Albay Əfəndi

Abbas Zahid oğlu Babayev səhnə adı ilə Albay Əfəndi (16 fevral 1986, Bakı, Azərbaycan) — repçi, yazar.[1] Albay - təxəllüsünü Türkiyə hərbi sistemində polkovnik anlamına gələn rütbədən götürmüşdür. Albay Sheriff adını 2007-ci ildə Albay Əfəndi olaraq dəyişdirmişdir. İxtisasca iqtisadçıdır. Musiqi və ədəbiyyatdan başqa, səs rejissorluğu sahəsində də fəaliyyət göstərir. Musiqi karyerasına 2001-ci ildə özünün də qurulmasında böyük rolu olan RAPressia CLAN adını verdikləri rep birliyində başlamışdır. 2011-ci ildə birliyi tərk edərək solo fəaliyyətə başlamış və 2012-ci ildə ilk solo Anomalia albomunu yayımlamışdır. 2012-ci il, Türkiyənin Kurşun Kalem (Qurşun Qələm) ədəbi dərgisinin iyul-avqust, 18-ci[2] buraxılışında Albay Əfəndinin Yeyilmiş Pozan[3] adlı şeiri Türkiyə türkçəsinə tərcümə edilmişdir.[4] Heç bir siyasi, dini partiyaya mənsub deyil.

Albay Əfəndi
Abbas Zahid oğlu Babayev
Ümumi məlumatlar
Doğum adı Abbas Babayev
Ləqəbləri Da Kasta , Polkovnik
Doğum tarixi
Doğum yeri Bakı
Azərbaycan Azərbaycan SSR
Milliyyəti Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, yazar
Fəaliyyət illəri 2001-hal-hazırda
Janr Hip-hop / Rep
Səs tembri Bariton
Albom şirkəti PicMus Production MMC.
Əlaqələri İslam Shirvany, Vüsal Beat pro, Səfurə Əlizadə, Jin, Nəğd Pul, PRoMete

Həyatı

Albay Əfəndi 16 fevral 1986-cı ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Vahid Əzizov adına 30 saylı orta məktəbi bitirmiş, elə həmin il Azərbaycan Kooperasiya Universitetinə daxil olmuşdur. 2007-ci ildə universiteti bitirib, bir illik həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti başa vurduqdan sonra yenidən Bakıya qayıtmışdır.

Ailədə üç övladın ən kiçiyidir. Doğum adı Abbasdır. Atasının ata adıdır. Atası Zahid Abbas oğlu Babayev hərbi hospitalda vərəm üzrə həkim-mütəxasis işləmiş, sonralar Ədliyyə Nazirliyində çalışmış və ordan mayor rütbəsi ilə təqaüdə çıxmışdır. Anası kimyaçıdır. Uzun illər ibtidai sinif müəlliməsi vəzifəsində çalışmış və işlədiyi məktəbdən təqaüdə ayrılmışdır.[5]

Yaradıcılığı

Ədəbiyyata marağı uşaqlıqdan yaranıb. Əzbərlədiyi ilk şeir Türkiyə Cumhüriyyətinin himni "İstiqlal marşı" olub. Musiqi ilə 5-ci sinifdə oxuyarkən maraqlanmağa başlayıb. Televiziya kanallarının birində yayımlanan bir video klip musiqiyə olan fikrini tamamilə dəyişib. Uşaqlıqdan evlərində Barış Manço, Nina Simone, The Beatles, Cem Karaca kimi müğənnilərin mahnıları dinlənilsə də baxdığı klip onun üçün tamam fəqrli bir şey idi və onda böyük maraq doğurmuşdu. Bu, Tupak Şakurun rep musiqisinə çəkilmiş bir klipi idi. Sonralar o Tupak Şakur yaradıcılığı və rep musiqisi tarixi ilə maraqlanmağa başlayır. 6-cı sinifdə oxuyarkən yazdığı "Rep musiqi nədir?" məqaləsi "Kirpi" uşaq jurnalında dərc olunur. Çox keçmir ki, məqalə bəzi Azərbaycandilli saytlarda da yayılır.[6]

İlk şeiri olan "Dərdimizmi var, yoxsa dərdinizmi var" adlı şeirini 6-cı sinifdə yazır. Beləliklə, o qısa şeirlər yazmağa başlayır. Bir neçə şeiri o illərdə uşaq-məktəb qəzetlərində yayımlanır. İllər keçdikcə şeirlərin sayı artır. Yuxarı siniflərdə oxuyarkən bədii ədəbiyyata maraq göstərməyə başlayır. Hüseyn Cavid, Mehmet Akif Ərsoy, Mirzə Ələkbər Sabir, Nazim Hikmət, Tofiq Fikrət kimi şairlərin yaradıcılığı ilə tanış olur. 8-ci sinifdə "Biz kimik?" adlı ilk köşə yazısını yazır.[7]

Musiqi

Məktəb illərinin sonlarında Albay İslam Şirvani ilə tanış olur və "Xəlifə" adlı bir qrup yaradırlar. Qrup olaraq buraxdıqları ilk parçaları "Mənəm Azərbaycan" adlanır. Çox keçmir ki, bu tərz musiqiyə maraq göstərən digər uşaqlarla tanış olurlar. Bunlar; Elməddin, Nihal Mirzə, Abulfəz olur. 2000-ci ildə birgə işləməyə qərar verirlər. Və hamısı "Big Mafia Alliance" adı altında birləşirlər. Daha sonra bu rep biriliyinin adı "Məclis Clan" olaraq dəyişdirilir. Və son olaraq 2001-ci ildə RAPressia CLAN adı ilə fəaliyyətə başlanılır.

2003-cü ildə klanın yeni üzvü Moqila ləqəbli Emin gelir. İlk "Zərbə Altında" adlı parçasını Albayla duet edərək, dinləyicilərə təqdim edir. Elə həmin il o ad altında kiçik konsert proqramı ilə çıxış edirlər. O illərdə bir neçə universitetlərdə kiçik çaplı konsertləri baş tutur.

2004-cü ildə East Pride Clan-la birgə işə başlanılır və o layihə çərçivəsində 2005-ci ilin yazında "Underground Party" adlı konsertlə tamaşaçı önünə çıxırlar. Həmin ilin ortalarında klan, "Qanunda Qanundan Kənar" adlı albomunun işlərinə başlayırlar. Ritm prodakşının istehsalı olan albom, PRoMete-nin prodüserliyi ilə 2006-ci ildə tamamlanır. Albom satış üçün nəzərdə tutulmadığına görə, internet üzərindən dinləyicilərə təqdim olunur.

2005-2006-cı illər kəsimində Şamaxı, Göyçay, Gəncə kimi bir çox regionlarda konsertlər təşkil edirlər. Həmin illər ərzində Albay Əfəndi "Nəğd Pul" alyansın üzvləri Samir Aşiq və Nato ilə "Yenə yeni show" adlı duet parçalarını buraxır. Ardından türkiyədə mövcud Karambol qrupundan duet təklifi gəlir və Türk Monopol adlı parça hazırlanır. O illərdə bir çox musiqi parçaları dinləyicilərə təqdim olunur. Elədəcə də bir neçə verilişlər üçün sountrack yazırlar. Bunlardan; x-dance (ans), Bizdən Sizə, Bap-balaca, Performans (atv)

2009-cu ildə Səfurə Əlizadə ilə birgə layihəyə start verilir.

  • Geri Say
  • Performance
  • Sənsizəm
  • Ad Günü

Nəzərinizə çatdıraq ki, Performans adlı parça, Azad Azərbaycan telekanalında yayımlanan eyni adlı verilişin soundtrack-di seçilmişdir.

RAPressia CLAN

Repressiya sözündən mənaca fərqlənən RAPressia CLAN, bəzi hallarda qısa olaraq baş hərfləri ilə R.C. kimi qeyd olunur. Mənaca repə sürgün olunmuş tayfa və ya repin təsiri altına düşmüş tayfa anlamı verir. Klanın ilk adı Big Mafia Alliance sonra Məclis Clan olaraq dəyişdirilmişdir. 2001-ci ildə yekun qərar olaraq RAPressia CLAN adı altında fəaliyyətə başlanılmışdır. Albay Əfəndi, klanın yaradıcılarından biri olaraq bilinir. Uzun illər klan tərkibində fəaliyyət göstəmişdir. 2011-ci ildə RAPressia CLAN-dan ayrılmış və solo fəaliyyətə başlamışdır.

İş Həyatı

Albay Əfəndinin səs rejissorluğu peşəsinə yiyələnməsində heç şübhəsiz yaxın dostu, eyni zamanda musiqi produseri İslam Şirvaninin böyük rolu var. İxtisasca iqtisadçı olan Albay universiteti bitirdikdən sonra təhsil aldığı ixtisasdan xeyli uzaqlaşdı. Universitetin 3-cü kursundan kiçik prodakşnlardada işə başladı. İki ilə yaxın müxtəlif layihələrdə və prodakşnlarda işlədikdən sonra hərbiyə yollandı. Hərbidən qayıtdıqdan bir neçə həftə sonra mühafizə xidmətində işlədi. Lakin çox uzun çəkmədi və işdən ayrıldı.

2009-cu ilin dekabr ayında Azad Azərbaycan Teleradio Kompanyasının, dublyaj departamentinə səs rejissoru vəzifəsinə gəldi. Bir çox bədii, sənədli, gizci filmlərinin habelə veriliş səsləndirmələrinin səs rejissorluğunu etdi.

1 noyabr 2011-ci ildə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin musiqi departamentində işə başladı. Bir neçə depatamentlərin verilişlərinin səs rejissorluğunu etdi. 2 ay 90fm (ictimai radio)-da işlədikdən sonra yenidən musiqi departamentinə verildi. 2012-ci ilin iyul ayından etibarən "Gənclər, Elm və Təhsil" verilişləri departamentinə keçirildi. Hal-hazırda tutduğu vəzifədə çalışır.

Diskoqrafiya

Anomalia (albom, 2012)

  • Albom 21 dekabr 2012-ci ildə PicMus Production tərəfindən yayımlanmışdır. Bütün hüquqları PicMus Production MMC-ə aiddir. [8]
  1. Ümidlər ölmür (intro)
  2. Vaxt gedir... ft. Aysel Sadıqova
  3. Vətənim bədənimdir
  4. Bundan artıq
  5. Baş hərfi "N"
  6. Adı dilimdə
  7. Gülməşəkər ft. Qurd Dancehall King
  8. Səs sal
  9. Bitmədi dərdim
  10. Elə belə
  11. Sözü at ft. PRoMete & Monk Sommbra*
  12. Xarab toxum
  13. 33 pillə
  14. MetAl ft. PRoMete
  15. Fərqi yox ft. Ceza 22

İstinadlar

  1. "Azərbaycanlı reperi Safura Əlizadə ilə nə bağlayır?". 2012-10-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-18.
  2. Kurşun Kalem 18.ci buraxılışı
  3. Azərbaycan Ədəbiyyatı
  4. "publika.az". 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-24.
  5. Albay Əfəndi
  6. "Rep ifaçısı Albay Əfəndinin Gün.Az-a müsahibəsi". 2012-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-18.
  7. Albay Əfəndi(Şeirlər)
  8. "Albay Əfəndi, Anomalia albomu". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-18.

Xarici keçidlər

Mənbə

1*Azərbaycan Ədəbiyyatı 2*publika.az 3*Kurşun Kalem 18.ci buraxılışı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.