Albaniyada kənd təsərrüfatı
Albaniyada kənd təsərrüfatı — Albaniya iqtisadiyyatının aparıcı sahələrindən biri[1].
Mövcud vəziyyəti
Albaniyanın kənd təsərrüfatı ölkənin daxili tələbatını ödəmir[1]. Xüsusilə də 2000-ci illərin əvvəlində sovxoz və kolxozlar ləğv olunduqdan, torpaq və avadanlıq özəlləşdiriləndən sonra torpaq sahələrinin xırda sahələrə bölünməsi və avadanlıq çatışmazlığı kənd təsərrüfatındakı səmərəni daha da azaltmışdır[1].
Torpaqları
Ölkə ərazisinin 21%-ini suvarılan torpaqlar, 15%-ini otlaqlar tutur[1].
Əkinçilik
Əsas kənd təsərrüfatı bitkiləri buğda və qarğıdalıdır[1]. Suvarılan torpaqların yarısında taxıl əkilir[1].
Darı, şəkər çuğunduru, günəbaxan, kartof, tərəvəz, meyvə, üzüm, zeytun da becərilir[1].
Bu sahədə əsas problemlərdən biri quraqlıqdır ki, o da əkinçiliyə ciddi ziyan vurur[1]. Əkilən sahələrin yalnız yarıya qədəri suvarılır[1].
Heyvandarlıq
Heyvandarlıqda başlıca ənənəvi sahə qoyunçuluqdur[1]. 2002-ci ildə bu ölkədə 1,4 milyon başdan çox qoyun qeydə alınmışdır[1].
Yük heyvanları – at, uzunqulaq saxlanılır[1].
Ölkənin cənubunda ətlik-südlük, şimal və şərqində isə dağ-otlaq heyvandarlığı üstünlük təşkil edir[1].
Quşçuluq
2002-ci ildə bu ölkədə 4,1 milyon baş ev quşları qeydə alınmışdır[1].
Balıqçılıq
Adriatik dənizinin sahil sularında balıqçılıq inkişaf etdirilir[1].
Meşə təsərrüfatı
Albaniyada torpaqlar kötük hazırlanması üçün uyğun bir iqlimə sahibdir. Lakin Albaniyanın tarixi meşələrinin bir çoxu 1990-cı illərdə səmərəsiz taxta sənayesi və kənd təsərrüfatı sahələrinin genişləndirilməsi nəticəsində dağıdıldı. Hazırda Albaniyanın torpaq sahələrinin təxminən 1/3-i meşə sahələri ilə örtülüdür. İtaliya və Dünya Bankı ilə imzalanmış bir anlaşmaya görə meşələrin bərpasına böyük məbləğdə vəsait ayrılmışdır.
ÜDM-də payı
2003-cü ildə Albaniyada kənd təsərrüfatının Ümumi Daxili Məhsuldakı payı 47,6% olmuşdur[1].
Beynəlxalq reytinqlər
2014-cü ilin yekunlarına əsasən Albaniyanın bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında dünya üzrə mövqeyi aşağıdakı cədvəldə göstərilmişdir:
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 297. ISBN 978-9952-441-02-4.
- "Plums and sloes, production quantity (tons) - for all countries" (English). 2014-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
- "Grapes, production quantity (tons) - for all countries" (English). 2013-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
- "Watermelons, production quantity (tons) - for all countries" (English). 2013-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
- "Fruits without melons, total, production quantity (tons) - for all countries". factfish.com (English). 2013-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
- "Figs, production quantity (tons) - for all countries". factfish.com (English). 2014-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
- "Cucumbers and gherkins, production quantity (tons) - for all countries". factfish.com (English). 2013-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
- "Tomatoes, production quantity (tons) - for all countries". factfish.com (English). 2017-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
- "Vegetables and melons, total, production quantity (tons) - for all countries". factfish.com (English). 2019-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-06.
Xarici keçidlər
- Organic Europe: Albania Profile Arxivləşdirilib 2020-01-23 at the Wayback Machine
- Agroweb Albanian Agriculture Portal
- Agr.al Albanian Agricultural Products Virtual Market
- Albanian Agribusiness Council Official Website Arxivləşdirilib 2017-03-02 at the Wayback Machine
- Organic Agriculture Association of Albania Official Website Arxivləşdirilib 2016-01-11 at the Wayback Machine
- Albanian Women in Business Official Website
- Well Food Hub Adriatic Project Arxivləşdirilib 2020-03-26 at the Wayback Machine
- Slow Food Foundation Arch of Taste Arxivləşdirilib 2015-04-15 at the Wayback Machine
- Agency for Agricultural and Rural Development Official Website
- Ministry of Agriculture, Rural Development, and Water Administration of Albania Official Website