.
  11. "Алдан — Эдуард Багрицкий — Алло, мы ищем таланты! — Aldanweb: всё об Алдане и Алданском районе". 2013-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-08.

Ədəbiyyat

  • Борис Дмитриевич Зайков Материалы по гидрологии Верхнего Алдана. — Л.: Изд-во Акад. наук СССР, 1935. — 168 с. — (Труды Совета по изучению природных ресурсов (СОПС). Серия Якутская / Акад. наук СССР; Вып. 25).
  • Бурыкин А. А. Алдан и Вилюй // Русский язык в школе (журнал). 2004. № 1. С. 96–98.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.