Albalı

Albalı (lat. Prunus subg. Cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Albalı
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Klad:
Eudicots
Klad:
Core eudicots
Klad:
Superrosids
Klad:
Klad:
Fabids
Yarımfəsilə:
Triba:
Amygdaleae
Cins:
Yarımcins:
Albalı
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
EOL  31410

Yabanı albalı

Albalı yarımcinsinə aid 140 növ var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır:

  • mərmərik albalı;
  • mahaleb albalısı;
  • çöl albalısı.

Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur.

Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir. Meyvəsi mədəni sortlara nisbətən xırda olub (8–10 mm diametrli), qırmızı, tünd qırmızı və ya qara-bənövşəyidir. Turş və ya turşa-şirindir. Bəzən dadı acı olur, hər 3-4 ildən-bir bol məhsul verir. Tərkibində 12% şəkər (sadə şəkərlər), 2%-ə qədər üzvi turşu (almalimon), karotin, C, B1, PP vitaminləri, fol turşusu (Bc), aşılayıcı və pektinli maddələr vardır.

Meyvələri kompot, kisel, şirə, şərbət, şərab, mürəbbə və spirtsiz içkilər istehsalında işlədilir.

Albalının yarpaqları tərəvəzləri duza və sirkəyə qoyduqda istifadə edilir. Çəyirdəyi və ləpəsi ətriyyat sənayesində, bəzi sabunların ətirləndirilməsində tətbiq olunur.

Əfsanəsi

Yarpaqları çıxmamışdan əvvəl gülləri çıxan ağac kimi, albalı onu simvolizə edir ki, insan bu dünyaya çılpaq gəlir və çılpaq da onu torpağa verirlər. Çinlilərdə albalı yaz çiçəklənməsini, ümid, gənclik, cəsarət, həmçinin qadın gözəlliyini və təbiətdə qadın başlanğıcını simvolizə edir. Yaponlarda çiçəklənmə, zənginliyi bilddirir, albalı çiçəyi isə Yaponiyanın emblemidir. Bu meyvənin strukturu ilə bağlı olması güman edilən samurayların emblemi qanlı-qırmızı dəri və yumşaq ət altında bərk sümükdən ibarətdir. Döyüşdən sonra, yaralı samuraylara albalı şirəsi verirdilər, bu da gücü qaytarır və itirilmiş enerjini bərpa edir.

Faydası

Albalının xalq təbabətində istifadəsi çox geniş və çoxnövlüdür. Albalı şirəsi iştahı və həzmi yaxşılaşdırır, susluğu yatızdırır, bəlğəm gətirən, antiseptik və yüngül zəiflədici xüsusiyyətlərə malikdir, həmçinin dəyərli dietik məhsuldur. Süd ilə albalı şirəsi artrit, həmçinin yaxşı qankəsən və sidik qovan vasitə kimi tövsiyə olunur.

Müalicəvi məqsədlə albalının meyvələrindən alınmış ekstraktdan, yarpaqlarından və meyvə saplağından istifadə edilir. Yarpaqlarından alınmış sulu tinktura sarılığa qarşı, meyvə saplağından alınmış sulu ekstrakt ishala qarşı tətbiq olunur.

Albalının ətliyi və şirəsi antiseptik təsirə malikdir. Xalq təbabətində albalının südlə birlikdə sustavların iltihabı zamanı qəbul edirlər. Həmçinin nəfəs yollarının iltihabında bəlğəmgətirici kimi tətbiq edilir. Albalı həm də balverən bitkidir. 1 hektar albalı sahəsindən arılar 15-53 kq bal hasil edə bilirlər.

Dində

"Quran"da albalı haqqında belə bir ifadə var:

"Amma onlar (bizdən) üz çevirib uzaqlaşdılar və buna görə anbarlarını yıxıb keçən, sahib olduqları (son dərəcə məhsuldar) iki bağçanı yalnız acı-tikanlı kol və bir neçə dənə albalı ağacından ibarət (viranə) bir bağçaya çevirən bir sel göndərdik."[1]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.