Albaniya Demokratik Partiyası
Albaniya Demokratik Partiyası (alb. Partia Demokratike e Shqipërisë, PD) — 1990-cı ildən bəri Albaniyanın sağçı siyasi partiyasıdır. Albaniya siyasi səhnəsindəki iki əsas partiyadan biridir. Albanların iki ən böyük etnik qrupundan biri olan qeqerlərin hakim olduğu Albaniyanın şimalında mövqeləri xüsusilə güclüdür.
Lideri | Sali Berisha |
---|---|
Quruluş tarixi | 12 dekabr 1990 |
Baş qərargah | |
İdeologiya |
Konservatizm[1][2] Liberal konservatizm[3] |
İdeoloji spektr | mərkəz sağ |
Üzvlüyü | |
Saytı | http://www.pd.al/ |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
Partiya Albaniyada kommunist rejiminin devrilməsində son dərəcə vacib rol oynamışdır. Albaniya Demokratik Partiyasının qurulması zamanı partiyanın lideri Sali Berişa olur. Təsisçiləri arasında Mesila Doda da iştirak edir. 1990-1991-ci illərdə partiya Gezim Şimanın başçılıq etdiyi müstəqil həmkarlar ittifaqı ilə birgə hərəkət edir. ADP-nın hakimiyyətə yüksəlməsi 1991-ci ilin mayında ümumi tətil ilə asanlaşdırıldı.
1992-ci ildən 1997-ci ilə qədər Sali Berişa və Aleksandr Mexinin rəhbərliyi ilə Demokratik Partiya hakimiyyətdə idi. Bu dövr təkcə demokratik dəyişikliklərlə deyil, həm də nəzərə çarpan avtoritar meyllərlə xarakterizə olunurdu. Partiya siyasətinin və şəxsən prezident Berişanın aləti DPA fəalı Başkim Qazidenin rəhbərlik etdiyi yeni Albaniya Mərkəzi İnformasiya Xidməti idi. 1997-ci ildə hökumət yaxınlaşan vətəndaş müharibəsi dövründə istefa verdi. Onların əsas rəqibləri olan Albaniya Sosialist Partiyası hakimiyyətə gəldi.
Partiya 2001-ci il parlament seçkilərində (parlamentdə 46 yer) 37.1% səs toplayan Qələbə naminə birlik (Başkimi për Fitoren) koalisiyasına daxil olur.
2005-ci ilin iyul seçkilərində Albaniya Demokratik Partiyası 140 yerdən 55-ni (müttəfiqləri olan 73) qazandı. Sali Berişa yenidən hökumətə rəhbərlik etməyə başlayır.
2009-cu ilin iyununda Demokratlar yenidən seçkidə qalib gəlir. İnteqrasiya üçün Sosialist hərəkatı ilə birlikdə koalisiya qurulur.
Sosialistlərin qazandığı 2013-cü il parlament seçkilərindən sonra partiya müxalifətə keçir.
Partiyanın lideri məşhur tarixçi Uran Butkadır. 2017-ci ilin ümumi seçkilərində Albaniya Demokratik Partiyası yalnız Albaniya Sosialist Partiyasından sonra ikinci yeri tutur. Müxalifətinin ən böyük partiyası olaraq parlamentdəki 140 yerdən 43-nü qazanır.
Mənbə
İstinadlar
- Nordsieck, Wolfram. "Albania". Parties and Elections in Europe. 2017. 2017-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-14.
- Slomp, Hans. Europe, A Political ProFayl: An American Companion to European Politics. ABC-CLIO. 26 September 2011. səh. 605. ISBN 978-0-313-39182-8. 29 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 May 2020.
- "The Albanian Electoral Systems since 1990" (PDF). Albanian Elections Observatory Brief. Hellenic Foundation for European & Foreign Policy (1). 19 April 2013. 8 January 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 July 2013.