Albaniya Pravoslav Kilsəsi

Albaniya Pravoslav Kilsəsi (albanca: Kisha Ortodokse Autoqefale e Shqipërisë) baş yepiskopluğu idarəsi TiranaDurres bölgələri ilə bərabər ümumilikdə Albaniyanın bütün cənub ərazilərini əhatə edir. Ayinlər alban dilində həyata keçirilir. Üzvlərinin sayı təqribən 0.5 milyon nəfərdir. Anastas kilsənin indiki baş yepiskopdur.

Albaniya Pravoslav Kilsəsi
Yaranma tarixi 12 aprel 1937
Din şərqi ortodoks xristianlıq
Mərkəzi
Rəsmi dili
orthodoxalbania.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Albaniyada ortodoks əhali. (1990-cı illər)

Tarixi

Xristianlığın Albaniyada yayılması çox qədim zamanlarda başlanmışdır. Durres şəhəri dünyadakı ən qədim yepiskopluq mərkəzlərindən biridir. Əziz Paulus artıq I yüzillikdə İlliryada xristianlığı yaymışdı.

325-ci ildə keçirilən Birinci Nikeya Kilsə Məclisində bütün İlliriya Roma idarəsinə verilmişdi. 731-ci ildə isə Bizans imperatoru III Leo Durres ərazisini Bizansa birləşdirdi. 927-ci ildə Bizans bulqar patriarxlığını qəbul etməyə məcbur qaldıqdan sonra alban kilsəsi də müstəqil Ohri yepiskopluğuna birləşdirildi. 1054-cü ildə Roma və Bizans kilsələri arasındakı böyük bölünmə əvvəllər alban kilsəsinə təsir etməsə də, 13-cü əsrdə alban kilsələri də iki rəqib olan katolik və ortodoks, yəni Roma və Bizans kilsələri arasında ikiyə bölündü.

Osmanlı dövrü

Albaniyanın Osmanlı tərəfindən fəthindən sonra islam dini albanlara üçüncü din olaraq qatıldı. XV və XVI əsrlərdə təqribən yarım milyon nəfər islamlaşmaq istəməyən alban İtaliyaya qaçmaq məcburiyyətində qaldı. XVII əsrdən sonra digər Balkan millətləri kimi albanlar da islam dinini qəbul etməyə başladılar. Bunun nəticəsində albanlar İstanbulda yüksək vəzifələr (sədrəzəm, paşa) tutmağa başladılar. Osmanlıların katolik albanlara qarşı siyasət aparmalarına baxmayaraq, alban ortodoks kilsəsi heç bir təzyiqə məruz qalmadı hətta XVII əsrdən sonra inkişaf etməyə başladı.Bir çox ortodoks kilsə bərpa edildi. Ən son bərpa olunan kilsə 1797-ci ildə Berat katedralı olmuşdur.

1766-cı ilə qədər Ohriyə bağlı olan ortodoks albanlar 1766-cı ildə İstanbulda padşahlıq tərəfindən Ohri kilsəsinin muxtariyyətinin ləğv edilməsindən sonra yenidən Fener patriarxlığına tabe edildilər.

XIX əsrin sonuna qədər ortodoks albanlar Yunan Ortodoks Kilsəsinə çox yaxın idilər. 1912-ci ildə Albaniyanın müstəqilliyi və mədəni inkişaf dövründə katolik və müsəlman albanların birlikdə mübarizə aparması və Albaniya dövlətini birlikdə qurma əzm və iradələrinə baxmayaraq, Alban Ortodoks Kilsəsi Albaniyanın cənub hissəsinin Yunanıstana birləşməsi fikrində idilər.

XX əsr

İlk müstəqil alban kilsəsi ABŞ-də yaşayan albanlar tərəfindən yaradıldı. Bu kilsənin yaradılmasının əsas səbəbi albanların özlərini burada yaşayan yunanların təsiri altında hiss etməsi olmuşdur. 1908-ci ildə Nyu-Yorkda yepiskop olan, daha sonra isə Korça yepiskopu olacaq olan Fan Noli alban kilsəsinin yepiskopluğuna gətirildi. Fan Noli ayinlərin alban dilində həyata keçirilməsinə şərait yaratdı. 1921-ci ildə İstanbul patriarxlığının etiraz etməsinə baxmayaraq dörd yunan yepiskop Albaniyanı tərk etməyə məcbur qaldı. Yunan dilində ayinlər Albaniyada qadağan olundu. 1929-cu ildə Alban Ortodoks Kilsəsi tək tərəfli olaraq özünü müstəqil elan etdi. İstanbul patriarxı isə bunu 1937-ci ildə tanıdı.

1929-1943-cü illər aralığında Albaniyanı idarə edən İtaliya ordusu ortodoks albanları katolikləşdirməyə və italyan-alban katolik kilsəsi ilə birləşməyə məcbur etdi, lakin ortodokslar buna qarşı mübarizə apardılar.

1944-cü ildə kommunistlər Albaniyada Ənvər Xocanın öndərliyində hakimiyyətə gəldilər. Ortodokslar əvvəlcə kommunist idarəsi altında rahat yaşaya biləcəklərini düşündülər, lakin kilsə üzərindəki təzyiq daha da artdı. Yepiskoplar və keşişlər uzunmüddətli və ağır həbs cəzalarına məruz qaldı.

1967-ci ildə Albaniya dünyanın ilk və tək ateist dövləti olaraq elan edildiyində Alban Ortodoks Kilsəsi artıq məhv olmuş sayılırdı.

Kilsə yalnız 1991-ci ildə yenidən fəaliyyətə başladı.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.