Albalan
Albalan — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Albalan | |
---|---|
39°08′ şm. e. 48°25′ ş. u. | |
Ölkə |
![]() |
Rayon | Cəlilabad |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+04:00 |
Əhalisi | |
Əhali sayı |
|
Rəsmi dili | Azərbaycan dili |
Xəritədə yeri | |
|
Toponimikası
Cəlilabad r-nunun Xəlilli i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim al (burada "qırmızı") və balan (türk dillərində "başınağacı") sözlərindən düzəlib, "qırmızı başınağacı" deməkdir. 1917-ci ildə bu oykonim Alıbağan şəklində qeydə alınmışdır. Bu məqamda həmin oykonim Alı (antr.) və bağan/bakan (türk dillərində "asılı", "aid"; "məxsus"; "tabeliyində olan") sözlərindən düzəlib, "Alı (və ya Əli) adlı şəxsə məxsus kənd" deməkdir. Toponimi "Alının bələni (aşırımı)", "boz aşırım" kimi yozanlar da var.[2]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 593 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Akademik Budaq Budaqovun Şəxsi Web Portalı Arxivləşdirilib 2016-04-14 at the Wayback Machine-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629