Aldadılmış ər

"Aldadılmış ər və ya üç qadının bir məşuq üçün rəqabəti", KV 430/420а, (İtalyan dilində: «Lo sposo deluso, ossia La rivalità di tre donne per un solo amante») Volfqanq Amadey Motsart tərəfindən 1783 və 1784-cü illərdə naməlum İtaliya şairinin librettosu əsasında bəstələdiyi iki aktdan ibarət komik opera.[1] Opera müəllif tərəfindən tamamlanmamışdır və yalnız I akta aid qısa (iyirmi dəqiqəlik) bir fraqment mövcuddur.

Aldadılmış ər
Lo sposo deluso, ossia La rivalità di tre donne per un solo amante
Bəstəkar Volfqanq Amadey Motsart
Librettoçu naməlum
Dili italyanca
Janr Komik opera
Yaradılma tarixi 1783-1784
Aid olduğu silsilə Volfqanq Amadey Motsartın operalarının siyahısı
Müddəti 20 dəq.

Tarixi

1783-cü ilin yayında naməlum bir italyan şairi (ehtimal olunur ki, bu şəxs abbat Lorenso da Ponte idi)[2]) 1780-cı ildə Romada Domenika Çimarozanın "İki rəqib" operasında səhnələşdirilən librettonu yenidən işlənilməsi və daha da təkmilləşdirilməsi üçün Volfqanq Amadey Motsarta təqdim edir. Motsart bu libretto əsasında Vyanadakı italyan truppası üçün yeni opera yazmağa razılaşdı. Opera üzərində işin yarımçıq qalmasının dəqiq səbəbləri məlum deyil, lakin ehtimal olunur ki, bu işə librettonun Vyana səhnəsinə uyğunlaşdırılmasındakı çətinliklər və həmçinin müəllifin "Fiqaronun toyu" operası üzərində işə başlaması mahe olmuşdur.

Süjet

Operada hadisələr Livarnodan çox da uzaq olmayan dəniz sahilindəki villada baş verir.

Nəcib Romalı xanım Eudjeniya Don Asdubala vurulmuşdur. Lakin sevgilisinin müharibədə həlak olduğuna əmin olan gənc qız varlı Bokkonio Papparellinin arvadı olmağa razılıq verir. Gözlənilmədən Don Asdubal Livarnoya qayıdır. Eudjeniyanın rəqibləri olan Metilda və Bettina onu sevgilisinin gözündən salmağa çalışırlar. Lakin opera xoşbəxt sonluqla başa çatır: Papparelli nişanlısından imtina edir, Eudjeniya Don Asdubalın arvadı olur, Bettina Pulkerioya, Metilda isə Cervazioya ərə gedirlər.

Əsas personajlar

Bokkonio Papparelli, axmaq varlı,
Eudjeniyanın nişanlısı
bas
Eudjeniya, Romadan olan gənc zadəgan xanım, Papprellinin nişanlısı,
Lakin Don Asdrubalın sevgilisidir.
soprano
Don Asdrubal, Toskaniyalı zabit tenor
Bettina, Papparellinin gənc qohumu,
həmçinin Don Asdrubala vurulmuşdur.
soprano
Pulkerio, Papparellinin dostu, qadına nifrət edən tenor
Cervazio, Eudjeniyanın himayədarı, Metildaya vurulmuşdur. bas
Metilda, müğənni və rəqqasə, Bettinanın rəfiqəsi,
həmçinin Don Asdrubala vurulmuşdur.
soprano

Xarici keçid

İstinadlar

  1. Anderson (1937)
  2. Вольфганг Амадей Моцарт, «Письма», Москва: Аграф, 2000, стр.296
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.