Albaniya mədəniyyəti
Albaniya mədəniyyəti — Albaniyada və albanlar tərəfindən formalaşmış mədəniyyət.
Dil
Musiqi
Ədəbiyyat
Teatr
Albaniyada teatr sənəti XIX əsrin axırlarından inkişafa başlamışdır. Milli dramaturgiyanın yaranmasında maarifpərvər yazıçılardan Sami Fraşeri, Mihal Qrameno, Fan Noli, Andon Çayupi və başqalarının rolu olmuşdur. Albaniya 1912-ci ildə milli istiqlaliyyət qazandıqdan sonra ölkədə həvəskar teatr hərəkatı genişlənmişdir. Nasist işğalı dövründə Albaniyada partizan teatrları yaradılmışdır. Bunlar əsasında 1944-cü ildə Tiranada, sonra isə başqa şəhərlərdə ilk professional teatrlar təşkil edilmişdir. Xalq hakimiyyəti qurulduqdan sonra Albaniya teatrlarında milli, rus və sovet dramaturqlarının, Vilyam Şekspir, Fridrix Şiller, Jan Batist Molyer və başqalarının əsərləri tamaşaya qoyulmağa başlanmışdır. 1960-cı illərdən teatrların repertuarına alban dramaturqlarının əsərləri ilə yanaşı, Çin yazıçılarının da pyesləri daxil edilmişdir. Bir çox alban aktyor və rejissor SSRİ-də təhsil almışdır. 1959-cu ildə Tiranada ali aktyor məktəbi yaradılmışdır.[1]
İstinadlar
- Албанија. Театр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 219.